«Biopet» MMC biopet.shop saytının (bundan sonra Cəmiyyət) istifadəçilərinin hüquqlarına hörmətlə yanaşır və onların şəxsi məlumatlarının məxfliliyini şərtsiz olaraq qəbul edir. Bu səhifə Saytımızın istifadəçilərinin məlumatlarının əldə edilməsi və işlənməsi barədə məlumat verir.

1. Ümumi müddəalar

1.1 Məxflik Siyasəti haqqında hazırkı Əsasnamə yalnız Sayta və bu sayt vasitəsi ilə toplanılan məlumatlara yayılır. Bu məlumatlar Sayta istinad edə bilən digər saytlara və üçüncü şəxslərin veb-saytlarına tətbiq edilə bilməz.

1.2. Biopet.shop hazırkı Əsasnaməyə birtərəfli dəyişiklik etmək hüququna malikdir.

1.3. Biopet.shop saytından istifadə edərək, İstifadəçi öz şəxsi məlumatlarının hazırkı Məxflik Siyasəti haqqında Əsasnamədə göstərilən prinsipə əsasən işlənməsinə razılıq bildirir.

1.4. Şəxi məlumatların işlənməsinə razılıq İstifadəçi tərəfindən könüllü olaraq verilir.

1.5. İstifadəçilər özləri haqqında biopet.shop saytına etibarlı məlumat verirlər.

1.6. Biopet.shop saytının istifadəçilərinin fərdi məlumatlarının işlənməsi, yalnız bu Əsasnamə ilə müəyyən edilmiş məqsədlər və fərdi məlumatlar sahəsində mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilə bilər.

2. Fərdi məlumatların toplanması və işlənməsi

2.1. İstifadəçinin bütün şəxsi məlumatları haqqında məlumat mənbəyi İstifadəçinin özüdür.

2.2. İstifadəçi biopet.shop saytında olduqda, Cəmiyyət aşağıdakı məlumatları yadda saxlayır: provayderin domen adı və ölkəsi, İstifadəçinin hansı saytdan biopet.shop saytına keçdiyini (refererlər); baxılan səhifələr; yüklənən fayllar; baxılmış video / audio fayllar; basılan linklər; axtarılan sözlər və ya ifadələr; ziyarət müddəti; istifadə olunan brauzer, sayta giriş edilən cihaz və ya mobil tətbiq, habelə saytda edilən alış-veriş və əməliyyatlardan əldə edilən gəlirlər, sayta keçmək üçün axtarış sorğularına dair hesabatlar. və s. Ziyarətiniz onlayn bir reklamın nəticəsidirsə, biz həmçinin reklamın mənbəyi haqqında məlumat saxlayırıq.

2.3. Bu məlumatlar Cəmiyyətə, istifadəçilərin ehtiyaclarına daha yaxşı uyğunlaşmaq, fərdi tövsiyələr vermək və məhsullar təklif etmək üçün biopet.shop saytının işini optimallaşdırmağa imkan verir.

2.4. İnternet mağazasında alış-veriş etmək də daxil olmaqla, saytın xidmətlərindən istifadə etmək üçün saytda hesabınız olmalıdır. Hesabınızı (qeydiyyatı) yaradarkən, Cəmiyyət İstifadəçilərdən onların şəxsi məlumatlarını tələb edir, məsələn, ad, soyad, profil şəkili, e-poçt ünvanı, telefon nömrəsi, və onları hesabınızda saxlayır.

2.5. Biopet.shop ziyarətçi seçimlərini izləmək, veb sayt dizaynını optimallaşdırmaq, xidmətlərin işləkliyini və keyfiyyətini artırmaq və reklamları hədəf almaq üçün Cookies texnologiyasından və aktiv komponentlərdən (məsələn, JavaScript) istifadə edir.

Cookies, İstifadəçilərin kompüterlərində saxlanılan və veb saytla qarşılıqlı əlaqəni asanlaşdıran kiçik mətn fayllarıdır. İstifadəçilər istədikləri vaxt cookies fayllarını silə bilərlər.

Bununla birlikdə, biopet.shop, üçüncü mənbələr tərəfindən fərdi məlumatların işlənməsinə cavabdeh deyil.

2.6.Biopet.shop veb trafikini qeyd etmək, veb sayt ziyarətçilərinin davranışlarını izləmək, iş qabiliyyətini yaxşılaşdırmaq üçün veb sayt istifadəsini təhlil etmək və istifadəçilərin maraq və üstünlüklərinə əsasən reklam yerləşdirmələrini idarə etmək üçün Google Analytics vasitələrindən istifadə edir. Bu məlumatlara əsasən istifadəçinin kimliyi müəyyən edilə bilməz. Ziyarətçilərin məlumatları anonim şəkildə toplanır ki, bu da hər hansı bir real istifadəçi ilə əlaqələndirməyi mümkünsüz edir.

