Royal Canin Pomeranian Adult Pomeraniya şpitsi yetkin it üçün nəm yem, 85 q

Royal Canin Pomeranian Adult Pomeraniya şpitsi yetkin it üçün nəm yem, 85 q

3.50₼
Model: Royal Canin Pomeranian Adult
Məhsul kodu: 3869
Bonus xalı: 3.50
Mövcudluq: Anbarda
birkart

Mövcud seçimlər

Royal Canin Pomeranian Adult Pomeraniya şpitsi yetkin it üçün nəm yem. Paştet şəklində tam balanslaşdırılmış rasion. Məhsulun formulu 8 aydan böyük yetkin pomeraniya şpitsləri üçün xüsusi olaraq hazırlanıb. Yemin uyğunlaşdırılmış mineral tərkibi itin incə sümük və oynaqlarının sağlamlığını qoruyur. Yem pomeraniya şpitsinin dərisinin müdafiə baryerini gücləndirən və gözəl tükünü qidalandıran xüsusi EPA və DHA yağ turşuları, habelə göyzəbanı yağı ilə zənginləşdirilibdir. Asan həzm olunan zülallar və müxtəlif liflərin balanslaşdırılmış qarışığı bağırsaq tranzitinə müsbət təsir göstərir və nəcis keyfiyyətini yaxşılaşdırır. Yemin iştahaaçan yumşaq teksturu kaprizli şpitsi mütləq cəlb edəcəkdir. 


Ət və ət emalı məhsulları, dənli bitkilər, bitki emalı məhsulları, yağlar, mineral maddələr, karbohidratlar mənbələri, molyusklar və xərçəngkimilər.

Əlavələr (kq üçün): Qida əlavələri: D3 vitamini: 180 BV, Yod (3b103): 3 mq, Yodin (3b202): 0,2 mq, Mis (3b405, 3b406): 1,5 mq, Manqan (3b502, 3b503, 3b504): 0,9 mq, Sink (3b603, 3b605, 3b606): 9 mq. Texnoloji əlavələr: çöküntü mənşəli klinoptilolit 2 q.

Qida dəyəri: Zülal 8,5%, Yağ 5,5%, Xam kül 1,9%, Xam lif 1,0%, Nəm 79,3%, EPA/DHA 1,2 q, Omeqa-6: 13,0 q.

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

İtin çəkisi

Gün ərzində pauç sayı

Qarışıq yemləmə (gündəlik)

kq

2

1 pauç + 26 qram quru yem

Şərh yaz

       
Doğrulama Kodu