"Dana" Bala it və bala pişik üçün birə və gənəyə qarşı şampun, 135 ml

"Dana" Bala it və bala pişik üçün birə və gənəyə qarşı şampun, 135 ml

8.00₼
Brend: Apicenna
  • Ölkə: Rusiya
Model: Dana
Məhsul kodu: 3729
Bonus xalı: 8.00
Mövcudluq: Anbarda
birkart

"Dana" Bala it və bala pişik üçün birə və gənəyə qarşı şampun. Qansoran həşəratlar, mikro gənələr və iksod gənələrinə qarşı mübarizədə istifadə edilir. Şampun parazitləri dərhal məhv edir, spesifik qoxunu aradan qaldırır, tükü yumşaq və parlaq edir, invaziyanın qarşısını alır. Vasitə ilə habelə hevanın yatağı və döşəmələrini yumaq olar. Tərkibində permetrin vardır. 

Şampun 1 kq heyvan çəkisinə görə 0,5-1 ml miqdarında istifadə edilir.

Heyvanın dəri və tükünü bol su ilə isladın, şampun tətbiq edin və köpüklənənədək masaj edin. Göz və ya selikli qişadan uzaq tutun. 5-7 dəqiqə gözləyin və su ilə təmiz yuyun. Sonra tükü darayın və qurudun.

Lazımi gəldikdə proseduru 3-4 həftədən tez olmayaraq təkrarlayın.

Heyvanın yatağı və döşəmələrini şampun ilə yumaq olar (1-2 qapaq).

Səthlərin təmizlənməsi üçün şampun su ilə 1:2 nisbətində qatılır (hər kvadrat metr üçün 10 ml-dən çox şampun istifadə edilməməli). Nəm təmizləmədən sonra heyvanı 3 gün təmizlənmiş səthlər ilə təmas etməyə qoymayın. Döşəmələri adi yuyucu vasitə ilə yuyun. 

12 həftədən kiçik bala itlər və pişiklər üçün uyğun deyil. Zəif, xəstə və xəstəlikdən sağalan heyvanlarda istifadə etməyin.


Şərh yaz

       
Doğrulama Kodu