Gəlin mehriban olaq! Ev heyvanlarını necə dostlaşdırmalı?

07.04.2023
 BUNU PAYLAŞIN
Gəlin mehriban olaq! Ev heyvanlarını necə dostlaşdırmalı?

Ev heyvanlarının xasiyyətləri, elə bizimki kimi, hər zaman uyğun gəlməyə bilər. Burada hətta pişik Leopold belə kömək etməyəcəkdir: görməzliyə vuraraq və sözlə dost olmağa məcbur etmək mümkün deyil. Bəs onda nə etməli? Cavabını veririk – bu məqalədə müzakirə edəcəyimiz düzgün yanaşmadan istifadə edərək.

 

İki iti necə tanış etməli

İki itin tanışlığı neytral ərazidə aparılmalıdır. Bu, park və ya həyət ola bilər. İtlər xalta qayışında saxlanılmalıdır, buna görə sizə başqa bir insanın köməyi lazım olacaqdır. Tələsməyin. Əvvəlcə itlərin bir-birini qoxulamasına imkan verin, sonra hərəsini bir kənara çəkin. Prosesi qısa fasilələrlə təkrarlayın və eyni zamanda heyvanların bədən dilinə diqqət yetirin. İtin dost olmağa hazır olduğunu “oyun duruşu” göstərəcəkdir. Əgər it sinəsini yerə qoyub arxa hissəsini qaldırıbsa, deməli, oynamağa hazırdır. Dostcasına münasibət mütləq dadlı çərəz ilə təşviq edilməlidir.

itlərin dostluğu

Sülhməramlı missiyanızı başa vurduqdan sonra nəhayət evə gedə bilərsiniz. Lakin, dərhal evə daxil olmağa tələsməyin, yeni gələni ərazi ilə tanış etmək üçün ətrafda bir az gəzin.

Evi yeni itin gəlişi üçün hazırlayın: çəkişməyə səbəb ola biləcək bütün oyuncaqları və yemi aradan götürün. Mübahisə baş verərsə, itləri ayrı-ayrı otaqlara aparın və 20-30 dəqiqədən sonra yenidən görüşdürün.

Yeni tanış olan itlərin bir-birindən istirahət etməsi çox vacibdir, buna görə də onların yemləmə və istirahət yerlərini ayırın.

Uyğunlaşma dövrü ərzində itləri tək buraxmaq olmaz. Həmişə diqqətli olun və onların emosiyalarına nəzər yetirin. İtlərə bərabər şəkildə diqqət və sevgi bəxş edin, sözünüzə baxdıqda isə onları mükafatlandırın.

 


İki pişiyi necə tanış etməli

Evə gəldikdən sonra pişiyi ayrı bir otağa aparın. Bir neçə gün ərzində o, ev pişiyindən uzaq saxlanılmalıdır. Pişiklər ayrı qaldığı müddət "qoxu mübadiləsi" proseduruna başlamaq lazımdır. Bir dəsmal götürün və yeni ev heyvanınızı sanki çimizdirmədən sonrakı kimi qurulayın, sonra eyni dəsmal ilə bu proseduru ev pişiyi ilə təkrarlayın. Və əksinə – əvvəlcə ev pişiyinizi dəsmalla silin, sonra isə yenisini. Dəsmalı otaqda qoymaq olar ki, ev sahibi olan pişik yeni ailə üzvünün qoxusuna alışsın. Bu cür feromonlar mübadiləsi pişik aləmində sosial əlaqələrin qurulmasında əsas rol oynayır.

pişiklər arasında dostluq


Pişiklər artıq bir-birinin qoxusuna maraq göstərmədikdə, nəzarətiniz altında onları görüşdürə bilərsiniz. Münaqişənin qarşısını almaq üçün onların hərəkətlərinə diqqət edin. Heyvanlar ünsiyyət qurmaqdan imtina edərlərsə, onları məcbur etməyin. Aqressiya nümayiş etdiklərində, pişikləri ayrı otaqlara aparın.

