Evdə yeni tutuquşu: necə hazırlaşmalı

 BUNU PAYLAŞIN
Evdə yeni tutuquşu: necə hazırlaşmalı

Deyirlər ki, tutuquşularını sevənlər, sakit günlərini quşların səsli civiltisi ilə rəngləndirmək istəyən, tez təsirlənən və bir az melanxolik təbiətli insanlar olurlar. Çox işləyən əsəbi insanlara isə quşların səs-küyü əksinə mane ola bilər. Lakin daha dərinə getməsək, hər kəs özünə lələkli ev heyvanını seçə bilər, çünki bu canlılar şəhərin təlaşında bizə həyatımızda çatışmayan əsl ekzotika bəxş edir. Tutuquşu, az boş vaxtı olanlar və hətta kiçik mənzillərdə yaşayan uşaqlı ailələr üçün həmçinin ən yaxşı seçimdir.

Sağlam quşu necə seçməli

Hansı növ tutuquşunu seçməzdən əvvəl onu haradan almağın daha yaxşı olduğunu düşünməlisiniz. Bu gün seçim olduqca böyükdür: zoo mağazalar, quş bazarları və yetişdiricilər. Ancaq necə deyərlər, etibar et, amma yoxla. Sağlam bir tutuquşunu xəstə birindən necə ayıracağınızı bilməklə özünüzü bir çox problemdən azad edirsiniz. Gənc və sağlam bir tutuquşu kifayət qədər aktiv və enerjilidir, gözəl lələkləri və parlaq gözləri var və çuxursuz hamar bir dimdiyə sahibdir. Ancaq asqırma, ishal və yemdən imtina kimi əlamətlər sizi dərhal xəbərdar etməlidir.

Bütün vaciblər

Beləliklə, evinizə tutuquşu gətirməzdən əvvəl aşağıdakıları təmin etmək vacibdir:

Qəfəs (tutuquşunun ölçüsünə və quşların sayına uyğun olaraq seçilir);

Atmalar (taxta olanlara üstünlük verin);

Yem və mineral qarışıq üçün qab;

Su qabı;

Yem;

Mineral qarışıq;

Mineral daş;

Oyuncaqlar;

Tünd rəngli yorğan (gecə vaxtı qəfəsi örtmək üçün).

Lələklı dostumuzun dalınca!

Üç növ tutuquşu mövcuddur: kiçik, orta və böyük. Kiçiklərə dalğalı tutuquşular, sevgi quşları və oxuyan quşlar daxildir. Orta tutuquşularına korella, rozella və inci tutuquşuları, böyüklərə isə ara, jako və digər tutuquşuları aiddir. Tutuquşular sosial heyvanlar olduqlarına görə, ev heyvanına kifayət qədər vaxt ayıra bilməyən məşğul insanlar onları cüt-cüt saxlamalıdırlar. Və bu yalnız sevgi quşlarına və dalğalı quşlara aid deyil. Orta tutuquşular daha çox diqqət tələb edir və bu diqqət çatışmazlığı onlarda öz lələklərini qoparmaq şəklində özünü göstərən nevroza səbəb olur.

Qəfəsi hara yerləşdirməli

Qəfəs istilik cihazlarından uzaq, sakit, işıqlı bir otaqda yerləşdirilməlidir. Qəfəsi insan hündürlüyündə, bir tərəfi divara və ya bir küncdə yerləşdirmək tövsiyə olunur.

Tutuquşunun evdə ilk günləri

Nəhayət, balaca dostunuzu evə gətirdiniz və qəfəsi açıb onunla oynamaq üçün səbirsizlənirsizin. Bunu etmək qətiyyən olmaz! Yer dəyişikliyi, nəqliyyat, yeni mühit - bütün bunlar heyvan üçün böyük bir stressdir. Buna görə də tutuquşu olan qəfəsi ilk iki həftə ərzində açmamaq tövsiyə olunur. Quş ilə oynamaq, ona toxunmaq və ya onu qəfəsdən çıxarmağa çalışmaq qadağandır. Quşun özünü təhlükəsiz hiss etməsi vacibdir, buna görə uca səsli musiqi açmaq, qapıları çırpmaq və ya yüksək səslə çığırmaq olmaz. İlk vaxtlar, stressin təsiri altında tutuquşu yemə toxunmaya bilər. Bu tamamilə normaldır, ona sadəcə zaman verin. Ola bilər ki, quş hələ yem və ya su qabına öyrəşməyib və onları sadəcə tapa bilmir. Bu halda, qəfəsin içinə bir az yem səpin və suyu açıq bir qabda verin.

Bir müddət sonra tutuquşunun civildəməyə başladığını və artıq sizdən qorxmadığını görəcəksiniz. O, öz qəfəsinə öyrəşib və qəfəsi artıq açmaq olar.

Evdə başqa quşlar varsa

Evdə digər quşlar varsa, yeni gələn tutuquşu 30-40 günlük karantinə alınmalıdır. Hər hansı bir yeni ev heyvanı potensial infeksiya və parazit daşıyıcısıdır və yeni bir tutuquşunu təcrid edərək başqa quşların yoluxma riskini aradan qaldırırsınız.

Yuxarıdakı bütün məqamlara riayət edildikdə, uyğunlaşma dövrü yalnız ev heyvanınız üçün deyil, sizin üçün də asan və tez keçəcəkdir.