Məxfilik
siyasəti
«Biopet» MMC
biopet.shop saytının (bundan sonra Sayt) istifadəçilərinin hüquqlarına
hörmətlə yanaşır və onların şəxsi məlumatlarının məxfliliyini şərtsiz olaraq qəbul
edir. Bu səhifə Saytımızın istifadəçilərinin məlumatlarının əldə edilməsi və
işlənməsi barədə məlumat verir.
1. Ümumi müddəalar
1.1 Məxflik Siyasəti
haqqında hazırkı Əsasnamə yalnız Sayta və bu sayt vasitəsi ilə toplanılan
məlumatlara yayılır. Bu məlumatlar Sayta istinad edə bilən digər saytlara və
üçüncü şəxslərin veb-saytlarına tətbiq edilə bilməz.
1.2.
Biopet.shop hazırkı Əsasnaməyə birtərəfli dəyişiklik etmək hüququna malikdir.
1.3.
Biopet.shop saytından istifadə edərək, İstifadəçi öz şəxsi məlumatlarının
hazırkı Məxflik Siyasəti haqqında Əsasnamədə göstərilən prinsipə əsasən
işlənməsinə razılıq bildirir.
1.4. Şəxi məlumatların işlənməsinə
razılıq İstifadəçi tərəfindən könüllü olaraq verilir.
1.5. İstifadəçilər özləri haqqında
biopet.shop saytına etibarlı məlumat verirlər.
1.6. Biopet.shop saytının
istifadəçilərinin fərdi məlumatlarının işlənməsi, yalnız bu Əsasnamə ilə
müəyyən edilmiş məqsədlər və fərdi məlumatlar sahəsində mövcud qanunvericiliyə
uyğun olaraq həyata keçirilə bilər.
2.1.
İstifadəçinin
bütün şəxsi məlumatları haqqında məlumat mənbəyi İstifadəçinin özüdür.
2.2.
İstifadəçi
biopet.shop saytında olduqda, Cəmiyyət aşağıdakı məlumatları yadda saxlayır:
provayderin domen adı və ölkəsi, İstifadəçinin hansı saytdan biopet.shop
saytına keçdiyini (refererlər); baxılan səhifələr; yüklənən fayllar; baxılmış
video / audio fayllar; basılan linklər; axtarılan sözlər və ya ifadələr;
ziyarət müddəti; istifadə olunan brauzer, sayta giriş edilən cihaz və ya mobil
tətbiq, habelə saytda edilən alış-veriş və əməliyyatlardan əldə edilən
gəlirlər, sayta keçmək üçün axtarış sorğularına dair hesabatlar. və s. Ziyarətiniz
onlayn bir reklamın nəticəsidirsə, biz həmçinin reklamın mənbəyi haqqında
məlumat saxlayırıq.
2.3.
Bu məlumatlar
Cəmiyyətə, istifadəçilərin ehtiyaclarına daha yaxşı uyğunlaşmaq, fərdi
tövsiyələr vermək və məhsullar təklif etmək üçün biopet.shop saytının işini
optimallaşdırmağa imkan verir.
2.4.
İnternet
mağazasında alış-veriş etmək də daxil olmaqla, saytın xidmətlərindən istifadə
etmək üçün saytda hesabınız olmalıdır. Hesabınızı (qeydiyyatı) yaradarkən,
Cəmiyyət İstifadəçilərdən onların şəxsi məlumatlarını tələb edir, məsələn, ad,
soyad, profil şəkili, e-poçt ünvanı, telefon nömrəsi, və onları hesabınızda
saxlayır.
2.5.
Biopet.shop
ziyarətçi seçimlərini izləmək, veb sayt dizaynını optimallaşdırmaq, xidmətlərin
işləkliyini və keyfiyyətini artırmaq və reklamları hədəf almaq üçün Cookies
texnologiyasından və aktiv komponentlərdən (məsələn, JavaScript) istifadə edir.
Cookies,
İstifadəçilərin kompüterlərində saxlanılan və veb saytla qarşılıqlı əlaqəni
asanlaşdıran kiçik mətn fayllarıdır. İstifadəçilər istədikləri vaxt cookies
fayllarını silə bilərlər.
Bununla birlikdə, biopet.shop, üçüncü
mənbələr tərəfindən fərdi məlumatların işlənməsinə cavabdeh deyil.
2.6.Biopet.shop veb trafikini qeyd
etmək, veb sayt ziyarətçilərinin davranışlarını izləmək, iş qabiliyyətini
yaxşılaşdırmaq üçün veb sayt istifadəsini təhlil etmək və istifadəçilərin maraq
və üstünlüklərinə əsasən reklam yerləşdirmələrini idarə etmək üçün Google
Analytics vasitələrindən istifadə edir. Bu məlumatlara əsasən istifadəçinin
kimliyi müəyyən edilə bilməz. Ziyarətçilərin məlumatları anonim şəkildə
toplanır ki, bu da hər hansı bir real istifadəçi ilə əlaqələndirməyi mümkünsüz
edir.
