biopet.shop - www.biopet.shop ünvanında və biopet.shop ünvan zonasındakı
subdomenlərdə yerləşən, Biopet MMC tərəfindən fiziki və hüquqi şəxslərə (müştərilərə),
müştərilərə satılanadək Biopet MMC-yə məxsus olan, heyvanlar üçün məhsulların satılması
(satışı) məqsədi ilə yaradılan və fəaliyyət göstərən saytdır (bundan sonra - "Sayt").
Biopet MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata
alınmış və fəaliyyət göstərən və heyvanlar üçün məhsullar satan (Saytda yerləşən
onlayn mağaza vasitəsilə) hüquqi şəxsdir.
Bu İstifadəçi Razılaşması Saytın hüquqlarının sahibi olan Biopet MMC (bundan
sonra "Cəmiyyət" adlanır) və göstərilən Saytın hər hansı bir istifadəçisi
- Saytın qonağı kimi fəaliyyət göstərən və / və ya Biopet MMC-dən məhsul alan (bundan
sonra "Müştəri" adlanır) bir fiziki şəxs arasında yaranan münasibətləri
tənzimləyir.
1. Müştərinin hüquqları və öhdəlikləri
1. Cəmiyyətə məlumatların
təqdim edilməsi
1.1.1. Saytda qeydiyyatdan keçərkən Müştəri Cəmiyyətə öz
mobil telefon nömrəsi haqqında məlumat təqdim edir. Ayrıca, Müştəri, öz iradəsi
ilə Cəmiyyətə aşağıdakı məlumatları təqdim edə bilər: ad, atasının adı, soyadı,
şəhər, küçə, ev, elektron poçt ünvanı (e-poçt), eləcə də Saytın şəxsi hesabında
istifadəsi üçün İstifadəçini tanıdan bir şəkil.
1.1.2. Sifariş verərkən Müştəri Cəmiyyətə aşağıdakı məlumatları
verə bilər: ad, çatdırılma ünvanı, kuryerlə əlaqə qurmaq üçün mobil telefon
nömrəsi.
1.1.3. Saytda qeydiyyatdan keçərək Müştəri bu İstifadəçi Razılaşmasının
şərtləri ilə yanaşı Biopet MMC-nin müştərilərinin şəxsi məlumatlarının işlənməsi
ilə bağlı Məxflik Siyasəti ilə razılaşır. Müştəri yuxarıdakı sənədlərin şərtləri
ilə razılaşmadığı halda, Saytdan istifadə dərhal dayandırılmalıdır.
1.1.4. Müştəri Cəmiyyət nümayəndələrindən geri zəng qəbul etmək
istəyirsə, mobil telefon nömrəsini Saytda müvafiq formada göstərə bilər.
1.1.5. Müştəri Cəmiyyətin texniki mütəxəssisləri ilə əlaqə qurmaq istəyirsə, e-poçt ünvanını və Saytdakı login-i Cəmiyyətin Saytında müvafiq formada qeyd edə bilər.
1.1.6. Daha səmərəli və rahat iş üçün Cəmiyyətin
Saytında cookie-fayllardan və digər oxşar texnologiyalardan istifadə edir (Müştərinin
IP ünvanı haqqında məlumat əldə etmək üçün). Bu, aşağıdakıları nəzərdə tutur: müştərinin
yaşayış bölgəsi haqqında məlumatların saxlanılması; müştərinin dil üstünlüklərinin
qorunması; məlumatların doldurulmuş formalarda saxlanılması; səbətə qoyulmuş məhsulların
yadda saxlanılması (bu funksiya tətbiq olunarsa); xüsusi proqramlardan istifadə
edərək Sayt trafikinin təhlili. Bu bənddə göstərilən məlumatlar Müştərinin şəxsiyyətini
müəyyənləşdirmək üçün istifadə edilmir.
1.1.7. Müştəri şəxsi məlumatlarını təqdim etməklə Biopet MMC tərəfindən aşağıdakı
məqsədlər üçün onların işlənməsini, habelə avtomatlaşdırılmış olaraq, qəbul
edir:
- Müştərinin Saytda qeydiyyatı və icazəsi;
- Müştərinin Sifarişlərinin işlənməsi və məhsulların Müştəriyə
çatdırılması;
- Cəmiyyət və / və ya onun tərəfdaşları tərəfindən Müştəri
qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi,
- Saytda təqdim olunan məhsulların reklamı üzrə fəaliyyətlərin
həyata keçirilməsi;
- Saytın qiymətləndirilməsi və təhlili;
- Şirkət tərəfindən keçirilən aksiyların qaliblərinin müəyyənləşdirilməsi;
- Müştərinin bonus proqramında iştirakı;
- Müştərinin alış xüsusiyyətlərinin təhlili və ona fərdi
tövsiyələrin verilməsi;
- Aksiyalar, endirimlər və xüsusi təkliflər barədə elektron poçt və/ və ya SMS mesaj vasitəsi ilə (əgər Müştəri Saytda qeydiyyat zamanı buna icazə verərsə) və texniki (postranzaksiyalı) mesajların qeyd edilən elektron ünvana və/və ya mobil telefon nömrəsinə göndərilməsinin həyata keçirilməsi.
