Hamı yatıb, o oyaq, və ya pişiyə gecə yatmağı necə öyrətməli

22.02.2024
 BUNU PAYLAŞIN
Hamı yatıb, o oyaq, və ya pişiyə gecə yatmağı necə öyrətməli

Pişiklər toran vaxtı aktiv olan heyvanlardır. Təbiətdə onlar gecələr ova çıxarlar və səhərə qədər yatmazlar. Pişiyin ovçu instinktləri ev həyat tərzinə tabe deyil. Gözləməyin ki, sizinlə sadəcə bir evdə yaşayaraq ev heyvanı öz-özünə sizə uyğunlaşacaqdır (hətta əksinə). Pişiyin rejimini dəyişmək mümkündür, lakin bu, səbir və fərasət tələb edir. 


Xəstə olmadığına əmin olun

İlk növbədə sağlamlıq problemlərini istisna etmək lazımdır. Əvvəllər pişik sizi narahat etmirdisə və birdən özünü qəribə aparmağa başlayıbsa, onu baytar həkiminə göstərin. Unutmayın ki, pişiklər xəstəliklərini çox yaxşı gizlətməyi bacarırlar, buna görə də davranışdakı hər hansı bir dəyişiklik sizin diqqətinizi çəkməlidir. 


Yatmazdan əvvəl pişiyinizlə oynayın

Pişiklərin enerji ilə qaynayan vaxt günəş batmazdan əvvəl və biz adətən yatmağa getməzdən əvvəl saatlarına düşür. Bu vaxt pişiyinizi aktiv şəkildə oynadın. Onu siçan, top və ya tilov şəklində pişik üçün müxtəlif oyuncaqlar ilə əyləndirin. Ev heyvanının əhvalı yaxşı olması üçün fiziki və zehni məşqlər tələb olunur, yorğun pişik isə yuxulu pişik deməkdir.


Yatmazdan əvvəl pişiyi yemləyin

Pişiyin gündəlik yem dozasını gündüz vaxtı üçün kiçik porsiyalara bölün, doyumlu hissəsini isə axşama saxlayın. Dadlı yeməkdən zövq aldıqdan sonra pişik mütləq yatmaq istəyəcəkdir. 


Bəsləməni də maraqlı oyuna çevirə bilərsiniz. Yemini xüsusi oyuncağa yerləşdirin və ya evin müxtəlif güşələrində gizlədin. Belə bir oyun pişiyin ovçu instinktlərini stimullaşdırır, və bu da bizim üçün əlverişlidir, çünki zehni gərginlik fiziki gərginlik qədər yorucudur. 

 

Şəxsi yerinizi ayırın

Pişiyiniz yataq otağınıza sərbəst daxil ola bilirsə, onda onun üçün girişi məhdudlaşdrımanın vaxtı gəldi. Əvvəlcə çətin olacaq, çünki ev heyvanı qapının ağzında oturub miyovlayacaqdır. Həmin an pişik manipulyasiyasına reaksiya verməsəniz, çox yaxında pişiyinizin sizin qaydaya öyrəşdiyini görəcəksiniz. 


Ev heyvanınızın otağınızda gözü olmaması üçün onun yemək yeyə, əylənə və dincələ bilməsi üçün öz şəxsi məkanını təşkil edin. Oyun kompleksi və ya caynaqyonan-ev almaq haqqında düşünün. 


Ev heyvanınız ilə daha çox vaxt keçirin

Pişiyin yığılmış enerjisini çıxara bilməsi və özünü yaxşı hiss etməsi üçün gündə 2-3 dəfə 10-15 dəqiqə olmaqla onunla oynayın.


Uzun müddət evdə olmursunuzsa, ev heyvanınız ilə otura biləcək bir şəxs tapın.


Pişiyi təşviq etməyin və cəzalandırmayın

Pişik sahiblərinin etdiyi ən böyük səhvlərdən biri də pişik provokasiyalarına reaksiya verməkdir. Pişik sizi oyatdı və siz dərhal onu sığallamağa başladınız və ya getdiniz yem verməyə. Belə edərək, siz sadəcə heyvanın davranışını möhkəmləndirirsiniz. Yataq otağının qapısını bağlı saxlayın və pişiyə ora girməyi tərgitdirin. 

Pişiyi cəzalandırmaq və üstünə qışqırmaq da olmaz, çünki heyvan səhvini dərk etmir. Qışqırmaq və aqressiya göstərmək onda yalnız sizə qarşı qorxu yaradacaqdır. 



Yuxunuza mane olmaması üçün pişiyin gecə vərdişlərini dəyişmək olduqca mümkündür. Lakin bu bir günün içində baş verməyəcəkdir. Səbrli olun, qaydalardan kənara çıxmayın və unutmayın ki, əsas olan sevgidir.