İnternet saytların istifadəsi barədə alınan
məlumatlar anonim olaraq müvafiq sistemlərin serverlərinə ötürülür. Bu anonim
məlumatlara giriş yalnız səlahiyyətli şəxslərə verilir.
Biopet.shop tərəfindən istifadə olunan Google
Analytics reklamçılar üçün aşağıdakı funksiyaları daşıyır:
-
Google Analytics-də remarketinq;
-
Kontekst-media və axtarış şəbəkəsində göstəriş haqqında hesabatlar;
-
demoqrafik məlumatlar və maraqlar kateqoriyalarına dair hesabatlar;
-
Həmçinin reklam üstünlükləri və identifikatorları barədə cookie
faylları vasitəsi ilə reklam məqsədləri üçün məlumatların toplanmasını tələb edən
inteqrasiya olunmuş xidmətlər.
3.1.İstifadəçilərin bütün şəxsi
məlumatları haqqında məlumatların işlənməsi aşağıdakı prinsiplərə əsasən
biopet.shop tərəfindən həyata keçirilir:
-
qanuni və ədalətə əsasən;
-
konkret, əvvəlcədən müəyyən
edilmiş və qanuni hədəflərə çatmaq üçün fərdi məlumatların işlənməsində məhdudiyyətlər;
-
şəxsi məlumatların toplanması
məqsədləri ilə uyğun olmayan şəxsi məlumatların işlənməsinin qarşısının
alınması;
-
işlənməsi bir-biri ilə uyğun olmayan
məqsədlər üçün həyata keçirilən şəxsi məlumatları ehtiva edən məlumat
bazalarının birləşdirilməsinin qarşısının alınması;
-
yalnız işlənmə məqsədlərinə
cavab verən şəxsi məlumatların işlənməsi;
-
işlənmiş şəxsi məlumatların məzmununun
və həcminin işlənmə məqsədlərinə uyğunluğu;
-
işlənmə məqsədləri üçün artıq
olan şəxsi məlumatların işlənməsinin qarşısının alınması;
-
şəxsi məlumatların işlənməsi məqsədləri
üçün şəxsi məlumatların dəqiqliyi, varlılığı və aktuallığının təmin edilməsi;
-
işləmə məqsədlərinə çatdıqdan
sonra və ya biopet.shop tərəfindən şəxsi məlumat pozuntularını aradan qaldırmaq
mümkün olmadıqda, bu məqsədlərə çatmağın zəruriliyi itirildikdə, şəxsi məlumatların
məhv edilməsi və ya şəxssizləşdirilməsi.
3.2.
Biopet.shop İstifadəçilərin
şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün işləyir:
-
İstifadəçilərin qeydiyyatı və
avtorizasiyası;
-
İstifadəçi sifarişlərinin işlənməsi
və məhsulların çatdırılması;
-
biopet.shop və / və ya tərəfdaşları
tərəfindən İstifadəçilərin qarşısında öhdəliklərinin yerinə yetirilməsi,
-
saytda təqdim olunan məhsulların
reklamı üçün fəaliyyətlərin həyata keçirilməsi;
-
saytın qiymətləndirilməsi və təhlili;
-
İstifadəçilərin bonus
proqramında iştirakı;
-
İstifadəçilərin alış xüsusiyyətlərinin
təhlili və onlara şəxsi tövsiyələrin verilməsi;
-
aksiyalar, endirimlər və
xüsusi təkliflər barədə elektron poçt və / və ya SMS mesajları (yalnız İstifadəçi
saytda qeydiyyatdan keçərkən bunun üçün icazə verdiyi təqdirdə) və istifadəçinin
tərəfindən göstərilən elektron poçt ünvanına və / və ya mobil telefon nömrəsinə
texniki mesajların göndərilməsinin həyata keçirilməsi.
4.1.
Biopet.shop
heç bir halda İstifadəçilərin şəxsi məlumatlarını üçüncü şəxslərə satmır və ya
istifadə üçün vermir və İstifadəçilər tərəfindən verilən şəxsi məlumatları, AR
qanunvericilyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, açıqlamır.
4.2.
Yalnız bu
məlumatları birbaşa işləyən və məxfiliyi qorumağa borclu olan biopet.shop əməkdaşları
İstifadəçilərin şəxsi məlumatlarına daxil olma hüququna malikdirlər.
4.3.
