Bala pişik üçün tualet yerini necə hazırlamalı

 BUNU PAYLAŞIN
Bala pişik üçün tualet yerini necə hazırlamalı

Bala pişiyi tualetə erkən yaşdan öyrətmək lazımdır. Təlim prosesi əsasən pişiyin "şəxsi yeri"nin ürəyincə olmasından asılıdır. Kiçik kaprizlinin istəklərini qarşılamaq və özünüzü gözlənilməz sürprizlərdən azad etmək üçün pişik tualetinin təşkilinə diqqətlə yanaşmalısınız. Burada pişik üçün tualet yerinin hazırlamasında ən vacib nüanslara toxunmağa çalışdıq. 

Neçə sayda pişik tualeti lazımdır

Pişik sahibləri üçün bir qayda var: hər bir pişik üçün bir tualet və bir əlavə tualet tələb olunur. Bu o deməkdir ki, əgər sizin üç pişiyiniz varsa, onlara dörd tualet lazım olacaq.

Pişik tualetini harada yerləşdirmək olmaz

Pişik tualetini işıqlanması zəif olan və ya qaranlıq yerlərdə yerləşdirməyin. Bala pişik təbii ehtiyacını işıqlı otaqda qarşılamalıdır, çünki bu, onun rahatlıq səviyyəsinə müsbət təsir edir və heyvan özünü təhlükəsizlikdə hiss edir. 

Səs-küylü və çox insan olan yerlər də bala pişik üçün uyğun deyil: uşaq və ya oyun otağı, məişət texnikası, istilik cihazı və kondisionerin yanı.

Bala pişiklərin tualetlərini bir-birinə yaxın yerləşdirmək olmaz, çünki bu, yalnız qalmağı sevən heyvanın şəxsi məkanını pozur. Bundan əlavə, əgər siz mənzil yox, bir neçə mərtəbəli şəxsi evdə yaşayırsınızsa, pişik tualeti hər mərtəbədə yerləşdirilməli və bala pişik üçün əlçatan olmalıdır.

Pişik tualetini qida və içməli sudan uzaq tutun.

Pişik tualetini harada yerləşdirmək olar

Təmiz, isti və rahat hamam otağı pişik tualetinin yerləşdirilməsi üçün əla məkan ola bilər. Çamaşır otağı, əgər mövcuddursa, həmçinin bu məqsəd üçün yararlıdır. 

Pişik tualeti çox vaxt qonaq otağında yerləşdirilir, çünki burada onu mebel, interyer elementləri və ya bitkilər ilə gizlətmək olur. 

Pişik tualetinin seçilməsi

Ev heyvanları bazarında pişik tualetlərinin bir çox növü var. Onlardan ən populyarı açıq pişik tualeti qapalı pişik tualetidir.

Açıq tualetlər arasında kiçik mənzildə yerləşdirmək üçün rahat olan künclü pişik tualetlərini tapmaq olar. Onlar çox praktikdir və yerə qənaət edirlər. 

Daha bir rahat variant - torlu pişik tualeti. Bu növün üstünlüyü onun çoxfunksional olmasıdır. Ən əlverişli, lakin çox zəhmətlisi tualetin qumsuz istifadə edilə bilinməsidir. Ancaq tualeti hər istifadədən sonra yumaq lazım olacaq. Bu tualet pişik qumu ilə istifadə edilərsə, qumun hissəcikləri bala pişiyin pəncələrinə yapışmayacaq və pişik onları təsadüfən udmayacaq.

Bazarda habelə xüsusi ilə bala pişiklər üçün nəzərdə tutulmuş tualetlər mövcuddur. Beləliklə, Hollandiya brendi Beeztees-dən bala pişiklər üçün tualet kənarları alçaq xüsusi konstruksiyası  sayəsində heyvanın tualetdə rahat yerləşməsinə imkan verir.

Gizlənməyi sevən bala pişiklər üçün ən uyğun seçim qapalı pişik tualetidir. Evdə bu incə prosesdə bir-birini narahat etməyə çalışan bir neçə pişik varsa, qapalı tualet xüsusilə faydalı olacaq.

Beeztees brendi xüsusi olaraq bala pişiklər üçün nəzərdə tutulmuş qapalı tualet də istehsal edir. Düşünülmüş dizayn balaya maksimal rahatlıq bəxş edir. İstifadə olunan materialların keyfiyyəti onun sağlamlığının qeydinə qalacaq.

Pişik qumunun seçilməsi

Belə ki, pişik tualeti seçimini etdik, qaldı pişik qumu. Onun seçiminə xüsusi diqqət yetirilməlidir və yadda saxlamaq lazımdır ki, pişik qumu ilk növbədə böyüyən bala üçün təhlükəsiz olmalıdır. Balaca uşaqlar kimi bala pişiklər də hər şeyin dadına baxmağı sevirlər, buna görə də pişik qumunun ən təbii olanını seçmək vacibdir. Bu halda sepiolit və ağac pişik qumları ən uyğunudur. Əgər tərkibində ətirlər varsa, o zaman onlar da təbii olmalıdır. Bundan başqa, qranulaların ölçüsünə diqqət yetirmək lazımdır. Bala pişik üçün orta boy qranulalı qumlar tam uyğun gələcək. 

Pişiyin pəncələrinə yapışmış qumu evə yaymaması üçün Beeztees-dən pişik tualeti üçün rezin xalça yaxşı nəticə verir.

Sonda

Ev heyvanımız üçün düzgün seçim etməyə nə qədər çalışsaq da, sonunda pişik tualetinin və qumun seçimi onun özünə qalır. Əgər hər hansı bir səbəbdən onlar bala pişiyin xoşuna gəlmirsə, hesab edin ki, pişiyin tualetə öyrədilməsi ehtimalı, demək olar ki, sıfıra bərabərdir. Ona görə də ən yaxşısı seçimi heyvanın özünə verməkdir.