Yaşlı pişiyə necə qulluq etməli

23.11.2023
 BUNU PAYLAŞIN
Yaşlı pişiyə necə qulluq etməli

Ev heyvanı sahiblənərkən onun həmişə belə oynaq və dəcəl olacağını düşünürük. Təəssüf ki, vaxt heç kimi görməzdən keçmir. Heyvanlar da bizim kimi yaşlanır və onların orqanizmi dəyişir. 


Pişiklərdə yaşlanma prosesi 7 yaşdan sonra baş verir və ilk dəyişikliklər məhz bu vaxt gözə görünməyə başlayır. Əgər pişiyiniz artıq qocalmış hesab edilirsə, amma siz hələ də baxım şəraitini dəyişməmisinizsə, onda bu məqalə sizin üçündür. 


Yaşlı pişiyə necə qulluq etməli və digər incəlikləri öyrənmək üçün oxumağa davam edin. 


Yaşlı pişik üçün evdə şərait yaradın

Yaşlı pişiklərdə çox vaxt artrit adlandırılan oynaq xəstəliyi inkişaf edir. Hər bir fiziki aktivlik ağrı yaratdığına görə ev heyvanı hərəkət etməkdə çətinlik çəkir. Burada bizim vəzifəmiz oynaqlara düşən yükü azaltmaqla balaca dostumuza kömək etməkdir. 


Pişiyin yatağını mümkün qədər yumşaq edin ki, ona maksimal dərəcədə rahat olsun. 


Əgər əvvəllər ev heyvanınız yüksək yerlərə dırmaşmağı sevirdirsə, indi həmin yerlərə qalxmaqda çətinlik çəkməməsi üçün ora taburet və ya pillə kimi bir dayaq yerləşdirin. 


Balaca dostunuz uzun məsafə yol getməsin deyə yem qablarını yatağına yaxın qoyun. Ən yaxşısı isə evdə bir neçə su qabı yerləşdirin. 


Pişik tualetini uzağa qoymayın. Yaşlı pişik üçün alçaq kənarlı tualet daha məsləhətlidir. 


Caynaq itiləmə məsələsinə gəldikdə, şaquli caynaqyonan xəstə oynaqlar üçün əsl sınaq olacaqdır. Buna görə də qoca pişik üçün üfüqi caynaqyonan almağınız məsləhətlidir.


Yaşlı pişiyi necə bəsləməli

Pişiyin qida ehtiyacları həyatı boyunca dəyişir, buna görə də yaşlı pişik qocalmanı ləngidəcək və yaşla bağlı yaranan xəstəliklərin inkişafını azaldacaq xüsusi qida maddələrinə ehtiyac duyur. 


Yemin kalorisi az olmalıdır, çünki yaşlanarkən pişiyin aktivliyi azalır və maddələr mübadiləsi yavaşlayır. İkincisi, oynaq sağlamlığını qorumaq üçün rasionun tərkibində xondroitin olmalıdır. 


Bütün bunlar və hətta daha çoxu Royal Canin yemlərində nəzərə alınır. 7 yaşdan böyük pişiklər üçün Royal Canin Sterilised 7+  uyğundur. Yem ev heyvanının bədəninin müdafiə funksiyasını gücləndirir, artıq çəkinin qarşısını alır və sidik-ifrazat sisteminin sağlamlığına diqqət yetirir. 12 yaşdan etibarən pişiklər üçün Royal Canin Ageing 12+ yeminə keçməyinizi tövsiyə edirik. Yem yaşlı pişiklərdə çox vaxt iybilmə və dad reseptorlarının zəifləmə səbəbindən azalan iştahanı stimullaşdırır, həmçinin böyrəklərin düzgün işləməsinə kömək edir. 


Bütün pişiklər fərqlidir. Ev heyvanınızın həyatının hansı mərhələsində olduğunu və bədəninin nəyə ehtiyacı duyduğunu dəqiq anlamaq üçün baytar həkiminə müraciət etməyinizi tövsiyə edirik.


Yaşlı pişiyə necə baxım göstərməli

Oynaq ağrısı səbəbindən yaşlı pişiyin bədəni əvvəlki kimi çevik olmur, buna görə də o, tükünü təmizləməkdə çətinlik çəkir. Ev heyvanınıza "yuyunmağa" kömək edin. Göz, burun və anus ətrafı ifrazatları silin. Tükünü müntəzəm olaraq yumşaq fırça ilə darayın, keçəl yerlər və diqər anomaliyaların olub-olmamasını diqqətlə yoxlayın. Unutmayın ki, yaşlı pişiyi yalnız zəruri halda çimdirmək olar.


Heyvanın ağız boşluğunu müayinə etmək də tövsiyə olunur, çünki yaşlılıq dövründə pişiklərdə tez-tez diş və diş əti ilə bağlı problemlər yaranır. 


Bədən çəkisində olan ani dəyişiklikləri nəzərdən qaçırmamaq üçün pişiyi ildə iki dəfə tərəzidə çəkin. 


Yaşlı pişiyin fiziki aktivliyi

Dediyimiz kimi, yaşlı pişiklər hərəkət etməkdə çətinlik çəkirlər. Bəzən qucağımıza almaq belə onları incidir. Lakin bu o demək deyil ki, fiziki fəaliyyətdən tamamilə imtina edilməlidir. Əksinə, gündəlik sadə oyunlar və zehni məşqlər pişiyə yalnız fayda gətirəcəkdir, yuxu və ümumi vəziyyətini yaxşılaşdıracaqdır. 


Yaşlı pişiyin sağlamlığı 

Əgər əvvəllər baytar həkiminə ildə bir dəfə getmək lazım gəlirdirsə, yaşlı pişiyi hər altı aydan bir müayinədən keçirmək tövsiyə olunur. Pişiklər xəstəliklərini çox yaxşı gizlədə bilirlər və sonunda çətin vəziyyətdə klinikaya düşürlər. Belə halla rastlaşmamaq üçün vaxtında baytar müayinəsindən keçin.


Xülasə

Hər bir pişik fərqlidir və onların yaşlanma əlamətləri də bir-birinə bənzəməyə bilər. Əsas olan  – ev heyvanınıza düzgün qulluq göstərin, onu yalnız yüksək keyfiyyətli yem ilə bəsləyin və vaxtında həkim müayinəsindən keçirin. Bu sadə qaydalara əməl etsəniz, ev heyvanınız sizə hələ daha uzun müddət sevinc bəxş edəcəkdir.