Biopet.shop,
müştərilərin şəxsi məlumatlarının onlara icazəsiz və ya təsadüfən daxil
olmasından, məhv edilməsindən, dəyişdirilməsindən, bloklanmasından,
surətçıxarmasından, yayılmasından, habelə digər qanunsuz hərəkətlərdən
qorunmasını təmin etmək üçün texniki, təşkilati və hüquqi tədbirlər görür,
həmçinin:
-
antivirus müdafiə;
-
müdaxilələrin aşkarlanması və qarşısının alınması;
-
daxil olma nəzarəti;
-
qeydiyyat və hesabat;
-
şəxsi məlumatların bütövlüyünün təmin edilməsi.
4.4. Biopet.shop,
müştərilərin şəxsi məlumatlarının işlənməsini bu şəxslərlə bağlanan müqavilə
əsasında üçüncü şəxslərə həvalə etmək hüququna malikdir. Cəmiyyət adından şəxsi
məlumatları işləyən şəxslər (bundan sonra Cəmiyyətin Tərəfdaşları) şəxsi
məlumatların işlənməsi və qorunması prinsiplərinə və qaydalarına riayət etməyi
öhdələrinə götürürlər.
Cəmiyyətin hər bir Tərəfdaşı üçün şəxsi
məlumatların işlənməsini həyata keçirən Tərəfdaş tərəfindən şəxsi məlumatlarla
hərəkətlərin (əməliyyatların) siyahısı, işlənmə məqsədləri, məxfiliyi qorumaq
və şəxsi məlumatların təhlükəsizliyini təmin etmək öhdəliyi müəyyən edilmişdir
və həmçinin işlənmiş şəxsi məlumatların qorunması üçün tələblər təyin
edilmişdir.
1.
şəxsi məlumatlarını ehtiva edən
hər hansı bir qeydin pulsuz surətini almaq hüququ daxil olmaqla şəxsi məlumatlarına
giriş əldə etmək və onlarla tanış olmaq;
2.
Cəmiyyətdən natamam, səhv,
köhnəlmiş, etibarsız, qeyri-qanuni yolla əldə edilmiş və ya Cəmiyyət üçün lazım
olmayan şəxsi məlumatları aydınlaşdırmağı, bloklamağı və ya məhv etməsini tələb
etmək;
3.
şəxsi məlumatların subyektlərinin
hüquqlarının qorunması üzrə səlahiyyətli orqana və ya məhkəmə yolu ilə şəxsi məlumatların
işlənməsi və qorunması zamanı Cəmiyyətin qanunsuz hərəkət və ya hərəkətsizliyinə
qarşı şikayət vermək;
4.
şəxsi məlumatların
toplanmasına, işlənməsinə və istifadəsinə razılığınızı istənilən vaxt ləğv etmək.
Bu halda İstifadəçinin şəxsi məlumatları silinir. Bu, hesablama məqsədləri üçün
tələb olunan və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik
normalarına uyğun olaraq saxlanılmalı olan məlumatlara şamil edilmir.
5.
aşağıdakılardan ibarət olan məlumatlar
daxil olmaqla Cəmiyyətdən şəxsi məlumatlarının işlənməsi ilə bağlı məlumat almaq:
-Cəmiyyət tərəfindən
şəxsi məlumatların işlənməsi faktının təsdiqlənməsi;
- şəxsi məlumatların
işlənməsinin hüquqi əsasları və məqsədləri;
- Cəmiyyət tərəfindən
tətbiq olunan şəxsi məlumatların məqsəd və üsulları;
- qanunvericilikdə
bu cür məlumatların təqdim edilməsi üçün başqa bir prosedur nəzərdə
tutulmayıbsa, müvafiq şəxsi məlumat subyektinə aid işlənmiş şəxsi məlumatlar,
onların toplanılma mənbəyi;
6.
şəxsi məlumatların işlənməsi şərtləri, o cümlədən onların saxlanma şərtləri;
7.
şəxsi məlumatların subyektinin qanunvericilikdə nəzərdə tutulmuş
hüquqlardan istifadə qaydası;
6.1.
Şəxsi məlumatlarla işləmə qaydasını pozmaqda günahkar olan Biopet.shop əməkdaşları,
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət
daşıyırlar.
7.1.
Hazırkı Əsasnamə,
ictimaiyyətə açıq bir sənəddir, «Biopet» MMC ilə müqavilə bağlayan və ya
bağlamaq niyyətində olan şəxslər bu sənədin məzmunu ilə təniş olmaq hüququna
malikdirlər.
7.2. Hazırkı Əsasnamə Biopet
MMC -nin Rəhbəri tərəfindən imzalanması və biopet.shop veb saytında dərc
edildiyi andan etibarən və yeni bir Əsasnamə ilə əvəzlənənə qədər müddətsiz
qüvvədədir.