Bir müddət keçdikdən sonra görüşü təkrarlayın. Mehriban davranışı dadlı çərəzlərlə təşviq edin. Ev heyvanlarınızı otağın ayrı-ayrı künclərində bəsləyin, oynamağa gəldikdə isə birlikdə oynayın.

İki və ya daha çox həftəlik bir müddətdə, tam öyrəşmədən sonra, pişikləri artıq tək qoya bilərsiniz.

 



İt və pişiyi necə tanış etməli

Burada hər şey cinsdən asılıdır. Ovlamağı xoşlayan ovçu və ya idmançı itin pişik ilə dostlaşma ehtimalı azdır. O, yalnız pişiyi qorxutacaqdır. Lakin, əks cinsiyyət olan heyvanların dost olması daha asandır.

İt və pişiyin tanış olma prosesi oxşar qayda ilə həyata keçirilir. Əvvəlcə yeni iti ayrı bir otağa aparın və tədricən onları bir-birinin qoxuları ilə tanış edin. Dəsmalla olan proseduru tətbiq edə yaxud yataqoyuncaqlarını dəyişdirə bilərsiniz.

Üz-üzə görüşmək vaxtı gəldikdə, iti xalta qayışında saxlamaq lazımdır. İt pişiyi görməzliyə vurursa və ya onu iyləyirsə, bu yaxşı bir əlamətdir, onu dadlı çərəz ilə mükafatlandırın.


it-pişik dostluğu

Pişiyin hərəkətlərinə və halına fikir verin. Onu, it ilə ünsiyyət qurmağa məcbur etməyin. Cəsarətinə görə pişiyi də dadlı çərəz ilə mükafatlandırın.

Ev heyvanlarının birlikdə oynamasını təşkil edin və onlara eyni dərəcədə diqqət yetirin.

 

İt və pişiyi gəmirici ilə necə dostlaşdırmalı

Gəmiricini gördükdə pişikdə ovçu instinktləri oyanır. İt üçün isə bu zərərsiz balaca təhlükə kimi qəbul edilir. Buna görə də, kiçik ev heyvanının içində olduğu qəfəsi onlar üçün əlçatmaz bir yerə qoyun. Gəmirici yeni evə öyrəşdikdən sonra onu dördayaqlı dostlarınız ilə tanış edə bilərsiniz. Balacanı əlinizə alın və pişik və itə onu iyləməsinə icazə verin. Ev heyvanlarınızı sakit davranışlarına görə tərifləyin. Lakin tanışlıq uğurlu olsa belə gəmiricini qəfəsdən buraxmaq tövsiyə edilmir.

 

İt və pişiyi tutuquşu ilə necə dostlaşdırmalı

Kiçik quş pişik üçün ov hədəfinə çevriləcəkdir, it isə hər zaman lələkliyə hürəcəkdir. Buna görə də, tutuquşu olan qəfəs pişik və it pəncələrindən uzaq saxlanılmalıdır. Davamlı stres tutuquşunun sağlamlığına mənfi təsir göstərir və ürək yırtılmasına səbəb ola bilir.

Quş ilə tanışlığı uzaqdan başlamaq lazımdır. Pişiyi qucağınızda, iti isə xalta qayışında tutun. Heyvanlar sakit olarsa, hər gün qəfəsə bir qədər yaxın gəlin. Sonunda, quşu barmağınıza otuzdurun və heyvanın davranışını izləyin. Aqressiya yarandıqda lələklini dərhal qəfəsə qaytarın.

Böyük tutuquşular ilə vəziyyət fərqli ola bilər – bu lələkli döyüşçülər bəzən özləri toqquşmaya səbəb olurlar.

 

Xülasə

Eyni evdə böyüyən ev heyvanları bir-biri ilə yaxşı yola gedirlər, digər hallarda isə səbr və təmkinli olmaq tələb olunur. Lakin ev heyvanlarını dostlaşdırmaq heç cür alınmırsa, yeni gələni sevən bir ailəyə verməklə, onların hər birinin həyatını daha xoşbəxt edəcəksiniz.