Evə bala pişik gəlir: necə hazırlaşmalı

 BUNU PAYLAŞIN
Evə bala pişik gəlir: necə hazırlaşmalı

Ailənizə yumşaq tüklü balanın gəlməsinin sevinci saysız-hesabsızdır, ancaq eviniz onun coşqun miyovlaması ilə dolmazdan əvvəl, gələcək ev heyvanının rahatlığı və təhlükəsizliyi ilə maraqlanmalısınız.

Ən vacibi

Hər şeydən əvvəl, bala pişik üçün sakit, rahat bir künc ayırın. Lazım olan hər şeyi təmin edin:

  • Pişik tualetipişik qumu
  • Su və yem üçün 2-3 qab;
  • Bala pişiklər üçün yem;
  • Ev və ya yataq;
  • Oyuncaqlar;
  • Caynaqyonan;
  • İlk yardım dəsti (birdəfəlik şprislər, termometr, klizma və göz yumaq üçün rezin alət, pipetlər, küt uclu qayçı, anatomik pinset, antihistamin prepartalar, adsorbentlər, ağrı kəsicilər, qusma əleyhinə dərmanlar, antiseptiklər, işlətmə dərmanları, ishal dərmanları);
  • Bezlər;
  • Şampun.


İlk addımlar

Evə çatdıqda daşıyıcını yerə qoyun və pişiyin çıxa bilməsi üçün qapısını açın. Ailə üzvlərinin, xüsusən də uşaqların pişiyi sarsıtmamaları və ətrafında bir hay-küy yaratmamaları vacibdir, çünki bala pişiklər çox həssasdır və hər hansı bir xarici təsir onlarda stress yarada bilər. İmkan yaradın ki, pişik sərbəst şəkildə məkanı araşdırsın və hər küncü iyləsin. Bundan sonra pişik bir az yuxu almaq istəsə, təəccüblənməyin - bala pişiklər yatmağı sevirlər, və yeni bir evə köçdükdən sonra onlar mütləq istirahətə ehtiyac duyurlar.

Əvvəlcə stressin təsiri altında körpə yemdən imtina edə bilər. Pişiyi yeməyə məcbur etməyin, qoyun yeni mühitə alışsın və iştahı çox yaxında qayıdacaq.

Ailə ilə görüş

Bala dincəldikdən və öyrəşdikdən sonra onu digər ailə üzvləri ilə tanış etməyin vaxtı gəldi. Yerdə oturun və uşaqları xəbərdar edin ki, pişiyə yalnız özü yaxınlaşdıqda toxunmaq olar. Evdəkilərin səssiz olmaqlarını istəyin. Bala pişik qorxudan divanın altına və ya başqa bir yerə girərsə, onu oyuncaqla cəlb edin. Uşaqlara heyvanla düzgün davranmağı öyrədin. Düzgün tutmağı və sığallamağı göstərin: pişiyin başını və belini sığallamaq daha yaxşıdır, lakin quyruğundan çəkmək qətiyyən olmaz.

Pişikdə stressi azaltmaq üçün sintetik pişik feromonlu spreydən istifadə etmək yaxşıdır. Onların sayəsində pişik sakitləşəcək və özünü təhlükəsiz hiss edəcək. Bütün ev üçün bir və ya iki şüşə kifayətdir.

Digər ev heyvanları

Evdə başqa heyvanlar varsa, dərhal dost olacaqlarını gözləməyin. Səbirli olun. Çoxlarının düşündüyünün əksinə olaraq, pişiklər və itlər bir-birləri ilə olduqca yaxşı yola gedirlər. Ancaq dağsiçanını, dəniz donuzcuqlarını və quşları onlardan uzaqlaşdırmaq yaxşıdır, çünki pişiklər onları yalnız yem olaraq görürlər. Heyvanlar ümumiyyətlə bir-birlərini qoxu ilə tanıyırlar, və aralarında əlaqə yaratmaq üçün bundan istifadə etmək olar. Məsələn, əvvəlcə iti sığallayın sonra pişiyi və ya onların əşyalarını dəyişdirin.

Və ən axırda

Bir müddət uyğunlaşdıqdan sonra bala pişiyi tanımayacaqsınız. Böyük sürətlə evin ətrafında qaçacaq və bütün günü oynayacaqdır. Burada da diqqətli olmalısınız, çünki körpə ayağınızın altında qala bilər. Evdəki təhlükəsizlik haqqında da unutmayın: iti əşyaları əlçatmaz yerə qoyun, ştepselləri və pəncərələri bağlayın, qoruyucu torlar vurun. 

Bütün bu nüanslara riayət etsəniz, o zaman bala pişik üçün uyğunlaşma dövrü son dərəcədə miyoldayıcı keçəcək J