İt üçün nəm yem: üstünlükləri nədir?

29.07.2022
 BUNU PAYLAŞIN
İt üçün nəm yem: üstünlükləri nədir?

Əgər it sahiblərindən ev heyvanı üçün hansı növ yemə üstünlük verdiklərini soruşsanız, əksər hallarda cavab quru yem olacaq. Səbəbi aydındır - quru yem daha ucuzdur, saxlanılması asandır, sərt qoxuya malik deyil, səpələnmiş kroketləri təmizləmək daha rahatdır, yem qabını yumaq isə heç də çətin olmur.

İnsan üçün üstünlüklər göz qabağındadır. Lakin itlərin özləri nəm yemə üstünlük verərdilər. Gəlin baxaq niyə. 

Su balansı

Nəm yem təxminən 70% sudan ibarətdir. Bu, heyvanlar üçün vəhşi mühitdə tapılan təbii qidaya yaxındır, buna görə də belə yem daha həvəslə yeyilir.

Əgər it az su içirsə, onda nəm rasion maye çatışmazlığını əvəz edəcək.

Sidik daşı xəstəliyi halında nəm məhsul yalnız fayda gətirəcək.

Cəlbedici dad

Ətirlərlə zəngin olduğu üçün nəm yem demək olar ki, bütün itlərin ağız dadına uyğundur. Yemi bir az isidin və hətta ən kaprizli it belə ondan imtina etməyəcək.

Bütün itlərin ehtiyaclarını qarşılamaq üçün yem istehsalçıları geniş çeşiddə forma və tekstura təklif edirlər: paştet, sousdajeledə parçalar, muss.

Daha az qoruyucu

Konservləşdirmə daha az qoruyucudan istifadə edərək məhsulun daha uzun müddət saxlanılmasına imkan verir. Bu, yalnız keyfiyyətli yemlərə aiddir. Premium və super premium rasionların tərkibində süni konservantlar olmur.

Nəzərə alın ki, qablaşdırma açıldıqdan 24 saat sonra hər bir nəm yem artıq istifadə üçün yararsız hesab edilir.

Çəkiyə nəzarət

Su həcminin daha çox olması səbəbindən nəm yem uzun müddət doyumluluq hissi yaradır. Bu xüsusilə iştahı yüksək olan itlər üçün faydalıdır. Su sayəsində nəm yemin bir porsiyasına düşən kalori miqdarı quru yemlə müqaisədə daha azdır.

Kiçikdən böyüyədək

Nəm yemin yumşaq teksturası həm bala itlərin dişlərinə, həm də diş problemləri olan yetkin və yaşlı itlər üçün uyğun olacaq.

Nəm yem seçimi

İtinizi bütün həyati vacib qida maddələri ilə təmin etmək üçün nəm yemi onun yaşına və çəkisinə uyğun seçin. Royal Canin müxtəlif ölçülü və yaşlı itlərin qidalanma ehtiyaclarını nəzərə alan yemlər istehsal edir: kiçik, ortaböyük cins bala və yetkin itlər üçün.

Yemin balanslaşdırılmış olmasına diqqət yetirin. Əgər qablaşdırmada bu qeyd edilməyibsə, onda  çox güman ki, qarşınızdakı əlavə yemdir və onu balanslaşdırmaq lazım gələcək.

Qarışıq yemləmə

Qarışıq yemləməyə düzgün riayət etmək piylənmə və sidik daşı xəstəliyinin inkişafının qarşısını alır. Nəm və quru yemin optimal nisbəti təbiətdəki bəslənməyə məxsus olan zülal və karbohidratların balansına nail olmağa kömək edir. Quru yemin rasiona daxil edilməsi həmçinin diş ərpininin təmizlənməsinə kömək olur.

Qarışıq yemləməyə keçid edərkən eyni istehsalçının yemlərini seçin. Nəm yemin miqdarını müvafiq şəkildə quru yemin nisbətini azaldaraq artırın. Ən vacibi yemin gündəlik dozasını müşahidə etməkdir.

 

Məlum olduğu kimi, nəm yem itin sağlamlığına bir çox fayda gətirir və dördayaqlı dostlarımızın təbii bəslənməsinə daha yaxındır. Onu quru yem ilə birləşdirərək siz həm ev heyvanınızın rasionunu daha zəngin edəcəksiniz, həm də onun sağlamlığının qeydinə qalacaqsınız.