1.1.8. Müştəri Şirkətdən reklam və / və ya məlumat mesajları almaq istəmirsə, müvafiq olaraq reklam və ya xəbərlərə abunəlik linkinə keçid etməlidir. Texniki (əməliyyat sonrası) mesajlara Saytda qeydiyyat zamanı göstərilən e-poçt ünvanına, həmçinin qeydiyyat zamanı və / və ya Sifariş verilərkən göstərilən telefon nömrəsinə gələn SMS mesajlar, sifarişlə bağlı mesajlar, ödəniş təsdiqi, Sifarişin statusu və Sifarişin çatdırılması haqqında mesajlar aiddir.
1.1.9. Saytda qeydiyyatdan keçərkən reklam və məlumat göndərişlərinin
qəbul edilməsinə razılıq verməklə, Müştəri məlumatlarını Cəmiyyətin adından və
onunla razılaşma əsasında bu cür məlumatların göndərilməsini həyata keçirən Cəmiyyətin
tərəfdaşlarına ötürməyə razılıq bildirir.
Müştərinin texniki mesaj almaqdan imtina etməsi texniki səbəblərdən mümkün
deyil.
1.2. Müştərinin şəxsi məlumatları ilə
işləmə öhdəlikləri
1.2.1. Müştəri Saytda identifikasiya üçün istifadə etdiyi login və şifrəni üçüncü şəxslərə açıqlamamağı öhdəsinə götürür.
1.2.2. Müştəri login və şifrə seçərkən, onları yadda saxlayarkən və istifadə edərkən
diqqətli olmalıdır (şifrə yaradarkən çətin hərif və rəgəm birləşmələrindən
istifadə edin; lisenziyalı antivirus proqramlarından istifadə edin; üçüncü şəxslərlə
giriş və şifrə yazmayın, və s.).
1.3. Müştərinin Saytda qadağan olan hərəkətləri
1.3.1. Saytda olaraq və ya Saytın xidmətlərindən istifadə edərək,
Müşətəri Cəmiyyətin razılığı olmadan aşağıdakıları edə bilməz:
- Sayta istinad etmədən Saytın materiallarından və ya material
toplamından istifadə etmək və ya onların sürətini çıxarmaq;
- Saytın dizayn elementlərindən və tərtibatından istifadə etmək
və ya sürətini çıxarmaq;
- Saytın materillarını, material toplamını, dizayn elementlərini və ya tərtibini üçüncü şəxslərə ötürmək.
2. Cəmiyyətin hüquqları və öhdəlikləri
2.1. Cəmiyyətin Müştəriyə
qarşı hərəkətləri
2.1.1. Сəmiyyət
aşağıdakı hüquqlara malikdir:
- Üçüncü tərəf tərəfdaşlarının vasitəçiliyi ilə Müştəriyə
reklam və / və ya məlumat mesajları, habelə xidmət mesajları göndərmək;
- Saytın moderasiyasını həyata keçirmək, habelə spam-mesajları
silmək, mənfi təsirli məlumatları və senzura tələblərinə zidd olan leksikanı
Saytdan silmək;
- Cəmiyyətin fikirincə Saytın normalarını pozan və ya həqiqətəuyğun
olmayan məlumatları yerləşdirən Müştərilərin şəxsi səhifələrini Saytdan silmək;
- Cəmiyyətin əməkdaşlarına qarşı etik normaları pozan, keyfiyyət
baxımından yararlı məhsulun qaytarılmasını və ya dəyişdirilməsini dəfələrlə tələb
edən, Məxfilik siyasətini və bu sənəd üzrə öhdəliklərini pozan Müştəriyə onlayn
və telefon dəstəyi xidmətlərini, habelə məhsulların satışını həyata keçirməmək;
- Müştərinin bənd 1.3.1. göstərilən hərəkətlərinə qarşı məhkəməyə şikayət vermək;
- Çatdırılma şərtlərini dəyişmək, yeniliklər və ya əlavələr daxil etmək.
2.1.2. Saytın "Bələdçi" bölməsində yerləşən müəssisələrin xidmətlərindən Müştərinin istifadəsi nəticəsində Müştəriyə göstərilən xidmətlərin keyfiyyətinə görə Cəmiyyət məsuliyyət daşımır.
