Canina İt və pişiklərin diş və ağız boşluğu sağlamlığı üçün gel, 50 ml

Canina İt və pişiklərin diş və ağız boşluğu sağlamlığı üçün gel, 50 ml

30.00₼
Brend: Canina
  • Ölkə: Almaniya
Model: Canina Tooth Gel
Məhsul kodu: 389
Bonus xalı: 30.00
Mövcudluq: Anbarda
birkart

Canina İt və pişiklərin diş və ağız boşluğu sağlamlığı üçün gel. Xüsusilə ağız boşluğu gigiyenası, həmçinin diş ərpi, diş daşı və gingivitə qarşı effektiv müdafiə olaraq hazırlanmışdır.

Diş təmizləmə effekti it və pişiklər tərəfindən yaxşı qəbul edilən gümüşün mikrohissəcikləri və qreypfrut toxumu ekstraktı sayəsində əldə edilir. Müntəzəm istifadə diş daşının yaranmasına qarşı effektiv müdafiəni təmin edir. Geli udmaq zərərsizdir. Antioksidant effekt qreypfrut toxumunun tərkibində olan bioflavanoidlər sayəsində təmin edilir. Vitamin C-nin yüksək miqdarı diş ətinin sağlamlığını qoruyur, amin və yağlı turşular diş ərpinin ərinməsinə səbəb olur.  




Su, poliqliseril-4 kaprat, karbomer, kalium sorbat, gümüş, natrium hidroxlorid, natrium fosfat, qliserin, qreypfrut toxumu ekstraktı. 

Saytdakı tərkib barədə məlumat yalnız istinad üçündür. Bütün məhsul məlumatları birbaşa qablaşdırmada təqdim olunur.

Gel gündəlik tətbiq edilməlidir (axşam). Yeməkdən bir saat sonra. Barmağınızla heyvanın diş və diş ətinə sürtülür. 

Doza (gelin uzunluğu bir tərəfdən):

İtlər, çəkisi 10 kq qədər: 1 sm gel
İtlər, çəkisi 20 kq qədər: 2 sm gel
İtlər, çəkisi 40 kq qədər: 3 sm gel
İtlər, çəkisi 40 kq-dan çox: 4 sm gel (maks.)
Pişiklər: ½ sm gel

Şərh yaz

       
Doğrulama Kodu