Royal Canin Renal Baytarlıq pəhrizi, pişiklər üçün, böyrək çatışmazlığında, nəm yem, balıq ilə, 85 q

Royal Canin Renal Baytarlıq pəhrizi, pişiklər üçün, böyrək çatışmazlığında, nəm yem, balıq ilə, 85 q

2.90₼
  • Ölkə: Avstriya
Model: Royal Canin Renal Feline
Bonus xalı: 2.9000
Mövcudluq: Anbarda
Baxılıb: 39 dəfə
birkart

Mövcud seçimlər

Məhsul təsviri

Royal Canin Renal - yetkin pişiklər üçün tam rasionlu nəm yem kəskin və ya xroniki böyrək çatışmazlığında böyrək funksiyasını qorumaq üçün nəzərdə tutulub. Balıq ilə. Baytarlıq pəhrizi. Məhsul formulu xroniki böyrək çatışmazlığında böyrək funksiyasını dəstəkləmək üçün xüsusi olaraq hazırlanmışdır. Tərkibində fosforun miqdarı azdır, antioksidantlar, EPA və DHA yağlı turşular daxildir. Xroniki böyrək çatışmazlığında böyrəklər fosforu düzgün şəkildə çıxarma qabiliyyətini itirirlər. Məhsuldakı az fosfor miqdarı xəstəliyin inkişafını ləngidir. Uyğunlaşdırılmış balıq yağı tərkibli (əsas yağ turşuları EPA və DHA mənbəyi) pəhriz yem ilə bəsləndikdə yumaqcıqlı filtrasiyanın sürəti artır. Böyrəklərin həddindən artıq yüklənilməsi uremik böhrana səbəb ola bilər. Yüksək keyfiyyətli və uyğunlaşdırılmış zülal tərkibi böyrəklərə düşən yükü azaltmağa kömək edir. Yemdə olan zülal miqdarı minimum tələbləri əhəmiyyətli dərəcədə aşırsa, böyrəklərin ifrazat funksiyası azalaraq, azot parçalanma məhsulları bioloji mayelərdə toplanır. XBÇ metabolik asidoza səbəb ola bilər, buna görə tərkibinə qələviləşdirici maddələr daxildir. Böyrəklər turşu-qələvi balansının qorunmasında mühüm rol oynayırlar. Böyrəklərin funksiyasının pozulması, hidrogen ionlarını çıxartma və bikarbonat ionlarının reabsorbsiya edilmə qabiliyyəti azalır və buna görə metabolik asidoz riski yüksəlir. Xroniki böyrək çatışmazlığı olan heyvanlarda iştahsızlıq, qida dözümsüzlüyü və anoreksiya olduqca tez-tez müşahidə olunur. Xüsusi hazırlanmış ətir profili, pişiyin xüsusi dad üstünlüklərini təmin etməyə kömək edir. 

Göstərişlər: xroniki böyrək çatışmazlığı, böyrək funksiyası pozulmuş pişiklərdə kalsium oksalat daşının yaranmasının qarşısının alınması, sidik pH səviyyəsinin azalması nəticəsində yaranan urolitiyazın (urat, sistin) təkrar yaranmasının qarşısının alınması.

Əks göstərişlər: hamiləlik, laktasiya, böyümə.

Tərkibi: ət və ət məhsulları (toyuq, donuz əti), dənli bitkilər, balıq və balıq məhsulları (tuna 4%), yağlar və piylər, bitki mənşəli məhsullar, mineral maddələr, karbohidrat mənbələri.

Saytdakı maddələr və qida tərkibi barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Şərh yaz

Qeyd: HTML etiketləri işləmir!
    Pis           Əla
Doğrulama Kodu