Evə bala it gəlir: necə hazırlaşmalı

 BUNU PAYLAŞIN
Evə bala it gəlir: necə hazırlaşmalı

İt insanın ən yaxşı dostudur, deyirlər. Lakin kim deyib ki, dost olmaq belə asandır? Bala it sahibi olmaq arzusundasınızsa, onu evə gətirməyə tələsməyin. İt, pişikdən fərqli olaraq, böyük bir məsuliyyətdir, bala it isə həmçinin uşağa bənzəyir. Bu o deməkdir ki, ona qulluq etmək vaxtınızın və pulunuzun əhəmiyyətli bir hissəsini alacaqdır. Buna görə də, bu addımı atmazdan əvvəl özünüzə aşağıdakı sualları verin:

Ev heyvanına kifayət qədər vaxt ayıra biləcəyəmmi?

Evim və ya mənzilim heyvan saxlamaq üçün uyğundurmu?

İtimə lazımi qayğını göstərmək üçün kifayət qədər vəsaitim varmı?

Bütün suallara müsbət cavab verdinizsə, məqalənin davamı sizin üçündür.

Ən vacibi

Bala it evinizə ilk addımını atmazdan əvvəl, ən vacib addımı qabaqcadan nəzərə almaq lazımdır. Əvvəlcə ilk zəruri əşyaları təmin edin:

İtinizin itdiyi halda öz əlaqə nömrənizi qeyd edə biləcəyiniz adlı xalta;

Bala itlər üçün yemdadlı çərəzlər (baytar həkiminə pul xərcləmək istəmirsinizsə, keyfiyyətə qənaət etməyin);

Yem və suqabları (ən yaxşısı paslanmaz poladdan);

Oyuncaqlar;

Xalta qayışı;                                     

Caynaq qayçısı;

Fırça;

Ev və ya yataq;

Şampun;

İlk yardım dəsti (baytarlıq yaxası, kiçik fənər, küt qayçı, antiseptiklər, steril fizməhlul, rezin bağ, antibiotik məlhəmi, ammonyak, antihistamin prepartalar, adsorbentlər, ağrı kəsicilər, qusma əleyhinə dərmanlar, antiseptiklər, işlətmə dərmanları, ishal dərmanları, sarğılar).              

Baytarlıq klinikasını əvvəlcədən seçin və ev heyvanınızı qeydiyyatdan keçirin.

Bala it və siz

Hər şey hazırdır və evdə ilk hürüş səslənir. Bütün xoş çətinliklər elə bu andan başlayır. İlk öncə balaca dostunuza ad verin. Yaxşı olardı ki, bu ad 2-3 hecadan ibarət olsun və "dur", "uzan" və bu kimi əmrlərlə qafiyələnməsin. Yemlə təşviq edərək balacanı adına tədricən öyrədin.

Bala itin istirahət etməsi və güc toplaya bilməsi üçün ona sakit bir qapalı guşəcik hazırlayın. İlk günləri balanı evdə tək buraxmaq arzuolunmazdır, buna görə istirahət günləriniz haqqında əvvəlcədən düşünün. Bala itə bütün diqqət və qayğınızı vermək çox vacibdir, çünki bu sizinlə ev heyvanınız arasında gələcək münasibətlərin təməlini qoyur. İt sizin həyatınızın yalnız bir hissəsidirsə, onun isə bütün həyatı siz və ailənizdən ibarətdir.

Ailə ilə görüş

İt ailə üzvlərinə bir-bir təqdim edilməlidir. Yemdən mükafat olaraq istifadə etməyin. İt qorxduğu halda belə yem üçün təmas yarada bilər. Sakit davranın. Bala it gözlə təmasdan qaçdığını və ya quyruğunu saldığını görsəniz, onu başqa bir otağa aparın və dincəlməsinə imkan verin. Vaxt keçdikcə heyvan bütün ailə üzvlərinin qoxusuna alışacaq və könüllü olaraq onlarla əlaqə quracaqdır.

Və ən axırda

Gəzinti cədvəlinə əməl edin. Gəzintiləri qəti şəkildə müəyyənləşdirilmiş vaxtda təşkil etmək məsləhətdir. Bu şəkildə bala it təbii ehtiyaclarını nə vaxt ödəyə biləcəyini öyrənəcək və nadir hallarda sizi sürprizlərlə təəccübləndirəcəkdir.

Bala it sahibi olmaq böyük məsuliyyət deməkdir, ancaq bu məsuliyyət heyvanın həyatımıza gətirdiyi sevinclə heç cür müqayisə oluna bilməz.