Pulsuz çatdırılma

Çatdırılma şərtləri:
• 9 AZN-dən yuxarı sifarişlər üçün çatdırılma pulsuzdur. Bu məbləğdən aşağı sifarişin çatdırılması, sifarişin qiyməti daxil olmaqla, 9 AZN təşkil edir.

• Çatdırılma Bakı ərazisi, Bakı kəndlərinə (Qobustan istisna olmaqla), Abşeron, Xırdalan və Lökbatana qədər həyata keçirilir.

• Çatdırılma həftənin hər günü həyata keçirilir.

• Saat 17:00-dək edilən sifarişlər həmin gün çatdırılır.


Ödəmə üsulları:
• Kuryerə nağd şəkildə, bank kartı və ya taksit kartı ilə həyata keçirilir.
• Saytda bank kartı və ya taksit kartı ilə.

Onlayn ödəniş

Ödəniş üçün Visa, MastercardBirKart 2 aydan 3 aya qədər taksit kartları qəbul edilir. Biopet.shop saytı MasterCard Secure Code və Visa Secure texnologiyasını dəstəkləyir. Bu proqramlar internetdə alış-veriş edərkən sizi qorumaq üçün 3D-Secure texnologiyasından istifadə edir. Onlayn ödəmələr üçün əlavə ödəniş və komissiya tutulmur.
Minimal ödəniş məbləği 9 AZN-dir.

Onlayn dəstək

Müştəri dəstəyi onlayn və 876 qısa nömrəsi ilə həyata keçirilir. Operatorlarımız hər gün saat 10:00-dan 19:00-dək sizin xidmətinizdədirlər.
Onlayn dəstək saytda həftənin 7 günü saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir. Saytın sağ alt küncündə müvafiq forma vasitəsi ilə bizə yaza bilərsiniz. Sizə xidmətlər haqqında məlumat verməyə, ev heyvanlarınızla və sayt məhsulları ilə bağlı suallarınıza cavab tapmağa kömək edəcəyik.

Təhlükəsiz ödəniş

Biopet.shop saytı MasterCard Secure Code və Visa Secure texnologiyasını dəstəkləyir. Bu proqramlar internetdə alış-veriş edərkən sizi qorumaq üçün 3D-Secure texnologiyasından istifadə edir. Kart məlumatlarını daxil etdikdən sonra siz bankın təhlükəsizlik internet səhifəsinə yönləndiriləcəksiniz. Alış-verişinizi təsdiqləmək üçün bank karta və ya hesaba bağlanan mobil telefon nömrəsinə birdəfəlik şifrə ilə SMS göndərəcək. Bu kodu heç kimlə paylaşmayın. Alınan kodu ödəmə səhifəsindəki xüsusi sahəyə daxil edin. Onlayn ödəmələr üçün əlavə ödəniş və komissiya tutulmur.

Diqqət! Əgər bank kartınız 3D-Secure texnologiyasını dəstəkləmirsə, bu kartla olunan əməliyyət həyata keçməyəcəkdir.