Bala pişiyi necə bəsləməli

 BUNU PAYLAŞIN
Bala pişiyi necə bəsləməli

Yalnız düzgün bəslənmiş bala pişik güclü və sağlam böyüyə bilər. Burada əsas rol ev heyvanının sahibinə verilir, çünki bala üçün nəinki uyğun rasion seçmək, həm də onun yemləmə cədvəli və miqdarına məsuliyyətlə yanaşmaq vacibdir.

Aşağıdakı məlumat təcrübəsiz ev heyvanı sahibi üçün bir növ təlimat olacaqdır.

0 – 4 həftə

İdeal olaraq doğum anından etibarən bala pişik ana südü ilə qidalanmalıdır. Lakin bir çox səbəblərə görə bu baş verməyə bilər və belə olduğu halda siz ana rolunu öz üzərinizə götürməli olacaqsınız.

Mağaza südünü heç ağlınıza belə gətirməyin. Yeni doğulmuş pişiklərə xüsusi ana südü əvəzedicisi lazımdır, məsələn, Royal Canin Babycat Milk. Xüsusi uyğunlaşdırılmış qarışıq öz xüsusiyyətlərinə görə pişik südünə çox yaxındır və bala pişiyin immunitetinin qurulması üçün bütün vacib qida maddələrini ehtiva edir.

İlk həftə ərzində bala pişiyi gecə-gündüz təxminən hər üç saatdan bir bu qarışıqla bəsləmək lazımdır. İnkişafını izləmək üçün bala pişiyi çəkin. İlk həftədə gündə 15-20 qram çəki almalıdır.

İkinci həftədə bəsləmə hər 4 saatdan bir, üçüncü həftə hər 4,5 saatdan bir, dördüncü hər 5 saatdan bir həyata keçirilir.

Bu qarışıq xüsusi şüşə vasitəsi ilə verilir. Bəsləmə zamanı bala pişik qarnı üstə uzanmalıdır.

Doyduqda bala sizə xəbər verəcək. Ciyildəmə xoşbəxt mırıldama ilə əvəz olunur və ya pişik yuxuya gedirsə, deməli, o artıq toxdur. 

Qidalanmadan sonra bala pişiyin qarnını yumşaq nəm pambıqla masaj edin, burnunu silin, arxasını və cinsi orqanlarını ifrazatdan təmizləyin.

4 – 5 həftə

Süddən kəsilmə prosesi başlayır. Bu mərhələdə siz bala pişiyi bərk qida ilə tanış etməlisiniz. Royal Canin Mother & Babycat uyğunlaşdırılmış yem xüsusi olaraq bala pişiyin ikinci böyümə mərhələsi üçün nəzərdə tutulub. Məhsulun xüsusi makronutrient formulu körpənin immunitetinin formalaşmasına səbəb olur. Kroketləri ilıq su ilə qarışdırın və nəticədə alınmış qarışığı bala pişiyə qaşıqda daddırın.

Prosesi tələsdirməyin, hər şey heyvanın fərdi xüsusiyyətlərindən asılıdır. Süd verməyə davam edin ki, pişik çəki alsın. Təmiz suyun həmişə əlçatan olduğuna əmin olun.

6 – 8 həftə

Yemə tamamilə keçid edə bilərsiniz. Ən yaxşısı, nəm və quru yemi qarışdırın ki, bala pişik onlara öyrəşsin. İştahasından asılı olaraq körpəni gündə 3-4 dəfə yemləyin. Su verməyi unutmayın.

12 aya kimi

3 aydan 5 aya qədər gündə 3-4 dəfə bəsləməyə davam edin. 4 aydan etibarən inkişafın üçüncü mərhələsi üçün nəzərdə tutulmuş yemə keçmək lazım gələcəkdir. Bu mərhələdə Royal Canin Kitten Instinctive Royal Canin Kitten yemləri özlərini yaxşı göstəriblər.

6 aya çatdıqda yemləməni gündə 2 dəfəyə qədər azaltmaq olar. Əgər bu yaşda bala pişiyi artıq sterilizasiya etmisinizsə, o zaman ona sterilizasiya edilmiş bala pişiklər üçün Royal Canin Kitten Sterilised xüsusi rasion lazım olacaq.

Bala pişik 12 aya çatdıqda onu yetkin pişiklər üçün tam balanslaşdırılmış rasiona keçirin.

 

Həyatının ilk günlərindən etibarən bala pişik üçün yüksək keyfiyyətli bəsləməni təşkil etmək çox vacibdir. Ev hevanınızın fərdi ehtiyaclarına uyğun ən dəqiq qidalanma tövsiyələrini yalnız baytar həkimi verə bilər.