Royal Canin Gastrointestinal Feline Pişik üçün həzm pozulmasında baytarlıq pəhrizi, quru yem
- Ölkə: Fransa

Royal Canin Gastrointestinal Feline Pişik üçün həzm pozulmasında baytarlıq pəhrizi. Tam rasionlu quru yem kəskin həzm posulması, bərpa dövründə və çəki azalmasında qəbul edilir. Baytarlıq pəhrizi. Asanlıqla həzm olunan maddələr. Əlavə elektrolitlər və yüksək miqdarda əsas qida maddələri. Yüksək kalorili.
Tövsiyələr: Bu qidanın istifadəsinin məqsədəuyğunluğu barədə baytar həkiminizlə məsləhətləşin. Kəskin ishalda və bərpa müddətində tam sağalana qədər ən azı 1-2 həftə Gastrointestinal nəm qidadan istifadə edin.
Göstərişlər: kəskin və xroniki ishal, xroniki bağırsaq iltihabı, zəif həzm və qida maddələrinin absorbsiyası, kiçik bağırsaqda bakteriyaların çoxalması, kolit, qastrit, qaraciyər xəstəliyi (qaraciyər ensefalopatiyası istisna olmaqla), xəstəlikdən sonra bərpa dövrü, anoreksiya.
Əks göstərişlər: hepatik ensefalopatiya, limfangiektaziya - ekssudativ enteropatiya, pankreatit.
Düyü, dehidratlaşdırılmış heyvan zülalları (quş əti), bitki mənşəli zülal izolatı, heyvan piyləri, bitki lifi, heyvan zülal hidrolizatı (dadvericilər), mineral maddələr, yumurta tozu, soya yağı, balıq yağı, maya və fermentasiya məhsulları, bağayarpağı qabığı və toxumları, fruktooliqosaxaridlər, maya hidrolizatı (mannan oliqosaxaridlər mənbəyi), Tagetes erecta ekstraktı (lüteyin mənbəyi).
Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.
Pişiyin
çəkisi (kq) |
Az |
Optimal |
Artıq |
2 |
37 q |
31 q |
25 q |
3 |
50 q |
41 q |
33 q |
4 |
61 q |
51 q |
41 q |
6 |
81 q |
68 q |
54 q |
8 |
100 q |
83 q |
66 q |