Royal Canin Dental Care Pişik üçün quru yem, diş daşı və diş ərpinin profilaktikası

Royal Canin Dental Care Pişik üçün quru yem, diş daşı və diş ərpinin profilaktikası

19.00₼
  • Ölkə: Fransa
Model: Royal Canin Oral Care
Məhsul kodu: 155
Bonus xalı: 19.00
Mövcudluq: Anbarda
birkart

Mövcud seçimlər

Royal Canin Dental Care Pişik üçün quru yem, diş daşı və diş ərpinin profilaktikası. Yetkin pişiklər üçün tam rasionlu quru yem. Diş daşı və diş ərpinin yaranmasının profilaktikası üçün tövsiyə olunur. Xüsusilə balanslaşdırılmış formul diş daşının yaranma intensivliyini azaldaraq pişiklərdə ağız boşluğu sağlamlığını qorumağa kömək edir. Məhsul zülallarla zəngindir, heyvanların əzələ kütləsini, sümük gücünü və diş sağlamlığını dəstəkləyir. Royal Canin Dental Care həm mexaniki, həm də kimyəvi təmizləyici təsir göstərir. Kroketin ölçüsü, forması və teksturası yemin çeynənilməsini asanlaşdıraraq dişlərin gündəlik təmizlənməsini təmin edir. Bundan əlavə, məhsulda tüpürcək tərkibindəki kalsiumu bağlayan aktiv maddələr (kalsium xelatları) diş ərpinin minerallaşmasının qarşısını alır. Klinik sınaqlara əsasən, 28 gün ərzində yalnız Royal Canin Dental Care yemi ilə qidalanan pişiklərdə diş daşının yaranma aktivliyi 59% azalıb. Yem balanslaşdırılmış mineral tərkibi sayəsində, yetkin pişiyin sidik sisteminin normal işləməsini təmin edir.

Heyvan mənşəli dehidratlaşdırılmış zülallar (quş əti), bitki mənşəli zülal izolatı, buğda, düyü, heyvan mənşəli yağlar, taxıl unu, bitki lifi, heyvan zülalının hidrolizatı (ətirli əlavə), mineral maddələr, balıq yağı, soya yağı, fruktoliqosaxaridlər, bağayarpağının qabığı və  toxumları.

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Pişiyin çəkisi

Normal

Artıq

3 kq

46 q

36 q

4 kq

56 q

45 q

5 kq

66 q

52 q

6 kq

75 q

60 q

Şərh yaz

       
Doğrulama Kodu