İnternet saytların istifadəsi barədə alınan məlumatlar anonim olaraq müvafiq sistemlərin serverlərinə ötürülür. Bu anonim məlumatlara giriş yalnız səlahiyyətli şəxslərə verilir.

Biopet.shop tərəfindən istifadə olunan Google Analytics reklamçılar üçün aşağıdakı funksiyaları daşıyır:

  • Google Analytics-də remarketinq;
  • Kontekst-media və axtarış şəbəkəsində göstəriş haqqında hesabatlar;
  • demoqrafik məlumatlar və maraqlar kateqoriyalarına dair hesabatlar;
  • Həmçinin reklam üstünlükləri və identifikatorları barədə cookie faylları vasitəsi ilə reklam məqsədləri üçün məlumatların toplanmasını tələb edən inteqrasiya olunmuş xidmətlər.

3. Şəxsi məlumatların işlənmə prinsipləri və istifadə məqsədləri

3.1.İstifadəçilərin bütün şəxsi məlumatları haqqında məlumatların işlənməsi aşağıdakı prinsiplərə əsasən biopet.shop tərəfindən həyata keçirilir:

  • qanuni və ədalətə əsasən;
  • konkret, əvvəlcədən müəyyən edilmiş və qanuni hədəflərə çatmaq üçün fərdi məlumatların işlənməsində məhdudiyyətlər;
  • şəxsi məlumatların toplanması məqsədləri ilə uyğun olmayan şəxsi məlumatların işlənməsinin qarşısının alınması;
  • işlənməsi bir-biri ilə uyğun olmayan məqsədlər üçün həyata keçirilən şəxsi məlumatları ehtiva edən məlumat bazalarının birləşdirilməsinin qarşısının alınması;
  • yalnız işlənmə məqsədlərinə cavab verən şəxsi məlumatların işlənməsi;
  • işlənmiş şəxsi məlumatların məzmununun və həcminin işlənmə məqsədlərinə uyğunluğu;
  • işlənmə məqsədləri üçün artıq olan şəxsi məlumatların işlənməsinin qarşısının alınması;
  • şəxsi məlumatların işlənməsi məqsədləri üçün şəxsi məlumatların dəqiqliyi, varlılığı və aktuallığının təmin edilməsi;
  • işləmə məqsədlərinə çatdıqdan sonra və ya biopet.shop tərəfindən şəxsi məlumat pozuntularını aradan qaldırmaq mümkün olmadıqda, bu məqsədlərə çatmağın zəruriliyi itirildikdə, şəxsi məlumatların məhv edilməsi və ya şəxssizləşdirilməsi.

3.2. Biopet.shop İstifadəçilərin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün işləyir:

  • İstifadəçilərin qeydiyyatı və avtorizasiyası;
  • İstifadəçi sifarişlərinin işlənməsi və məhsulların çatdırılması;
  • biopet.shop və / və ya tərəfdaşları tərəfindən İstifadəçilərin qarşısında öhdəliklərinin yerinə yetirilməsi,
  • saytda təqdim olunan məhsulların reklamı üçün fəaliyyətlərin həyata keçirilməsi;
  • saytın qiymətləndirilməsi və təhlili;
  • İstifadəçilərin bonus proqramında iştirakı;
  • İstifadəçilərin alış xüsusiyyətlərinin təhlili və onlara şəxsi tövsiyələrin verilməsi;
  • aksiyalar, endirimlər və xüsusi təkliflər barədə elektron poçt və / və ya SMS mesajları (yalnız İstifadəçi saytda qeydiyyatdan keçərkən bunun üçün icazə verdiyi təqdirdə) və istifadəçinin tərəfindən göstərilən elektron poçt ünvanına və / və ya mobil telefon nömrəsinə texniki mesajların göndərilməsinin həyata keçirilməsi.

4. Müştərilərin şəxsi məlumatlarına daxil olma, şəxsi məlumatların saxlanma şərtləri

4.1. Biopet.shop heç bir halda İstifadəçilərin şəxsi məlumatlarını üçüncü şəxslərə satmır və ya istifadə üçün vermir və İstifadəçilər tərəfindən verilən şəxsi məlumatları, AR qanunvericilyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, açıqlamır.

4.2. Yalnız bu məlumatları birbaşa işləyən və məxfiliyi qorumağa borclu olan biopet.shop əməkdaşları İstifadəçilərin şəxsi məlumatlarına daxil olma hüququna malikdirlər.

