Ev heyvanınız üçün pulsuz Check-up

Heyvanlar instinktiv olaraq xəstəliklərini sona qədər gizlədə bilir. Bu səbəbdən onlar baytar həkiminin qəbuluna adətən ağır vəziyyətdə çatır. Biopet.shop-un “Kiçik ürəklər sağlam döyünsün” təşəbbüsü ev heyvanı sahiblərinin diqqətini balaca dostlarının gizli problemlərinə yönəltmək məqsədi daşıyır.
15 dekabr – 31 yanvar tarixləri arasında Biopet.shop saytından ümumi dəyəri 90 AZN alış-veriş edən hər bir müştəri baytarlıq klinikasında pulsuz Check-up üçün kupon əldə edir.
Sağlam ev heyvanı gələcək illər üçün sadiq dostdur. Onun sağlamlığını indi düşünün, çünki biz əhliləşdirdiklərimizə görə məsuliyyət daşıyırıq!


Tez-tez verilən suallar

Suallarınıza cavabı burada tapın.

+
Pulsuz Check-up kuponunu əldə etmək üçün nə etməliyəm?
Ev heyvanı (it və ya pişik) üçün pulsuz Check-up kuponunu əldə etmək üçün 15 dekabr 2021-ci il – 31 yanvar 2022-ci il tarixləri arasında (45 gün ərzində) Biopet.shop saytında qeydiyyatdan keçin və ümumi dəyəri 90 AZN alış-veriş edin.
+
Pulsuz Check-up kuponunu əldə etmək üçün birdəfəlik 90 AZN məbləğində alış-veriş etməliyəm?
Pulsuz check-up kuponu əldə etmək üçün qeyd olunan tarix aralığında (15.12.2021-31.01.2022) dəyəri 90 AZN olan bir sifariş və ya ümumi dəyəri 90 AZN olan bir neçə sifariş ( məsələn; 3 dəfə 30 AZN dəyərində sifariş) etməyiniz kifayətdir.
+
Pulsuz Check-up kuponu hansı heyvanlar üçündür?
Pulsuz Check-up kuponu yalnız it və pişiklər üçündür.
+
90 AZN məbləğindən iki və ya üç dəfə çox alış-veriş etsəm neçə ədəd kupon əldə edirəm?
Kampaniyada iştirak etmək üçün minimal sifariş məbləğinin çoxluğundan asılı olmayaraq, bir ev heyvanı (it və ya pişik) üçün yalnız bir pulsuz Check-up kuponu verilir.
+
90 AZN-lıq alış-veriş etdim, lakin iki və ya daha çox ev heyvanım var (it və ya pişik), onlar üçün əlavə kupon ala bilərəm?
90 AZN-lıq alış-veriş edən müştəri bir ev heyvanı üçün (it və ya pişik) yalnız 1 ədəd pulsuz check-up kupon əldə edir.
+
Pulsuz Check-up kuponu mənə nə vaxt çatdırılacaq?
Pulsuz Check-up kuponu kampaniya şərtini ödədiyiniz halda növbəti sifarişiniz ilə birlikdə sizə çatdırılacaq.
+
Pulsuz Check-up kuponunu hansı tarixədək istifadə edə bilərəm?
Pulsuz Check-up kuponunu bir dəfə olaraq 31.03.2022-ci il tarixinə qədər istifadə edə bilərsiniz.
+
Pulsuz Check-up xidmətinə nə daxildir?
Pulsuz Check-up xidmətinə daxildir: heyvanın (it və ya pişik) köklüyünün, susuzluq dərəcəsinin (dehidrasiya) müəyyən edilməsi, görmə və eşitmə orqanlarının, tənəffüs orqanlarının, ürək-damar sisteminin (nəbz, auskultasiya), həzm orqanlarının, dərinin və limfa düyünlərinin vəziyyətinin müayinəsi, əzələ-skelet sisteminin müayinəsi, sinir sisteminin müayinəsi, heyvanın (it və ya pişik) çəkisinin və temperaturunun ölçülməsi.
+
Klinikanı və ya baytar həkimini özüm seçə bilərəm?
Təəssuf ki, müştəri klinikanı və ya baytar həkimini özü seçə bilmir, çünki yönləndirilmə avtomatik olaraq tənzimlənir.
+
Klinikanı və ya baytar həkimini dəyişə bilərəm?
Təəssuf ki, müştəri baytar klinikasını və ya həkimi dəyişə bilmir, çünki yönləndirilmə avtomatik olaraq tənzimlənir.
+
Ev heyvanımı (it və ya pişik) Check-up-a aparmazdan əvvəl nə etməliyəm?
Pulsuz Check-up kuponunu əldə etmiş müştəri, baytar həkimini ziyarət etməzən əvvəl, yönləndirilmiş baytar klinikasını əvvəlcədən xəbərdar etməlidir.
+
Check-up-dan sonra kupon kimdə qalır?
Müayinədən sonra baytar həkimi ev heyvanının sahibi və ev heyvanının adı (it və ya pişik) olan kuponun ağ hissəsini özündə saxlayır, göy hissəsini isə sahibinə verir.
+
Klinikanı və ya baytar həkiminin göstərdiyi Check-up xidmətindən narazı qaldım. Biopet.shop buna görə məsuliyyət daşıyır?
Kampaniyanın iştirakçıları tərəfindən göstərilən xidmətlərə görə Biopet.shop məsuliyyət daşımır. Lakin, rəyinizi bildirmək üçün 876 Çağrı Mərkəzimizə zəng edə bilərsiniz.