Pişiyi çöldə gəzdirmək lazımdırmı?

17.08.2023
 BUNU PAYLAŞIN
Pişiyi çöldə gəzdirmək lazımdırmı?

Pişik sahiblərinin ikili standartları arasında digər bir yeri pişiklərin gəzdirliməsi məsələsi tutur. Bir çoxumuz evsiz pişikləri küçədəki təhlükələrdən xilas edirik, sonra isə onların küçədə sərbəst gəzməsinə icazə veririk. Təmiz havanı arqument gətiririksə, bu, görünməyən maneələrə üstün gəlirmi? Oxumağa davam edək və nəticə çıxaraq.

 

Ev pişiyinin küçəyə çıxma ehtiyacı var?

Əlbəttə ki, yox. İnsan olaraq öz ehtiyaclarımızı ev heyvanlarımızın üzərində əks etdiririk və bu da səhvdir. Pişiklər təbiətcə öyrəşdiyi mühit, əşyalar və insanları olan öz ərazilərində tək yaşamağı sevən yırtıcıdırlar. Komfort zonasından kənara çıxan hər yeni şey onlarda güclü stresə səbəb olur. Pişiyinizin çölə çıxmadan yeməyi və isti yeri varsa və lazımi qulluq alırsa, onda inanın ki, o xoşbəxtdir və həyətdə gəzən digər həmcinslərindən daha çox yaşayacaqdır.

 

Pişiyi tək başına çölə buraxmaq onu ölümə yollamaqdır

Stresdən əlavə, küçədə pişiyi bir çox təhlükələr gözləyir. O, küçə pişikləri ilə dalaşa, itlər tərəfindən parçalana, xüsusi xidmət tərəfindən tutula və hətta insanlar tərəfindən xəsarət ala bilər. Hələ yoluxucu xəstəliklər riskini demirik. Parazit və qurdlara qarşı dərmanlama, hətta peyvənd belə, ev heyvanını küçədə gözləyən viruslardan 100% qoruya bilmir, çünki onların bir çoxuna qarşı peyvənd yoxdur. Küçədə olan kimyəvi maddələrlə zəhərlənmə riskini unutmayın.

 

Xalta qayışı ilə gəzinti bəs necə?

Pişiklər heç itlərə bənzəmirlər, buna görə də gəzinti zamanı onların itlər kimi itaət edəcəyini gözləməyin. Pişik ağaca və ən narahat yerlərə dırmanmağa çalışacaqdır. Hətta yanında olmağımız və xalta qayışı heyvanı xəstəliklərə yoluxma riskindən qorumayacaqdır.

Ev heyvanları üçün küçə triggerlər ilə doludur. Stresə ilk növbədə xalta qayışı səbəb olur, çünki bununla ev heyvanı ərazini sərbəst araşdıra bilmir. Yeni qoxular, digər pişiklərin işarələri, avtomobillər və itlər heyvanda güclü həyəcan hissi yaradır.

Hər gəzintidən sonra pişiyin tük və pəncələrini çirkdən yumaq lazım gəlir və bu da təkcə onu əsəbləşdirmir.

 

Gəzintini nə ilə əvəz etməli?

Pişik üçün evdə də tam şərait yaratmaq mümkündür. Ev heyvanının oynamaq, istirahət etmək və yemək üçün yeri varsa, onda küçəyə çıxma fikirləri heç onun ağlına belə gəlməyəcəkdir. Pişik üçün caynaqyonanlı oyun kompleksi qurun, oyun tuneli alın və pəncərənin yanında qamak yerləşdirin, çünki pişiklər ətrafda baş verənləri izləməyi çox sevirlər.

Ev heyvanı hələ də çölə çıxmağa cəhd edirsə, onu sterilizasiya etmək və ya sterilizasiya olunmamış pişiklərin işarələdiyi yerlərdən uzaq saxlamaq lazımdır.

 

Gəzintiyə hə deyirsiniz? Təhlükəsizlik qaydalarına əməl edin!

Pişiyinizi çölə çıxarmazdan əvvəl, ilk növbədə, yoluxucu xəstəliklərə qarşı planlaşdırılmış bütün peyvəndləri tamamlamalısınız. Onu, qurd və parazitlərə qarşı müntəzəm dərmanlamaq vacibdir. Sterilizasiya edilməmiş pişikləri xalta qayışından buraxmayın. Stresin qarşısını almaq üçün pişiyi əvvəlcədən evdə xalta və sinə qayışına öyrətmək tövsiyə olunur. Ev heyvanı itməsin deyə sinə qayışına əlaqə məlumatlarınız olan etiket taxmaq məsləhət görülür.

Hamilə, yaşlı və xəstə heyvanları, habelə estrus zamanı pişikləri gəzdirmək qadağandır.

 

Beləliklə, nəticə özünü göstərir: küçə hətta peyvəndlənmiş pişik üçün təhlükəlidir. Pişiyin evdə bütün ehtiyacları qarşılanırsa, onda onun küçəyə çıxma istəyi olmamalıdır.