4.3. Biopet.shop, müştərilərin şəxsi məlumatlarının onlara icazəsiz və ya təsadüfən daxil olmasından, məhv edilməsindən, dəyişdirilməsindən, bloklanmasından, surətçıxarmasından, yayılmasından, habelə digər qanunsuz hərəkətlərdən qorunmasını təmin etmək üçün texniki, təşkilati və hüquqi tədbirlər görür, həmçinin:

  • antivirus müdafiə;
  • müdaxilələrin aşkarlanması və qarşısının alınması;
  • daxil olma nəzarəti;
  • qeydiyyat və hesabat;
  • şəxsi məlumatların bütövlüyünün təmin edilməsi.

4.4. Biopet.shop, müştərilərin şəxsi məlumatlarının işlənməsini bu şəxslərlə bağlanan müqavilə əsasında üçüncü şəxslərə həvalə etmək hüququna malikdir. Cəmiyyət adından şəxsi məlumatları işləyən şəxslər (bundan sonra Cəmiyyətin Tərəfdaşları) şəxsi məlumatların işlənməsi və qorunması prinsiplərinə və qaydalarına riayət etməyi öhdələrinə götürürlər.

Cəmiyyətin hər bir Tərəfdaşı üçün şəxsi məlumatların işlənməsini həyata keçirən Tərəfdaş tərəfindən şəxsi məlumatlarla hərəkətlərin (əməliyyatların) siyahısı, işlənmə məqsədləri, məxfiliyi qorumaq və şəxsi məlumatların təhlükəsizliyini təmin etmək öhdəliyi müəyyən edilmişdir və həmçinin işlənmiş şəxsi məlumatların qorunması üçün tələblər təyin edilmişdir.

5. Şəxsi məlumatların işlənməsində müştəri hüquqları:

  • şəxsi məlumatlarını ehtiva edən hər hansı bir qeydin pulsuz surətini almaq hüququ daxil olmaqla şəxsi məlumatlarına giriş əldə etmək və onlarla tanış olmaq;
  • Cəmiyyətdən natamam, səhv, köhnəlmiş, etibarsız, qeyri-qanuni yolla əldə edilmiş və ya Cəmiyyət üçün lazım olmayan şəxsi məlumatları aydınlaşdırmağı, bloklamağı və ya məhv etməsini tələb etmək;
  • şəxsi məlumatların subyektlərinin hüquqlarının qorunması üzrə səlahiyyətli orqana və ya məhkəmə yolu ilə şəxsi məlumatların işlənməsi və qorunması zamanı Cəmiyyətin qanunsuz hərəkət və ya hərəkətsizliyinə qarşı şikayət vermək;
  • şəxsi məlumatların toplanmasına, işlənməsinə və istifadəsinə razılığınızı istənilən vaxt ləğv etmək. Bu halda İstifadəçinin şəxsi məlumatları silinir. Bu, hesablama məqsədləri üçün tələb olunan və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik normalarına uyğun olaraq saxlanılmalı olan məlumatlara şamil edilmir.
  • aşağıdakılardan ibarət olan məlumatlar daxil olmaqla Cəmiyyətdən şəxsi məlumatlarının işlənməsi ilə bağlı məlumat almaq:
  1. Cəmiyyət tərəfindən şəxsi məlumatların işlənməsi faktının təsdiqlənməsi;
  2. şəxsi məlumatların işlənməsinin hüquqi əsasları və məqsədləri;
  3. Cəmiyyət tərəfindən tətbiq olunan şəxsi məlumatların məqsəd və üsulları;
  4. qanunvericilikdə bu cür məlumatların təqdim edilməsi üçün başqa bir prosedur nəzərdə tutulmayıbsa, müvafiq şəxsi məlumat subyektinə aid işlənmiş şəxsi məlumatlar, onların toplanılma mənbəyi;
  5. şəxsi məlumatların işlənməsi şərtləri, o cümlədən onların saxlanma şərtləri;
  6. şəxsi məlumatların subyektinin qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan istifadə qaydası;

6. Şəxsi məlumatların işlənməsini tənzimləyən qaydaların pozulmasına görə məsuliyyət

6.1. Şəxsi məlumatlarla işləmə qaydasını pozmaqda günahkar olan Biopet.shop əməkdaşları, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

7. Yekun müddəalar

7.1. Hazırkı Əsasnamə, ictimaiyyətə açıq bir sənəddir, «Biopet» MMC ilə müqavilə bağlayan və ya bağlamaq niyyətində olan şəxslər bu sənədin məzmunu ilə təniş olmaq hüququna malikdirlər.

7.2. Hazırkı Əsasnamə Biopet MMC -nin Rəhbəri tərəfindən imzalanması və biopet.shop veb saytında dərc edildiyi andan etibarən və yeni bir Əsasnamə ilə əvəzlənənə qədər müddətsiz qüvvədədir.