Royal Canin brendinin tarixi

27.07.2021
 BUNU PAYLAŞIN
Royal Canin brendinin tarixi

"Kral itlər üçün"  dünyanın it və pişik yem istehsalçısı brendinin adı təxminən belə tərcümə olunur. Royal Canin Fransanın kiçik Qar şəhərində yaranmış bir uğur hekayəsidir.

Hər şey necə başladı 

XX-ci əsrin ikinci yarısında avropalılar ev heyvanlarının qidalanmasına daha çox diqqət yetirməyə başladılar. Məhz bu vaxt baytar həkimi Jan Katari dəri xəstəliklərindən əziyyət çəkən itlər üçün qarğıdalı dənələri, taxıl və ətdən ibarət xüsusi bir yem qarışığı hazırladı. Bu cür balanslaşdırılmış yem ilə müalicə uğurla nəticələndi və heyvanların qidalanmasına qarşı yanaşmanın düzgün olduğunu təsdiqlədi. Beləliklə, Katari Royal Canin brendi adı ilə quru yemlərin kütləvi istehsalına başladı.

Davamlı uğur

Şirkətə ilk ticari müvəffəqiyyəti 1972-1982-ci illər arasında gəldi və Fransadan xaricə doğru – Almaniya, Belçika, Skandinaviya, İtaliya və İspaniyaya qədər yayılmışdır.

1983-cü ildə Royal Canin şirkəti, ABŞ və Braziliyada firma və zavodlar əldə edərək, dünya bazarlarına çıxır. 1990-1997-ci illərdə şirkət Asiya, Latın Amerikası və Şərqi Avropa bazarlarında görünərək inkişafını davam etdirdi. Şirkət məhsul xəttlərini sistematik şəkildə genişləndirmişdir.


Hal-hazırda

Baxmayaraq ki, 2002-ci ildə Royal Canin Mars şirkətlər qrupu tərəfindən alındı, bir brend və bir şirkət olaraq Royal Canin quruluşunu qoruyub saxlayır və bazarda müstəqil fəaliyyət göstərir.

Hal-hazırda, Royal Canin məhsullarına it və pişiklərin cins və xüsusi ehtiyaclarını nəzərə alan yemlər, habelə baytarlıq pəhrizləri və gündəlik rasionlar daxildir.

Royal Canin məhsulları Azərbaycan bazarına 2000-ci illərin əvvəllərində çıxıb və qısa müddət ərzində mütəxəssislər və ev heyvanları sahibləri tərəfindən sevilib.