Pişiyin mədəsinə tük yığılıb: nə etməli

23.01.2024
 BUNU PAYLAŞIN
Pişiyin mədəsinə tük yığılıb: nə etməli

Pişiklərin təbii təmizkarlığı bəzən onlara əks təsir göstərir. Ev heyvanınızda heç vaxt trixobezoara rast gəlməmisinizsə, onda şanslısınız. 


"Tükdən ibarət daş" kimi tərcümə olunan bu xəstəlik yalama zamanı pişiyin mədə-bağırsaq traktında formalaşır. Normalda pişik gündəlik olaraq az miqdarda ölü tükləri udur və onlar sonra təbii şəkildə nəcis ilə bədəndən çıxır. Əgər nəzərə alsaq ki, tük əsasən keratindən ibarətdir, pişiyin bağırsağı onu həll edə bilmir və tük yığılıb qalır. 


Pişiyin mədəsindən çıxan tük necə olur?

Qida borusundan çıxaraq trixobezoar uzunsov boruşəkilli forma alır. Onu asanlıqla ev heyvanının nəcisi ilə səhv salmaq olar, lakin tük tez quruyur. Digər hallarda qida və mayelərlə qarışaraq tük topası formasını itirir və bu halda onu adi qusmadan fərqləndirmək çətin olur. 


Pişiyin mədəsində tük topalarının yaranmasının səbəbləri

Pişiklərdə trixobezoar aşağıdakı səbəblərə görə əmələ gələ bilər:

  • Uzun tük örtüyü olan cinslər, məsələn meyn-kun və ya fars pişiyi;

  • Həddindən artıq tük tökülməsinə səbəb olan dəri xəstəliyinin olması;

  • Stres, sıxıntı və ya digər davranış problemləri fonunda həddindən artıq tükünü yalama;

  • Mədə-bağırsaq traktına təsir edən ciddi xəstəliklərin olması, məsələn, pankreatit, qurd xəstəliyi, qida allergiyası, iltihabi xəstəliklər və s. 


Situasiyaya nə vaxt ciddi yanaşmaq lazımdır?

Pişiyin tük topalarını qusması, bir dəfə baş verdiyi halda, normal hesab edilir. Qusduqdan sonra ev heyvanı həmin dəqiqə özünə gəlir və bu proses heyvanın halına və gündəlik aktivliyinə təsir göstərmir. 


Tükün çıxması ilə nəticələnməyən, iştahanın azalması və halsızlıqla müşaiyət edilən davamlı qusma halları normadan kənar hesab edilir. Bu halda pişiyi dərhal baytar həkiminə göstərin. 


Pişiklərdə tük topalarının yaranmasının qarşısını necə almalı?


  • Gündəlik qruminq həm trixobezoarların yaranmasının qarşısını alacaq, həm də ev heyvanınızla münasibətinizi gücləndirəcəkdir. Pişiyi xüsusi fırça ilə darayın, sonra isə tük örtüyünü nəm dəsmal ilə silin ki, ölü tüklər üstündə qalmasın. 

  • Tük topalarını çıxaran pasta və gellər tük topasını yumşaldır və bağırsaqdan təbii yolla çıxmasına imkan yaradır. Onların arasında öz təsir mexanizmi ilə misilsiz hesab esab edilən bitki mənşəli Canina Catlax-Gel alman məhsuludur. Gel ev heyvanının həzm sistemində metabolizə olmur və nəcisin su hopdurma qabiliyyətini artırır. 

  • Xüsusi yem Royal Canin Hairball Care tərkibində bitki seliki ilə zəngin olan bağayarpağı toxumlarının sayəsində pişiyin mədəsində tük topalarının əmələ gəlməsinin qarşısını alır. Həll olunmayan lif ilə birgə yem bağırsaq tranzitini yaxşılaşdırır, ishal və qusmaya səsbəb olmadan tükü heyvanın orqanizmindən təbii şəkildə çıxarır. 



Trixobezoarların yaranmasının qarşısını almaq üçün pişiyin tükünə müntəzəm qulluq göstərin və onu vaxtında baytar müayinəsindən keçirin. Problemin qarşısını almaq mümkün olmadıqda isə, onu görməzdən keçməyin və doğru müalicə seçmək üçün gec olmadan həkimə müraciət edin.