Ev heyvanlarında piylənmə: səbəbləri və fəsadları

24.09.2021
 BUNU PAYLAŞIN
Ev heyvanlarında piylənmə: səbəbləri və fəsadları

Müasir dövrün problemi olaraq artıq çəki nəinki insanlara, hətta ev heyvanlarına da toxunub. Piylənmə, bədənin və maddələr mübadiləsinin pozulmasına gətirib çıxaran, bədəndə artıq piyin yiğılmasına deyilir. Çəki normasının 15-20%-dən çox olması artıq çəki, 30%-i isə piylənmə sayılır.

Üç əsas amil

Heyvanlarda çəki artımının səbəbləri çoxdur, lakin həddindən artıq yemək əsas səbəb olaraq qalır. Bu halda bütün məsuliyyət sahibin üzərinə düşür. Yeməklə heyvana sevgi və qayğı göstərərək ona enerji miqdarını sərf etdiyindən daha çox veririk. Burada ikinci mühüm səbəbə rast gəlirik – azhərəkətli həyat tərzi.

Mənzil şəraitində ev heyvanı öz enerjisini sərf edə biləcək yer tapmır və tez-tez gəzintilərə çıxmaq da hər zaman mümkün olmur. Bu vəziyyətdə, qida maddələrindən alınan enerji bədəndə yığılaraq piy çöküntüləri yaradır.

Piylənmənin üçüncü və həmçinin vacib amili, heyvanın, onun xüsusiyyətlərini, məhz yaşı, cinsi, fiziki aktivlik dərəcəsi və xəstəliklərini nəzərə alınmadan hazırlanmış balanslaşdırılmamış rasionla qidalanmasıdır.

Acınacaqlı fəsadlar

Artıq çəki ürəyə düşən yükü artırır və təzyiqi yüksəldir. Mədə-bağırsaq traktı zədələnir və qaraciyərdə lipidozun yaranma riski artır. Dayaq-hərəkət aparatı əziyyət çəkir və nəticədə artrit və digər oynaq xəstəliklərinə gətirib çıxarır. Böyrəklərdə daş əmələ gəlmə riski yaranır. Maddələr mübadiləsinin pozulması şəkərli diabetə səbəb olur, nəticədə dəri və tük örtüyünün vəziyyəti pisləşir, dolaşıq tüklər, kəpəklənmə və tük tökülməsi baş verir. Xoşxassəli törəmələrin yaranma riski artır (bədxassəlilər - 50%-dək). Tənəffüs sisteminin funksiyası pozulur. Piylənmədən əziyyət çəkən heyvanlar daha tez isti vurmaya məruz qalırlar.

Hansı addımlar atılmalı

Sahibin etməli olduğu ilk şey heyvanı baytar həkiminə aparmaqdır. Həkim heyvanı müayinə edəcək və piylənməyə səbəb olan digər xəstəlikləri istisna etmək üçün bütün lazımi analizləri götürəcəkdir. Sonra həkim müalicə təyin edəcək və fiziki aktivliyə dair tövsiyyələr verəcəkdir.

Artıq çəkinin səbəbləri kimi heyvanların qidalanma ehtiyaclarının da fərqləndiyini bilmək vacibdir. Buna görə, arıqlama prosesi ev heyvanının fərdi xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır. Hər halda, çəki azaldılması tədricən, sərtləşdirilmədən həyata keçirilməlidir.

Ev heyvanlarınızı qoruyun!