Bala itə necə tualet təlimi verməli

 BUNU PAYLAŞIN
Bala itə necə tualet təlimi verməli

Tualet təlimi ev heyvanlarının təlim prosesinin ən vacib mərhələlərindən biridir. Bəli, çətin olacaq, amma hər şey mümkündür. Yanaşma və səbir hər bir təlimdə əsas rol oynayır. Buna görə də səbirli olun, məsləhətlərimizə əməl edin və nəticə özünü çox gözlətməyəcək. 

Yaş xüsusiyyətləri

Təlimi mümkün qədər tez başlayın. Fizioloji xüsusiyyətlərinə görə bala itlər tualetə daha tez-tez gedirlər. Bir yaşa qədər təbii ehtiyaclarını gündə təxminən 20 dəfə qarşılaya bilərlər. 

Balalar hər yemləmədən sonra tualetə gedirlər. Bunu nəzərə alaraq, bala itin ehtiyac hissinə asanlıqla nəzarət etmək üçün yemləmə cədvəlini ona uyğun planlaşdıra bilərsiniz. 

Evdə yerin təşkil edilməsi

Bala it hələ küçədə tualetə gedə bilmirsə, evdə onun üçün yer təşkil etmək lazımdır. Ev heyvanı üçün xalça və mebeldən uzaq sakit yer ayırın, yaxşı olar ki, başqa otaqlara keçməyə icazə verməyəsiniz. 

İlk vaxtlar, özünə sevimli bir küncü seçənə qədər, bala it ətrafı çirkləndirə bilər. Buna görə də otağın ətrafında bir neçə gigiyenik əski sərməyiniz məsləhət görülür. Əgər heyvanın tualet üçün seçdiyi küncü bəyənmirsinizsə, onda gigiyenik əskiyə öyrəşdikdən sonra onun yerini yavaş-yavaş dəyişə bilərsiniz.  

İtlər üçün tualet

Ev heyvanları məhsullarının istehsalçıları təkcə pişikləri fikirləşməyiblər. Heyvan bazarı itlər üçün xüsusi altlıqlar təklif edir. Altlıq çox vaxt gigiyenik əski ilə birlikdə istifadə olunur. 

Bala itin tualetini təmiz saxlayın, lakin onun qoxusunu saxlayın. İtin tualetinə öyrəşməsi üçün, əskisinin ucunu onun sidiyində isladın və ya xüsusi tualet təlimi vasitəsindən istifadə edin. 

İtlər üçün bezlər

Əgər bala it üçün ayrıca otaq ayırmaq mümkün deyilsə, mebel və xalçanı xoşagəlməz sürprizlərdən qorumaq üçün təlim zamanı xüsusi bezlərdən istifadə edə bilərsiniz. Onlar həm səyahət zamanı, həm də xəstəlik zamanı da əvəzsizdirlər. 

Bezi geyindiyi zaman bala itin tualetə getmə istəklərini izləməyi unutmayın.

Qabaqcadan görmək qarşısını almaq deməkdir

Ev heyvanınızı diqqətlə izləyin və çox tezliklə ehtiyaclarını onun davranışında olan dəyişikliklərə əsasən anlaya biləcəksiniz. Bu bir neçə əlamət bala itinizin artıq tualetə istədiyindən xəbər edir:

  • Quyruğunun altını iyləyir
  • Dairələrdə gəzir
  • Döşəməni iyləyir
  • Oturur

Danlamaq olmaz tərifləmək

Əgər bala it öz işlərini "düzgün" etməyibsə, onu danlamayın. Siz tərəfdən göstərilən aqressiya onda tualetə qarşı qorxu və nifrət yarada bilər. Belə edərək vəziyyəti daha da ağırlaşdıracaqsınız. Onun qəzalarını dərhal təmizləyin, əks halda təbii tullantılarının qoxusunu bütün ev boyu hiss edərək, o, düşünəcək ki, istənilən yerdə tualetə gedə bilər. 

Tualetə düzgün getdiyi halda ona hər dəfə mükafat verməyi unutmayın. Ev heyvanınızı sığallayın və dadlı çərəzlər ilə sevindirin. 

Küçəyə istəməyin zamanı gəldi

Bir az əvvəl məqaləmizin birində bala itin düzgün gəzdirilməsi mövzusuna ətraflı şəkildə toxunduq. 

Təxminən 4 ayına qədər, bütün peyvəndlər edildikdən sonra it bayıra çıxmağa hazırdır. 

Bala iti yatdıqdan və yemləmədən sonra gəzdirin. Sakit yerlər seçin ki, həssas proses zamanı heç nə onu yayındırmasın. Əminlik üçün onun gigiyenik əskisini özünüzlə götürə bilərsiniz. 

Əgər gəzinti zamanı bala it ehtiyacını qarşılaya bilməyibsə, evə qayıdın və yarım saatdan sonra gəzintini təkrarlayın. 

 

Təlimə laqeyd yanaşmaq təkcə ev heyvanlarının ruhi sağlamlığına deyil, həm də sizin sinirlərinizə mənfi təsir göstərir. Ev heyvanına qarşı düzgün yanaşma və diqqətli münasibət istənilən tərbiyə prosesinin uğurlu nəticə verməsini müəyyən edir.