Royal Canin Hepatic Feline Pişik üçün xroniki qaraciyər çatışmazlığında baytarlıq pəhrizi, quru yem

Royal Canin Hepatic Feline Pişik üçün xroniki qaraciyər çatışmazlığında baytarlıq pəhrizi, quru yem

25.00₼
  • Ölkə: Fransa
Model: Royal Canin Hepatic Feline
Məhsul kodu: 189
Bonus xalı: 25.00
Mövcudluq: Anbarda
birkart

Mövcud seçimlər

Royal Canin Hepatic Feline Pişik üçün xroniki qaraciyər çatışmazlığında baytarlıq pəhrizi. Tam rasionlu quru yem xroniki qaraciyər çatışmazlığı zamanı qaraciyər funksiyasını qorumaq üçün hazırlanmışdır. Yüksək enerji miqdarı pişiyin enerji ehtiyaclarına cavab verir, yem porsiya miqdarını məhdudlaşdırmağa və mədə-bağırsaq traktına düşən yükü azaltmağa imkan yaradır. Qaraciyər xəstəliyindən əziyyət çəkən pişiklərin iştaha zəif olur və onlarda çəki azalması müşahidə olunur. Cəlbedici dad iştahanı stimullaşdırır və bərpa olunmasına kömək edir. Misin az miqdarı qaraciyər hüceyrələrində məcmu təsirini və xolestaz halında hüceyrədaxili ziyanı məhdudlaşdırır. Sinergetik antioksidant kompleksi oksidləşdirici stressi azaldır və sərbəst radikallarla mübarizə aparır. İlkin tətbiq kursu 6 aydır.

Göstərişlər: xolangit (xolangiohepatit), xolestaz, portokaval anastamoz, qaraciyər ensefalopatiyası, qaraciyər çatışmazlığı, mis metabolizminin pozulması.

Əks göstərişlər: hamiləlik, laktasiya dövrü, böyümə, hiperlipidemiya, pişik qaraciyərinin lipidozu (qaraciyər ensefalopatiyasının təzahür etdiyi hallar istisna olmaqla).


Düyü, heyvan mənşəli piylər, bitki mənşəli zülal izolatı, dehidratlaşdırılmış heyvan zülalları (donuz əti), bitki lifi, buğda, heyvan zülalı hidrolizat (dadvericilər), mineral maddələr, balıq yağı, soya yağı, fruktooliqosaxaridlər, maya hidrolizatı (mannan oliqosaxaridlər mənbəyi), Tagetes erecta ekstraktı (lüteyin mənbəyi).

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Pişiyin çəkisi (kq)

Az

Optimal

Artıq

2

37 q

31 q

25 q

3

49 q

41 q

33 q

4

60 q

50 q

40 q

6

81 q

67 q

54 q

8

99 q

82 q

66 q

 Cədvəldə göstərilən yemləmə tövsiyələri ümumiləşdirilmişdir. Baytar həkiminizlə məsləhətləşin.

Şərh yaz

       
Doğrulama Kodu