Baytar həkiminə ziyarət zamanı stresi necə azaltmalı?

26.05.2022
 BUNU PAYLAŞIN
Baytar həkiminə ziyarət zamanı stresi necə azaltmalı?

Baytar həkiminə ziyarət ev heyvanlarımızın ən böyük qorxularından biridir. Onlar böyük stresslə üzləşirlər. Bu, nəinki onların psixo-emosional vəziyyətinə təsir edir, həm də tibbi müayinələrin nəticələrini dəyişir. 

İtlərdə stres əlamətləri 

  • Xalta qayışını dartır
  • Yerindən tərpənmir
  • Gizlənməyə çalışır
  • Titrəyir 
  • Quyruğunu altına gizlədir
  • Həddindən artıq hürür
  • Özünü yalayır və ya dişləyir
  • İshaldan əziyyət çəkir
  • Aqressiya göstərir 

Pişiklərdə stres əlamətləri

  • Gizlənməyə çalışır
  • Çətin nəfəs alır
  • Göz bəbəkləri genişlənir
  • Qulaqlarını sıxır
  • Həddindən artıq miyovlayır
  • Həddindən artıq özünü yalayır və ya cırmaqlayır
  • İshaldan əziyyət çəkir
  • Aqressiya göstərir 

Əgər baytarlıq klinikasına getmək elə bir problemə çevrilib ki, siz bu anı təxirə salmağa çalışırsınız, onda bəzi hiylələri öyrənməyin tam zamanıdır:

Ləzzətli yemək və oyuncaqlar köməyinizə çatacaq

Həkim üçün ən çətini heyvanın pəncələrini və qulaqlarını müayinə etməkdir. Çünki heyvan yad insanları qəti şəkildə tanımır və özünə toxunmağa imkan vermir. Bu halda dadlı çərəzlər oyuncaqlar sizə yardımçı olacaq. Həkim müayinəni yerinə yetirərkən balaca dostunuzu sevimli oyuncağı ilə yayındırmağa çalışın, sözünüzə baxdığı zaman dadlı çərəz ilə mükafatlandırın. Əgər ev heyvanınız sizin toxunuşunuzla sakitləşirsə, onu müayinə zamanı sığallayın. 

Tez gələn xoşbəxt gedər

Çox vaxt klinikada olan böyük növbə heyvanda stresə səbəb olur. Pik saatına düşməmək üçün baytarın qəbuluna səhər tezdən yazılmağa çalışın. Əgər qəbul otağı yenə də doludursa, bayırda gözləməyə çalışın.

Daşıma çantası ilə dostlaşın 

Təəccüblü deyil ki, ev heyvanları əksər hallarda daşıma çantasına mənfi reaksiya verirlər, çünki onlarda bu, baytar klinikasına səyahət ilə assosiasiya olunur. Bunu da dəyişmək olar. Daşıma çantasını həmişə göz qabağında qoyun ki, ev heyvanı ona öyrəşsin. Onun içinə dadlı çərəzlər yerləşdirin ki, heyvanda yalnız müsbət assosiasiyalar formalaşsın. Balaca dostunuz üçün rahatlıq yaradın - klinikaya baş çəkmə zamanı daşıma çantasına yumşaq döşəmə sərin və içinə oyuncaqlar yerləşdirin. Daha yaxşı nəticə üçün pişik nanəsindən istifadə etmək olar. 

Səbəbsiz ziyarət

Adətən ev heyvanımızı yalnız xəstə olduğu zaman və ya vaksinasiya məqsədi ilə baytar klinikasına aparırıq. Kiçik dostunuzun klinikanın həkimləri və işçiləri ilə tanış olması üçün vaxt ayırın və baytara səbəbsiz baş çəkin. Dadlı çərəzlər alın ki, baytar həkimi balaca dostunuzu bəsləsin. Beləliklə, heyvanda baytar ilə etibarlı münasibət yaranacaq və balaca dostunuzun növbəti müayinəni necə səbirsizliklə gözlədiyini tez bir zamanda görəcəksiniz.  

İlk öncə maskanı özünüzə taxın...

Baytar həkiminə ziyarət təkcə heyvan üçün deyil, həm də onun sahibi üçün stres ola bilər. Ev heyvanları bizim hisslərimizi çox yaxşı oxuyurlar. Bizim emosiyalarımızı, səs tembrində olan dəyişiklik və artan ürək döyüntüsünü hiss edirlər və bu, onlara da təsir göstərir. Buna görə də həyəcanlı olduğunuz anda əvvəlcə özünüzü sakitləşdirin. Heyvan ilə sakit səslə danışsanız, bir də görəcəksiniz ki, onda heç bir heyəcan əlaməti qalmayıb. 

Ac olanda sən o sən deyilsən

Ev heyvanınızı baytar həkiminə ac qarnına aparsanız, o zaman onu dadlı çərəzlərlə asanlıqla yola gətirə biləcəksiniz. Həkimin kaprizlini tez bir zamanda sakitləşdirə bilməsi üçün onun sevdiyi yemi özünüzlə götürməyi unutmayın.

Heç nə kömək etmədiyi halda

Heyvanda stres səviyyəsi o qədər yüksək ola bilər ki, bütün bu tədbirlər faydasız olar. Bu halda ekstrakt, suspenziya, sprey və xalta şəklində xüsusi sakitləşdirici vasitələr sizin köməyinizə çatacaq.

 

Unutmayın ki, bu dünyada ev heyvanlarımız yalnız bizə güvənir. Heyvanda stresin təzahürlərinə laqeyd yanaşmayın, çünki bu, onun immunitetinin azalması və xəstəliklərin yaranması ilə nəticələnə bilər.