ZooLekar Pişik üçün birə və gənəyə qarşı damcı, 1 ml

ZooLekar Pişik üçün birə və gənəyə qarşı damcı, 1 ml

3.00₼
Model: ZooLekar
Məhsul kodu: 3061
Bonus xalı: 3.00
Mövcudluq: Anbarda
Baxılıb: 75 dəfə
birkart

Mövcud seçimlər

ZooLekar Pişik üçün birə və gənəyə qarşı damcı açıq sarıdan sarı rəngədək şəffaf maye olan insekto-akarisid preparatdır. Tərkibindəki fipronil pişikləri parazitləşdirən birə, bit, tükyeyən və gənələrin (iksod, xeylit) preimaginal və imaginal mərhələlərinə qarşı aktivlik göstərir. Preparat dəriyə hopmur, əksinə gün ərzində heyvanın bütün bədəninə yayılır, tükün hava kutikulunda lokallaşır və yağ vəzilərində yığılır. Buna görə preparat parazitə qarşı uzun müddət təsir göstərir. 


Preparatın istifadəsi zamanı digər insekto-akarisid dərmanlardan istifadə etmək olmaz. İstifadə etməzdən əvvəl pipetin ucunu kəsin, heyvanın tükünü ayırın və pipeti sıxaraq preparatı heyvanın yalaya bilməyəcəyi yerlərə (bel hissəsi (bel sümüklərinin arası) boyun hissəsi, kəllə sümüyünün əsasına) aşağıda göstərilən dozalarda tətbiq edin:

2 kq-dan aşağı - 0,5 ml (10 damcı)

2-7 kq - 1 ml (20 damcı)

8-15 kq - 2 ml (40 damcı)

Yaz-yay aylarında pişiklərin iksod gənələrindən dərmanlanmasını ayda 1 dəfə, həşəratlardan isə 3 aydan bir həyata keçirilir.

Pişiyin bədənində gənə tapdığınız an onun üstünə 1-2 damcı preparatdan tətbiq olunur. 20 dəqiqədən sonra gənə özü düşməsə, onu pinset vasitəsi ilə yavaşca çıxarırlar və məhv edirlər. 

Dərmanlamadan sonra heyvanı ən azı 48 saatdan sonra yumaq olar. 

Heyvanın bit, birə, tükyeyənlər tərəfindən ciddi zədələndiyi halda, onu ayda 1 dəfə dərmanlamaq tövsiyə olunur. Heyvanı ayda 2 dəfədən çox yuyurusunuzsa, dərmanlamanı 3 həftədən bir etmək lazımdır. 

Birələrdən qorumaq üçün heyvanın döşəməsini dəyişin və ya onu 100 sm² görə 0,5 ml dozada zolaqlı şəkildə səthə tətbiq edərək dərmanlayın və 3 gün gözləyin. İstifadə etməzdən əvvəl döşəməni yuyucu vasitə ilə yuyun.

Yoluxucu xəstəliyi olan, zəifləmiş və sağalan heyvanlar, hamilə və əmizdirən pişiklər, habelə yaşı 8 həftədən az olan bala pişiklər üçün istifadə etmək olmaz. Preparat  balıq, arı və sürünən heyvanlar üçün zəhərlidir.



Preparat heyvanı parazitləşdirən həşəratları 8 saatdan, iksod gənələrini 48 saatdan sonra məhv edir. Pişiklərdə olan iksod gənələrinə qarşı təsiri 1 ayadək, imaqo həşəratlarına qarşı 3 ayadək davam edir. 


Şərh yaz

       
Doğrulama Kodu