İtiniz ilə dənizə gedirsiniz? Təhlükəsizlik tədbirləri haqqında öyrənin

25.06.2023
 BUNU PAYLAŞIN
İtiniz ilə dənizə gedirsiniz? Təhlükəsizlik tədbirləri haqqında öyrənin

Yay mövsümü təbiətə çıxmaq, dənizdə çimmək və qızmar günəş altında dincəlmək deməkdir. Hər bir it sahibi bu gözəl anları öz dördayaqlı dostu ilə keçirməyi sevir. Lakin təhlükəsizlik tədbirlərinə əməl etməsəniz, ev heyvanının dəniz və ya göldə çimməsi ən yaxşı halda baytar həkiminə səfər ilə, ən pis halda isə acınacaqlı halla nəticələnə bilər.

Əyləncəli istirahət əhvalını heç bir şey pozmasın deyə, məqaləni oxumağa davam edin. 


Hər it üzməyi bacarmır

Və biz əminliklə deyə bilərik ki, insanların bir çoxu bunu bilmir. Hər it cinsi anadangəlmə üzmə bacarığına malik deyil. Məsələn, üzmə qabiliyyəti labrador, qızılı retriver və su spaniellərində genetik olaraq təşkil edir. Güclü ayaqları sayəsində, bir dəfə suya daxil olduqda, bu itlər tez bir zamanda pəncələri ilə hərəkət etməyi öyrənirlər. 


Lakin qısa ayaqlı və ağır bədəni olan cinslər suda çətinliklər yaşayır və yalnız suyun üzərində qala bilirlər. Braxisefal cinslər üçün üzmək hətta təhlükəlidir, çünki ağızları qısa olduğuna görə su asanlıqla buruna dolur və boğulma riski yaradır.

Sudan uzaq durmaqları tövsiyə olunan ən populyar it cinsləri:

  • Buldoq

  • Bulteryer

  • Basset haund

  • Bokser

  • Mops

  • Korgi

  • Taksa 

  • Şi-tsu


Üzmək uzun və ikiqat tüklü itlər üçün də həmçinin çətin olur.


Hansı itlərə üzmək qadağandır 

Əgər heyvanın sağlamlığı ilə problemlər varsa, onu çimərliyə aparmazdan əvvəl bir daha düşünün. 

İnfeksiya tutma riskinə görə estrus zamanı dişi itlər üçün su prosedurları qadağandır. 


Hansı yerlərdən uzaq durmalı

Çimərliyin heyvan üçün təhlükəsiz olduğuna əmin olun: sahildə və ya suyun dibində şüşə qırıntıları, metal və travmaya səbəb ola biləcək heç bir şey olmamalıdır. Daşlı ərazi və sürətli cərəyanlardan uzaq durun. Qayığa minirsinizsə, itə xilasedici jilet geyindirmək tövsiyə olunur. 

Ev heyvanınızın durğun sulu göl və nohurlarda üzməsinə icazə verməyin, çünki onlar parazitlərlə doludur. Suyun səthində olan göy-yaşıl yosunlar xüsusi təhlükə daşıyırlar. Əgər it onlarla təmasda olubsa, o zaman onu təcili şəkildə yuyun və baytara aparın. 


Əsas qaydalar

İtə əvvəlcədən su içirdin və özünüzlə su şüşəsi götürün ki, o, dəniz və ya hovuzdan su içməsin. Duzlu dəniz suyu ev heyvanında ishal, qusma və bədəndə maye itkisinə səbəb ola bilər. Xlorlu hovuz suyu itdə mədə pozulması yarada bilər. 


Günəşə çıxmazdan əvvəl itin burnuna günəşdən qoruyucu krem tətbiq etmək yaxşıdır, bu xüsusilə açıq tüklü itlər üçün vacibdir. Tüksüz cinslərin dərisi həmçinin qulluq tələb edir. 


İtin bədəninin istilik mübadiləsinin pozulmaması üçün suda olma vaxtını qısa sessiyalara bölün (ən yaxşısı hər biri 15 dəqiqə). Əgər it suya maraq göstərmirsə, onda onu üzməyə məcbur etmək olmaz.


Ev heyvanınızı təlim edin ki, lazımi olduqda o, sizin əmrinizlə sudan çıxsın. 


Çimmədən sonra qulluq

Əvvəlcə itin qulaqlarını müayinə edin və təmizləyin. Bunun üçün xüsusi təmizləyici losyon və ya salfetlərdən istifadə etmək məsləhət görülür. Həmçinin pəncələrində zədələnmə olub-olmadığını yoxlayın. Tükündə qum qala bilər, buna görə iti yaxşıca çimizdirin. 


Su prosedurlarından sonra ev heyvanı parazitlərin hücumuna qarşı həssas olur, buna görə dərhal parazitlərə qarşı tədbir görmək lazımdır. 



Əlbəttə ki, təhlükəsizlik ilk növbədə düşünülməlidir, lakin əyləncə haqqında da unutmaq olmaz. Suda batmayan unikal materialdan hazırlanmış Collar Puller təlim aləti çimərlikdə aktiv istirahət üçün əsl tapıntıdır. Onunla özünüzə və dördayaqlı dostunuza unudulmaz xatirələr bəxş edin!