Beaphar Top 10 İt üçün L-karnitinli multivitamin kompleksi, 180 tab

Beaphar Top 10 İt üçün L-karnitinli multivitamin kompleksi, 180 tab

19.40₼
Brend: Beaphar
  • Ölkə: Hollandiya
Model: Beaphar Top 10
Məhsul kodu: 3621
Bonus xalı: 19.40
Mövcudluq: Anbarda
birkart

Beaphar Top 10 İt üçün L-karnitinli multivitamin kompleksi. Yem əlavəsinin tərkibində vacib vitamin, mineral və mikroelementlər vardır. Bunların balansı itin immunitetini gücləndirir və orqanizminin müqavimətini artırır, sümük və dişlərin təbii şəkildə formalaşmasına dəstək olur, tük gözəlliyini və sağlamlığını qoruyur. Tərkibindəki L-karnitin maddələr mübadiləsini normallaşdırır, optimal çəkinin qorunmasına kömək edir, əzələləri bərkidir və ürək fəaliyyətinə müsbət təsir göstərir. Tərkibində GMO yoxdur.



İnaktivləşdirilmiş maya, sümük unu, biotin, nikotinamid, kalsium pantotenat, L-karnitin, manqan xlorid, kalium yodid, kremofor, kalsium stearat, tuna ədviyyatı. 

Qida dəyəri: Nəm— təxminən 6.3% (maksimum 7.8%), Xam zülal — 37.8%-47.4%, Xam yağ —  4.3%-9.3%, Xam lif — maksimum 1.8%, Kül — 15.5%-21.5%.

Əlavələr:  А vitamini— 40000-60000 BV, D3 vitamini — 8000-12000 BV, Е vitamini — 516-774 mq, В1 vitamini — 326-488 mq, В2 vitamini — 648-972 mq, Kalsium pantotenat (В5) — 1941- 2911 mq, В6 vitamini — 329-493 mq, В12 vitamini — 2.6-3.96 mq, Nikotinamid (РР vitamininin) — 2530-3794 mq, Biotin — 66-99.6 mq, L-karnitin xlorid — 139-209 mq, Kalsium— 4.5%-7.7%, Fosfor — 3.1%-5.4%, Natrium — maksimum 0.4%, Kalium — 1.5%-2.6%, Yod — 0.96-1.44 mq, Manqan — 4.32-6.48 mq.

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Gündə bir dəfə olaraq aşağıda göstərilən dozalarda tətbiq edilir:

2 aydan böyük bala itlər və böyüyən itlər üçün 4-5 həftə ərzində 1 kq bədən çəkisinə görə 0,5 tablet. 
Kiçik cins yetkin itlər — 3-4 həftə ərzində 5 kq bədən çəkisinə görə 1 tablet. 
Böyük cins yetkin itlər — 2-3 həftə ərzində 5 kq bədən çəkisinə görə 1 tablet. 
Hamilə və əmizdirən itlər — 8-9 həftə ərzində 5 kq bədən çəkisinə görə 1 tablet. 
Yetkini itlər ildə iki dəfə vermək tövsiyə olunur (yaz və payız aylarında). 

Şərh yaz

       
Doğrulama Kodu