2.2. Cəmiyyət tərəfindən alınan məlumatların verilməsi və
ötürülməsi
2.2.1. Cəmiyyət, Müştəri
qarşısında öhdəliklərini yerinə yetirmək və / və ya müqavilə şərtlərinə əsasən
reklam və məlumat mesajları göndərmək üçün, Cəmiyyətlə müqavilələr əsasında fəaliyyət
göstərən tərəfdaşlar istisna olmaqla, Müştəridən aldığı məlumatları üçüncü şəxslərə
ötürmür.
2.2.2. Şəxsi məlumatların Azərbaycan Respublikasının qanunvericiliyinin
ağlabatan və tətbiq olunan tələblərinə uyğun olaraq ötürülməsi öhdəliklərin
pozulması hesab edilmir.
2.3.3. Müştəri tərəfindən Saytda ictimaiyyət üçün açıq formada verilən məlumatlara
görə Cəmiyyət məsuliyyət daşımır.
2.4.4. Şəxsi məlumatları işləyərkən, Cəmiyyət, şəxsi məlumatlara qanunsuz daxil olma, həmçinin şəxsi məlumatlarla əlaqəli digər qanunsuz hərəkətlərdən qorumaq üçün, lazımi və kifayət qədər təşkilati və texniki tədbirlər görür.
3. Məhsulun geri qaytarılması və dəyişdirilməsi
3.1. Pul vəsaitlərinin qaytarılma üsulları
Müştəriyə pul vəsaitlərinin qaytarılması 3 üsulla həyata
keçirilir:
- 3 iş günü ərzində nağd şəkildə (məhsulun kuryerə
qaytarılması halında mümkündür);
- 10 iş günü ərzində nağdsız şəkildə, əgər məhsul ödəniş kartı vasitəsilə ödənilibsə (ödəniş edilən karta, kartın olmadığı/istifadə tarixi bitdiyi halda Müştərinin hesabına köçürülmə yolu ilə. Pul vəsaitinin geri qaytarılması haqqında qərar Cəmiyyət tərəfindən AR qanunvericiliyinə əsasən qəbul edilir və nağdsız şəkildə AR manatı ilə ödəniş əməliyyatını həyata keçirən bank kartı və müştəridə alış-verişi təsdiqləyən satış qəbzinin nümunəsi mövcüd olduğu halda həyata keçirilir. Kartın olmadığı /istifadə müddəti bitdiyi halda məhsul pulunun geri qaytarılması nağdsız şəkildə Müştərinin hesabına bank rekvizitləri təqdim olunmaqla həyata keçirilir).
- Müştəri Taksit kartı ilə ödəniş etdiyi halda, məhsulun geri qaytarılması zamanı qaytarılan məbləğdən 5% komissiya tutulacaqdır.
Geri qaytarma üsulu ödəmə üsulu ilə eyni olmalıdır.
3.2. Məhsulun geri qaytarma və dəyişdirilmə şərtləri
Məhsulun geri qaytarılması və dəyişdirilməsi aşağıdakı şərtlər
daxilində mümkündür:
- Məhsul dəyişdirilə bilən və geri qaytarılmayan məhsulların
siyahısında yoxdur;
- Məhsul istifadə edilməyib;
- Məhsulun qablaşdırılması, etiketi, möhürü və s. qorunub
saxlanılıb;
- Məhsulun alınmasından 14 gün keçməmişdir;
- Kassa və ya məhsul qəbzi mövcuddur.
Dəyişdirilmə proseduru 876 Çağrı Mərkəzinə zəng etməklə həyata keçirilir.
Geri qaytarılmayan və dəyişilməyən məhsulların siyahısı:
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən geri
qaytarılmayan və dəyişdirilməyən məhsulların siyahısı təsdiqlənmişdir. Bu tam
olmayan siyahı bütöv sayılır və Cəmiyyət aşağıdakı məhsulları satmaq və ya dəyişmək
üçün geri qəbul etmir:
- Qida məhsulları;
- Gigiyena məhsulları;
- Korset məhsulları;
- Parfümeriya və kosmetika məhsulları;
- Təraş cihazları;
- Saç fırçaları, daraqlar və masaj fırçaları;
- Əlcəklər;
- Xalçalar;
- Aerozol qablaşdırmada olan məhsullar;
- Yeni doğulmuş körpələr üçün məhsullar (bezlər, əskilər,
şüşələr və s.);
- Manikür və pedikür üçün alətlər (qayçı, caynaqyonan və s.)
- Qiymətli metallardan, qiymətli daşlardan və yarımqiymətli
daşlardan hazırlanmış məhsullar.
MÜŞTƏRİ HAZIRKI İSTİFADƏÇİ RAZILAŞMASINI QƏBUL EDƏRƏK
Bütün qeyd edilən şərtlərlə razılaşmaqla,
Müştəri Cəmiyyətin Saytında qeydiyyatdan keçəcək və sözügedən Saytın bütün xidmətlərindən
istifadə edə biləcəkdir.