İsti havada ev heyvanımıza yardım

27.07.2021
 BUNU PAYLAŞIN
İsti havada ev heyvanımıza yardım

Yay istiliyi yalnız insanlar üçün deyil, heyvanlar üçün də əsl sınaqdır. Yüksək temperatur dəyişmələri heyvanlara heç bir təsir etmədiyinə səhvən inanaraq, sağlamlıqlarını riskə atırıq. Heyvanınıza yay aylarını keçirməsinə necə kömək edəcəyinizi bilmək vacibdir.

Yer hazırlamaq

Ev heyvanınız üçün evinizdə ən sərin yeri seçin. Yelçəkən yaratmadan otağı mütəmadi olaraq havalandırın. Otaqda yaş dəsmallar asmağınız məsləhətdir. Xüsusi sərinləşdirici xalça itlər üçün əlverişli olacaqdır.

Qida

İsti günlərdə suya ehtiyac artır. Ev heyvanınızın su qabında həmişə təmiz sərin suyun olmasından əmin olun. Yem miqdarı əksinə azaldılmalıdır. Bu, daha çox itlər və pişiklər üçün tez xarab olan nəm yemlərə aiddir.

İtlə gəzinti

İtin gəzintisi, günün ən sərin saatlarında - səhər tezdən və ya axşam saatlarında təşkil olunmalıdır. Kölgəli yerləri seçin və həmişə özünüzlə su götürün. Dörd ayaqlı dostunuzu qaçmağa və oynamağa məcbur etməyin.

Gigiyena

Heyvanın tükü onun üçün təbii istilik tənzimləyicisi kimi xidmət edir. Buna görə də itləri dibindən qırxmaq olmaz, çünki bu həm də dərinin yanmasına səbəb ola bilər. Lakin uzun tüklü itlər və pişiklərə az bir kəsim zərər verməz.

İsti günlərdə su proseduraları lap yerində olacaq. Sudan qorxan pişiklərin qulaqlarının üstünü və pəncələrini su ilə nəmlədin, islanmış əllərinizi tükünün üzərinə çəkin. Eyni prosedura gəmiricilərlə də edilə bilər.

Quşlar kimi, itlər də pulverizatordan çilənməyi sevəcəklər.

Quşlara gəldikdə, bəziləri suda çabalamağı xoşlayırlar. Qəfəsə su ilə qab qoyaraq onlara çimmək üçün bir yer təşkil edin. 

Təhlükəli

Qısa müddətə çölə çıxsanız belə ev heyvanınızı qapalı bir avtomobildə qoymaq onun üçün ölümcül nəticələnə bilər. Həmçinin ev heyvanınızı havalandırılmamış bir otaqda tək buraxmayın.

Yay, ev heyvanlarımıza xüsusilə diqqət yetirməli olduğumuz bir fəsildir.