Tez və asan qeydiyyat!
Bala pişiklər dünyaya gələndə tamamilə müdafiəsiz olurlar: onlar nə görə nə də eşidə bilirlər, və yalnız analarının bədən istisi və süd qoxusunu hiss edirlər. Bala pişiklər anasız yaşaya bilməzlər, buna görə də körpələrə süd verən pişik tapmaq üçün əlinizdən gələni etməlisiniz. Yalnız ana südündə olan bulama körpənin immunitetinin güclənməsində əsas rol oynayır.
Əgər süd verən pişik tapa bilmədinizsə yaxud ana pişik süd verməkdən
imtina edirsə, yeni doğulmuş pişiklərə özünüz də qulluq edə bilərsiniz. Bu,
məsuliyyətli işdir və sizdən tam fədakarlıq tələb olunacaqdır, amma nəticə
mütləq sizi sevindirəcəkdir.
Doğulduğu andan iki həftəyədək bala pişiklər bədən temperaturlarını özləri tənzimləyə bilmirlər, buna görə də onları isti ilə təmin etmək çox vacibdir.
Onlara istilik sistemi və
kondisionerdən uzaqda yerləşdirilmiş neylon volyer və ya qutuda rahat yer hazırlayın.
Volyerə isti yorğanlar sərin və çirkləndikcə
tez-tez dəyişin. Əlavə istilik mənbəyi üçün yorğanın altına qrelka və ya isti
su ilə doldurulmuş plastik şüşə yerləşdirin, digər variant isə corabları düyü
ilə doldurub mikrodalğalı sobada qızdırmaqdır. Bala pişiklərin olduğu yerdə
temperatur təxminən 33℃ olmalıdır. Lakin pişiyə çox isti olarsa, onun qrelkadan
uzaqlaşa bilmə imkanı olmalıdır.
Yemləmə
Yaşı 0-4 həftə olan pişik mütləq xüsusi süd əvəzedicisi ilə bəslənməlidir. Royal Canin Baby Milk qarışığının tərkibi ana pişiyin südünə çox yaxındır və yeni doğulmuş pişiklərin qida ehtiyaclarını maksimal dərəcədə qarşılayır. Bala pişiklərin qidalanması haqqında daha ətraflı buradan oxuya bilərsiniz.
Bəsləmə xüsusi şüşədən həyata keçirilməlidir. Bir həftəyə qədər bala pişiklərdə öyüdücü refleksi olmur, buna görə çox diqqətli olun. Bala pişik daha yavaş udmağa başladıqda yemləməni dayandırın.
Böyüməni izləmək üçün bala pişiyi hər gün eyni saatda tərəzidə çəkin.
Əgər bala pişik zəif inkişaf edirsə və ya yemək yemirsə, o zaman onu təcili
olaraq baytar həkiminə göstərmək lazımdır.
Tualet
Dörd həftəyə qədər bala pişiklər hələ sərbəst tualetə gedə bilmirlər. Onlara anaları kömək edir. O, balalarını yalayaraq onları tualetə getməyə təşviq edir. Ana olmadıqda bu rolu öz üzərinizə siz götürməli olacaqsınız.
Təmiz əskini bir az isti suda isladın və bala pişiyin quyruğunun altını yavaşca silməyə başlayın, ki pişik işlərini əskiyə etsin. Kağız salfetdən də istifadə edə bilərsiniz.
Üçüncü həftəyə körpələr artıq özləri tualetə getməyə başlayırlar, lakin hələ də köməyinizə ehtiyac
duyurlar. Dördüncü həftədə onları pişik tualeti ilə
tanış edə bilərsiniz.
Gigiyena
Bala pişiklərin tükünə adətən anaları qulluq edir. O, özünü və balalarını təmiz saxlamaq üçün yalayır. Ana pişiyin rolunu özünüzə götürdükdə körpələrin gigiyenasına mütəmadi olaraq riayət etməlisiniz, çünki təmizlik bala pişiklərin sağlamlığı üçün çox vacibdir. Bala pişiklərin tükünü təmiz nəm əski ilə silin. Göz ifrazatını isti suda isladılmış pampıq ilə təmizləyin. Qızartı və iltihab gördükdə pişiyi dərhal baytar həkiminə göstərin.
Üçüncü həftədə bala pişiyin kəsici dişləri çıxır, lakin bu o demək deyil ki, o artıq bərk qidaya keçə bilər. Kəsici dişlər bala pişiyə tükünü təmizləmək üçün lazımdır. Bala pişiyi diş fırçası ilə yavaşca darayaraq onu şəxsi gigiyenaya öyrədə bilərsiniz.
Vacibdir! Əgər bala pişikdə göbək ciyəsi qalıbsa, deməli onun yaşı
heç bir həftə
deyil. Göbək ciyəsini qoparmaq olmaz, o, 4-5-ci günə
özü düşəcəkdir. Göbək bölgəsində qızartı yaranarsa, mütləq baytar həkiminə
müraciət edin.
Sağlamlıq
İdeal olaraq, həyatın ilk dörd həftəsində bala pişiyi mütəmadi olaraq baytar həkiminə göstərmək lazımdır ki, o, pişiyin inkişafına nəzarət etsin və lazımi qulluq məsləhətlərini versin.
Bu zaman heyvanın immuniteti çox zəif olur, buna görə də bala
pişiklər nə qədər az insanla təmasda olarsa, o qədər yaxşıdır. Digər ev
heyvanlarını bala pişiklərdən tamamilə uzaq tutmaq lazımdır.
Gördüyümüz
kimi, həttə anasız
bala pişiyi belə sağlam və xoşbəxt böyütmək mümkündür. Onun ehtiyac duyduğu tək
bir şey düzgün qayğı və sizin sevginizdir.