Çatdırılma şərtləri

• 9 AZN-dən yuxarı sifarişlər üçün çatdırılma pulsuzdur. Bu məbləğdən aşağı sifarişin çatdırılması, sifarişin qiyməti daxil olmaqla, 9 AZN təşkil edir.

• Çatdırılma Bakı ərazisi, Bakı kəndlərinə (Qobustan istisna olmaqla), Abşeron, Xırdalan və Lökbatana qədər həyata keçirilir.

• Çatdırılma həftənin hər günü həyata keçirilir.

• Saat 17:00 qədər edilən sifarişlərin çatdırılması həmin gün həyata keçirilir.

MÜŞTƏRİLƏRİN DİQQƏTİNƏ!
Əgər çatdırılma ünvanına çatıb müştəri ilə əlaqə saxlanıldıqdan sonra müştəri qapını açmaqdan və ya sifarişini qəbul etməkdən imtina edərək çatdırılma xidmətinin əməkdaşını gecikdirərsə, bu halda çatdırılma xidmətinin əməkdaşı müştərini maksimum 5 dəqiqə gözləyə bilər.


Qaytarılma şərtləri

Müştəriyə pul vəsaitlərinin qaytarılması 3 üsulla həyata keçirilir:

• 3 iş günü ərzində nağd şəkildə (məhsulun kuryerə qaytarılması halında mümkündür);

• 10 iş günü ərzində nağdsız şəkildə, əgər məhsul ödəniş kartı vasitəsi ilə ödənilibsə. Geri qaytarma üsulu ödəmə üsulu ilə eyni olmalıdır.

• Müştəri Taksit kartı ilə ödəniş etdiyi halda, məhsulun geri qaytarılması zamanı qaytarılan məbləğdən 5% komissiya tutulacaqdır.

Məhsulun geri qaytarılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.

Şərtlər haqqında daha ətraflı istifadəçi razılaşmasında tanış ola bilərsiniz.