Tez və asan qeydiyyat!
Ev
heyvanı ilə keçirilən Yeni İl bayramı sizə sirk tamaşasını xatırlatmır? Parlaq
rənglər, zərli bəzəklər və ləzzətli yeməklər kiçik dostumuzun ağlını başından alır,
biz isə təlimçi kimi onu sakitləşdirməyə çalışırıq. Bu şən qaça-qaçda
diqqətimizi bir an yayındırsaq ev heyvanımızın başına fəlakət gələ bilər. Bayram
günlərini baytarlıq klinikasında keçirmək istəmiriksə, o zaman təhlükəsizlik
tədbirlərini görməliyik.
Bayram bəzəkləri
Evinizi
bayram üçün bəzəyərkən ev heyvanınızın təhlükəsizliyini nəzərə alın. Şam ağacı
bəzəkləri, elektrik çələnglər, zər və hətta ağacın özü (təbii olsa belə) heyvan
həyatı üçün potensial təhlükə daşıyır.
Yolka
bəzəklərini seçərkən tutqun rəngli və qırılmaz plastik olanlara üstünlük verin.
Parlaq toplar quyruqlu dostumuzun diqqətini çəkəcək və şüşədən olsalar heyvan onları
qırıb özunu yaralaya bilər.
Elektrik
çələng yanıb-sönən olarsa, pişiklərin və gəmiricilərin
hədəfinə çevriləcəkdir. Naqilləri dişləri ilə sınayan ev heyvanı elektrik
çarpması və ən yaxşı halda yanma riski ilə üz-üzədir. Çələngləri hündürdən asın
ki, ev heyvanı onlara çata bilməsin; məftilləri isə gizlədin.
Zər və ya
yağış bəzəklər təhlükəsiz görünsələr belə heyvan onları udduğu halda bağırsaq
zədələnməsinə səbəb olurlar. Nəticədə balaca dostunuz iştahasını itirir, qusur
və zəifləyir. Belə halda heyvan dərhal baytarlıq klinikasına aparılmalıdır.
Təbii şam
ağacı iynələrinin tərkibində bağırsağı və ağzı qıcıqlandıran yağlar və
qatranlar vardır. Böyük miqdarda şam iynələrini yemək pişik və itlərdə qusma və
ishala səbəb ola bilər. Bundan əlavə, tikanlar süni ağac olsa belə, heyvanın
mədə-bağırsaq traktını deşə bilərlər. Buna görə də, ev heyvanının sağlamlığında
ən kiçik bir xoşagəlməz dəyişiklik görsəniz, dərhal həkimə müraciət edin.
Yolkanı xilas edirik
Pişiklər
Yeni İl simvoluna xüsusi maraq göstərirlər. Yolkanı ev heyvanlarının əlindən
qurtarmaq üçün sahibləri nələr etmirlər. Kimsə pişiklərin sevmədiyi portağal
qoxusundan istifadə edir. Kimsə pişiklərin hamar, xışıltılı səthlərə
dözmədiyinə inanaraq ağacın qarşısında folqa sərir. Bəziləri isə şam ağacı və
oyuncaqlara tərgitdirici sprey tətbiq
edirlər.
Bu tədbirlər
təsir etməzsə, aşağıdakı üsullara müraciət edin. İlk olaraq ağacın yerləşdiyi
yerə diqqət yetirilməlidir. O, bir küncdə və mebeldən uzaq yerləşdirilməlidir
ki, pişik üzərinə asanlıqla dırmaşa bilməsin. Ağacı yerində sabitləyin ki,
möhkəm dayansın. Bəziləri yolkanı divara bərkidir və ya başını tavana bağlayır.
Aşağı
budaqları bəzəmək və zərdən istifadə etmək məsləhət görülmür.
İndi isə kiçik
dostumuzda Yeni İl şam ağacı ilə xoşagəlməz assosiasiyalar yaratmalıyıq.
Pişiyin hər dəfə yolkaya yaxınlaşması yüksək səslərlə müşayiət olunmalıdır.
Ağacın yanında tozsoran və ya saçqurudan qoyub onları hər dəfə qoşmaq olar. Siz
həmçinin yüksək səslə əl çala və sərt tonda “Olmaz!” deyə bilərsiniz. Hətta
qaşıqla qazan çalmaq və ya tütəkli oyuncaqlardan istifadə etmək olar.
Bəzilərinə pişiyi pulverizatordan su ilə çiləmək kömək edir.
Bayram süfrəsi
Ev
heyvanımızla Yeni İl bayramı zamanı xoşagəlməz anlarla qarşılaşmamaq üçün onun
qidalanmasına nəzarət etmək vacibdir. Gündəlik yemləmə rejimini pozmayın.
Bayram
zamanı bir çox ev heyvanının baytarlıq klinikasına düşməsinin səbəbi məhz
həddindən artıq yeməkdir. Bu xüsusi gündə ev heyvanınıza ləzzətli hədiyyə etmək
istəyirsinizsə, onu dadlı çərəzlər ilə
sevindirin və ya inanılmaz dərəcədə ləzzətli Applaws topperlər ilə sevdiyi
yeminə yeni dad qatın.
Qonaqları
xəbərdar edin ki, heyvanı süfrədən bəsləməsinlər. Kiçik dostunuzun vəziyyətini
izləyin ki, lazım olduqda onu vaxtında baytar həkiminə apara biləsiniz.
Unutmayın ki, hər hansı hisə verilmiş məhsul, turşu və şirniyyatlar ev
heyvanları üçün zərərlidir.
Qonaqların gəlişi
Evə yad insanların
gəlməsi kiçik dostumuz üçün əlavə stresdir. Qonaqlarla əvvəlcədən danışın və
onlara, xüsusən də uşaqlara, heyvanla davranış qaydalarını izah edin. Ev
heyvanınıza gizlənə və dincələ biləcəyi sakit bir künc ayırın.
Bu zaman dörd
ayaqlı dostunuzun qaçmaması üçün pəncərə və qapılara xüsusi diqqət yetirmək çox
vacibdir.
Atəşfəşanlıq və digər pirotexniki vasitələr
Yeni İl
atəşfəşanlığı ev heyvanlarında nevrotik vəziyyətlərə və fobiyalara səbəb ola
biləcək güclü stres yaradır. Atəşfəşanlıq zamanı pərdələri bağlayın və heyvanı sakit
yerə aparın. Stres zamanı sakitləşdirici vasitələrdən istifadə edə
bilərsiniz.
Ev
heyvanı ilə birlikdə pirotexniki vasitələr buraxmaq son dərəcə arzuolunmazdır:
güclü şok heyvanlarda tez-tez ürək parçalanmasına səbəb olur.
İt ilə
gəzmək üçün sakit bir yer seçin. Çox vaxt fişənglərin partlaması nəticəsində
itlər qorxaraq xalta qayışından çıxıb qaçırlar. Dörd ayaqlı dostunuzu həmişəlik
itirməmək üçün üzərinə əlaqə məlumatlarınız olan bir etiket asın.
Ev
heyvanları adi Yeni İl bayramı əlləşmələrini unudulmaz anlara çevirirlər. Bayramların
yalnız xoş xatirələrlə dolu olması üçün sadəcə olaraq kiçik dostlarımıza qarşı daha
diqqətli olmalıyıq.