Beaphar Veto Pure Birə, gənəyə və ağcaqanadlara qarşı damcı, pişiklər üçün, 1 ml
- Ölkə: Hollandiya

Beaphar Veto Pure Spot - 12 həftədən yuxarı pişiklər üçün birə, gənə və ağcaqanadlara qarşı bio damcı. Tərkibindəki təbii bitki komponentləri, heyvanın dəri və tükünə yayılır, ektoparazitlərə qarşı repellent təsir göstərir. Tük örtüyünə xoş ətir verir və heyvanın dərisinə faydalı təsir göstərir, qaşınmanı azaldır. Qablaşdırmaya hər biri 1 ml olmaqla 3 pipet daxildir.
Tətbiq üsulu: Pipetin üst hissəsini qırın və damcını heyvanın göz, burun, ağız, qulaq, cinsiyyət orqanlarına toxunmadan tətbiq edin. Açıq rəngli heyvanların tükü dərmandan sonra ləkələnə bilər. Təkrar tətbiq hər 4 həftədən bir həyata keçirilir. Digər insektoakarisidal (kimyəvi) maddələrlə eyni vaxtda istifadə edilə bilər. Xəstə və ya sağalan heyvanlar, habelə 12 həftədən kiçik heyvanlar üçün istifadə uyğun deyil.