Ev heyvanını yeni yemə necə keçirməli

04.02.2022
 BUNU PAYLAŞIN
Ev heyvanını yeni yemə necə keçirməli

Həyatının müəyyən bir hissəsində ev heyvanını yeni bir rasiona keçirmə ehtiyacı yarana bilər. Bunun bir neçə səbəbi ola bilər:

  • Ev heyvanının yaşı. Körpə və yetkin heyvanın qida ehtiyacları tamamilə fərqlidir, buna görə də bala pişik və ya bala it, artıq yetkin hesab edildiyi müəyyən bir yaşa çatdıqda, müvafiq rasiona keçirilməlidir.
  • Sağlamlıq vəziyyəti. Baytar həkimi ev heyvanının sağlamlığında olan problemlərə görə ona xüsusi yem (baytarlıq pəhrizi) təyin edə bilər. Ev heyvanının yemin tərkibinə qarşı olan allergiyası səbəbindən yemi dəyişdirmə ehtiyacı yarana bilər. 
  • Sterilizasiya. Sterilizasiya və ya axtalamadan sonra heyvanın maddələr mübadiləsi və buna görə də qida maddələrinə ehtiyacı dəyişir. Bu səbəbdən baytar həkimi mütləq sterilizasiya edilmiş pişik və ya it üçün xüsusi yem tövsiyə edəcəkdir. 
  • Yeni ev heyvanı. Evinizə yeni bir ev heyvanı götürdükdə, onun öyrəşdiyi qidanın keyfiyyətsiz olduğuna görə yemi dəyişməli ola bilərsiniz. 

Yeni yemə düzgün keçid 

Bir gündə fərqli bir rasiona keçmək nəinki mümkün deyil, həm də qadağandır. Qidanın birdən dəyişilməsi həzm pozulması, yeniliyə qarşı qorxu (neofobiya) və stresə səbəb ola bilər. Yeni rasiona keçid prosesi tədricən həyata keçməlidir. Bu, adətən 7-10 gün çəkir. Bu müddət ərzində yeni yem köhnəsi ilə aşağıdakı nisbətə uyğun qarışdırılmalıdır:

YemDəyişmə

Bəslənmə zamanı müəyyən bir rejimə riayət etmək və ev heyvanını həmişə onun üçün tanış olan şəraitdə qidalandırmaq tövsiyə olunur. Ev heyvanınızı hər zaman təmiz içməli su ilə təmin etmək çox vacibdir.

Ev heyvanı niyə keyfiyyətli yemdən imtina edir

Çox vaxt pişik və it sahibləri şikayət edirlər ki, onların ev heyvanları demək olar ki, heç vaxt keyfiyyətli yemə toxunmurlar və yalnız ucuz olanlara üstünlük verirlər. Bu təəccüblü deyil, çünki ekonom sinif yemlərin tərkibində dördayaqlı dostlarımızda asılılıq yaradan hər cür dadverici və ətirvericilər var. Belə qidalanma heyvanın sağlamlığına və görünüşünə mütləq təsir edəcəkdir, çünki bu yemin tərkibində kifayət qədər qida maddələri yoxdur və doymaq üçün heyvan onu böyük porsiyalarda yeməli olur. 

Royal Canin kimi istehsalçının super premium sinifli yüksək keyfiyyətli yem çeşidi tam balanslaşdırılmış tərkibinə görə yuxarıda qeyd olunan problemləri həll edərək ev heyvanınız üçün vitamin əlavələrini alma ehtiyacını aradan qaldırır. Ev heyvanınızı heç bir problem olmadan "keyfiyyətə" keçirmək üçün sadəcə səbirli olmaq və yuxarıda göstərilən dozalara riayət etmək lazımdır.

Dördayaqlı dostumuza yardım

Ev heyvanınızı sakit və rahat bir yerdə bəsləyin. Başlanğıcda, heyvanda gərginliyi azaltmaq üçün və yeniliyə güvənməsi üçün onu əlinizdən bəsləyə bilərsiniz. Pişik və ya itin diqqətini yeni yemə yönəltmək məqsədilə, yemin qoxusunu daha da cəlbedici etmək üçün onu bir az isitmək olar. Pişiklər daha kaprizli olduqlarına görə məhz sizin pişiyinizin sevəcəyini tapmaq üçün dadlar ilə eksperiment aparmaq olar. Məsələn, pişiyiniz balığı sevirsə, yeni yemə tuna balığı yağını əlavə edə bilərsiniz. 

Ev heyvanı sahibi özünü necə aparmalı

Bir sahib olaraq ev heyvanınıza diqqət yetirməlisiniz: onun davranışı, sağlamlığı və hətta əhval-ruhiyyəsi sizin nəzarətinizdə olmalıdır. Səbirli olun və onu yeni yemi yeməyə məcbur etməyin. Yemdən tamamilə imtina edərsə, daha uyğun şəraiti gözləyərək yeni bir rasiona keçidi təxirə salmaq daha yaxşıdır. Heç vaxt ev heyvanınızın ac qalmasına icazə verməyin. Balaca dostunuza qarşı mehriban olun və yemin dadına baxarsa, onu tərifləməyi unutmayın. 

Hansı problemlərlə üzləşə bilərsiniz

İlk növbədə əmin olun ki, yeni yemin tərkibində ev heyvanınızda allergiyaya səbəb olacaq komponentlər yoxdur. 

Bir rasiondan digərinə keçid prosesində heyvanın həzm sistemində yan təsirlər yarana bilər. Bu, ürəkbulanma və ishal ilə özünü göstərə bilər. Bu vəziyyətdə yeni yemin miqdarını azaldın və keçid prosesini bir neçə həftəyə qədər uzadın. Əlamətlər davam edərsə, baytar həkiminizə müraciət edin. 

Yeni yemə nə vaxt keçmək olmaz

Ev heyvanının orqanizmini əlavə streslə yükləməmək üçün onu aşağıdakı hallarda yeni rasiona keçirmək tövsiyə edilmir: stresli vəziyyətlərdə, məsələn, yeni evə köçmə, sərgilərdə iştirak etmə və s.; xəstəliklər və yaralar olduqda; peyvənddən bir neçə həftə əvvəl və ya bir ay sonra; hamiləlik və laktasiya dövründə (yalnız xüsusi yemə icazə verilir). 


Bu tövsiyələrə əməl edərək ev heyvanınızın sağlamlığına heç bir təsir etmədən onu asanlıqla yeni bir yemə öyrədə biləcəksiniz.