İt niyə sahibini qısqanır?

26.10.2023
 BUNU PAYLAŞIN
İt niyə sahibini qısqanır?

Hər kəs ev heyvanının ən sevdiyi insanı olmaq istəyir. Ailənin içində yalnız səni seçər və sənə pəncəsini uzadar. Əsl xoşbəxtlikdir! Lakin sağlam bağlılıq asılılıq ilə əvəz olunarsa, bütün bu xoş duyğular yox olar. 


İt qısqanclığı çox vaxt ciddi problemə çevrilir və bunun səbəbindən dördayaqalı dostlarımız ən yaxşı halda özünü sığınacaqda tapır. Bunun qarşısını almaq üçün əvvəlcə itin niyə sahibini qısqandığını anlamalıyıq. 


İtlərdə qısqanclıq hissi olurmu

İt dəstə ilə yaşayan heyvan olduğuna görə öz sahibini lider hesab edir və bu sosial iyerarxiyada ikinci yeri tutmağa çalışır. Arzuolunmaz reaksiyalar da məhz buradan qaynanır. Əlbəttə ki, itlər qısqanclığı bizdən fərqli şəkildə hiss edirlər, lakin oxşarlıq yenə də mövcuddur. 


Vyana Baytarlıq Tibb Universitetinin alimlərinin apardığı araşdırmaya görə, itlər qısqanclıq hissi keçirir və hətta ədalətsizliyə cavab verə bilirlər. Belə bir eksperiment zamanı itlərə pəncələrini uzatmaq əmr edərlər və bir müddət sonra onlardan bəzilərinə dadlı çərəz verərlər. Mükafat almayan itlər daha sonra əmrlərə cavab verməyi dayandırarlar. 


İtlərdə qısqanclıq əlamətləri

Ev heyvanının davranışı onun emosional vəziyyəti haqqında çox şey deyə bilər. Aşağıdakı əlamətlər itinizin sizi qısqandığını göstərir:

  • Aqressiv davranış. İt qısqanclıq obyektini görən kimi dişlərini qıcırdatır, nərildəyir, hürür, ulayır və ya dişləyir. 

  • Əmrsiz hərəkətlər. Sahibinin diqqətini cəlb etmək üçün it bildiyi əmrləri nümayiş etməyə başlayır.

  • Sahiblik. Uzaqdan qısqanclıq mənbəyini görən kimi ev heyvanı dərhal oyuncaqlarını, yem qabını və onun üçün dəyərli olan digər əşyalarını gizlətməyə çalışır. 

  • Destruktiv davranış. İt qəsdən icazə olmayan yerlədə tualetə gedir, evdəki mebel və digər əşyalara ziyan vurur.

  • Rəqabət. Ev heyvanı sizinlə obyekt arasında dayanır və ya aranıza girməyə çalışır. 

  • İncimə. Qısqanclıq mənbəyi göründüyü halda it otağı tərk edir. 


Qısqanclığın səbəbi nədir

Əgər qısqanc davranış daha öncə ev heyvanınıza məxsus deyildirsə, onda böyük ehtimal səbəb öyrəşdiyi gündəlik həyatda baş vermiş dəyişikliklərdir. Aşağıdakı hallar itdə qısqanclığa səbəb ola bilər:


  • Yeni evə köçmə və bundan yaranan əlləşmə;

  • Evə yeni ailə üzvünün gəlişi;

  • Evdə yeni ev heyvanı;

  • Uşağın dünyaya gəlməsi. Buna qarşı son dərəcə diqqətli olmalısınız.


İt qısqanclığı ilə necə mübarizə aparmalı  

Hər şeydən əvvəl evdə sağlam mühit yaradın. Bir neçə ev heyvanınız varsa, hər birinə eyni dərəcədə diqqət yetirin. Onları birlikdə yemləyin, hansınasa əlavə yem və ya dadlı çərəz verməlisinizsə, bunu başqa otaqda edin.


Heyvanların oyuncaqlarını heç vaxt qarışdırmayın, hər kəsin öz şəxsi yeri olmalıdır. 

İt qucağınızda yatmağa öyrəşibsə, onda onu öz yatağına alışdırın. İtaətliyi mütləq dadlı çərəz ilə təşviq edin. 


Evə yeni insan və ya ev heyvanı gəlməzdən əvvəl onun bir neçə şəxsi əşyalarını itin yediyi və yatdığı yerə qoyun. Beləliklə, it yad qoxunu müsbət emosiyalar ilə əlaqələndirəcəkdir. Yeni ailə üzvünün oyunlarda və gəzintilərdə iştirak etməsi üçün imkan yaradın. Qoyun o, iti yaxşı davranışa görə mükafatlandırsın. 

Uşağın gəlişi ailə həyat tərzini kökündən dəyişir, lakin ev heyvanının cədvəlinə mümkün qədər təsir göstərməməyə çalışın, ona həmişəki qədər vaxt ayırın. Yeni doğulmuş körpə ilə son dərəcə diqqətli olmalısınız. Əvvəlcə körpənin yorğanını itə iylədin və onu sakit olduğuna görə mükafatlandırın. Lakin ev heyvanının mehriban olduğuna tam əmin olduqda belə, uşağı heç vaxt it ilə tək qoymayın. 

Müsbət təlim metoduna riayət edin. Ev heyvanınızı yaxşı davranışa görə tərifləyin, xoşagəlməz reaksiyalarına isə diqqət yetirməyin. Heyvanların davranışı instinktlərə əməl olur, buna görə də cəza və aqressiya vəziyyəti daha da pisləşdirəcəkdir. 


Görünə bilər ki, ev heyvanı qəsdən bizi əsəbləşdirir, lakin bu düşüncə səhvdir. Çox vaxt qısqanc davranışın əsasında ev sahibi deyil, səhv rəftar və saxlama şəraiti durur. Hər halda peşəkar heyvan təlimçisinə (kinoloq) müraciət etməyinizi tövsiyə edirik. Azərbaycanda tanınmış kinoloqlar siyahısı ilə Biopet.shop sayatında tanış ola bilərsiniz.