Ən çox hansı itlərin tükü tökülür və buna qarşı nə etməli?

13.01.2023
 BUNU PAYLAŞIN
Ən çox hansı itlərin tükü tökülür və buna qarşı nə etməli?

Heç fikirləşmədən evinizə bir it götürsəniz, gözləmədiyiniz anda tüləmə problemi ilə üzləşə bilərsiniz. Bu tez-tez danışılan mövzu deyil, lakin, əgər siz, məsələn, allergiyadan əziyyət çəkirsinizsə və ya evin təmizlənməsinə və heyvanın qulluğuna artıq vaxt sərf edə bilmirsinizsə, çoxlu tük tökülməsi sizə xeyli əziyyət verə bilər. 

 

Tük tökülməsinə nə təsir edir 

 

Tük növü tüləmənin intensivliyini müəyyən edir. İkiqat tük örtüyünə sahib olan itlər kürklərini yazda və payızda bir neçə həftə ərzində dəyişirlər, il ərzində isə bir qədər tük tökürlər. Alt tük örtüyünə sahib olmayan itlər mövsümi tüləməyə məruz deyillər, lakin il ərzində onların tükləri bir balaca tökülür. “Hipoallergik” adlanan bu cinslər arasına yorkşir teryeri, malta bolonkası, şi-tsu və pudel daxildir. 

 

Qısatüklü itlərin heç tüləmədiklərini və ya daha az tülədiklərini düşünmək səhvdir. Bu mövzuda tük uzunluğu göstərici deyil. 

 

10 ən çox tükü tökülən it cinsi

 

Dördayaqlı dost seçimini düzgün etmək üçün Azərbaycanda populyar olan ən çox tükü tökülən it cinslərini bir araya topladıq:

 

  • Akita-inu
  • Alman çoban iti
  • Bern zennenhundu
  • Qızılı retriver
  • Labrador retriver
  • Mops
  • Samoyed
  • Senbernar
  • Sibir haskisi
  • Uels korgisi

 

Ev heyvanına necə kömək etməli

 

Mövsümi tüləmə həm sahibi, həm də ev heyvanı üçün çox çətin bir dövrdür. Ev heyvanınıza kömək edin ki, tük dəyişmə prosesi onun üçün minimal streslə keçsin. 

 

Hər gün itinizin tükünü xüsusi daraqlarqruminq üçün əlcək ilə darayın. 

 

Ev heyvanınızın bütün lazımi qida maddələrini qəbul etməsi üçün onun rasionuna diqqət yetirin. Yem yüksək keyfiyyətli və asanlıqla həzm olunan zülallardan ibarət olmalıdır. 

 

Dördayaqlı dostunuzu bir və ya iki həftədən bir yulaf südlü şampun və ya tük tökülməsinə qarşı şampun ilə çimizdirin. Yumadan sonra kondisioner tətbiq etmək məsləhətdir. 

 

Bir çox peşəkar qruminq salonları “ekspres tüləmə” xidmətini təklif edirlər. Buna xüsusi şampunlar ilə çimizdirmə, darama, məsamələri açan maskanın tətbiq edilməsi və tük qurudulması daxildir. Bu prosedur heyvanın tükünün evə yayılmasını əhəmiyyətli dərəcədə azaldır. 

 

Həddindən artıq tük tökülməsi nə zaman patologiyadır

 

Mövsümdən asılı olmayan güclü tük tökülmə sağlamlıq problemlərindən xəbər verə bilər.  Adi günlərdə ev heyvanınızın tüklərinin çox tökülməyə başladığını görsəniz, onu baytar həkiminə aparın. Tük vəziyyətinin pisləşməsi və tökülməsi adətən endokrin pozulmaları və anadangəlmə xəstəliklərdən, məsələn, follikulyar displaziyadan xəbər verir. 

 

Həddindən artıq tük tökülməsi həmçinin stres, aktivliyin azalması və rasionda yağ turşularının çatışmazlığı halında yaranır. Bu zaman həkimin tövsiyəsi ilə itə Canina Petvital Derm-Caps verilə bilər. Oenothera biennis bitkisi yağının əsasında hazırlanan preparat heyvanın bədənini polidoymamış yağ turşuları ilə təmin edərək dəri və tük problemlərini aradan qaldırır. 

 

Uyğun gəlməyən yem də allergiyaya səbəb olaraq tükün vəziyyətini pisləşdirə bilər. 

 

Tüklərin tökülməsi həm də qaşıma və dişləmə nəticəsində baş verir. Bu halda, iti birəyə qarşı müayinə edin və lazım olduqda antiparazitar vasitələrdən istifadə edin. 

 

Evdə təmizliyi necə qorumalı

 

İtin tükü evin hər tərəfinə yayılmasın deyə öncədən onun yatağını təmizləmək daha asandır. Bu halda yapışqan lentli diyircək yaxşı kömək edir. 

 

Dəri mebel sahibləri şanslıdırlar. Parça üzlü mebel və xalçalı səthlərin təmizlənməsi ilə çox işləməli olacaqsınız. Divana neylon örtük sərə bilərsiniz, avtomobil oturacağı üçün isə tükün salona yayılmasının qarşısını alan xüsusi örtük mövcuddur. 

 

Quru təmizləmə evdə təmizliyə nail olmaq üçün ən təsirli üsul olaraq qalır. Evi tez-tez tozsoran ilə təmizləyin ki, balaca dostunuzun tükü paltarınıza yapışmasın. 

  

 

Ev heyvanının tükü ilə bağlı bütün çətinliklər ona qarşı olan sevgimizi heç də azaltmır. İnanın ki, balaca dostlarımız bunu mütləq hiss edirlər.