Bütün kateqoriyalar
Bars İt, pişik və dovşan üçün göz damcısı, 10 ml
12.00₼

Bars İt, pişik və dovşan üçün göz damcısı. Kəskin və xroniki konyunktivit, keratit, keratokonyunktivit və blefaritin müalicəsi və profilaktikası məqsədilə, habelə travma və yad cismin düşməsindən sonra yaranan gözün infeksion xəstəliyinin profilaktikası üçün it, pişik və dekorativ dovşanlara təyin edilir.
Aktiv maddələr olaraq levomisetin – 0,25% və furasilin – 0,02% ehtiva edir.
Dərmanı tətbiq etməzdən əvvəl heyvanın gözlərini ifrazatdan təmizləmək üçün steril tənzif və preparat ilə silin. Sonra Bars damcısını 7-14 gün ərzində gündə 3-4 dəfə olmaqla hər gözə 1-2 damcı tətbiq edin.
Lazımi olduqda kursu təkrarlayın.
Profilaktik məqsədlər üçün steril tənzifi dərmana batırıb heyvanın gözlərini gündə 1 dəfə silin.