Bala iti necə bəsləməli

 BUNU PAYLAŞIN
Bala iti necə bəsləməli

İtin sağlamlığının təməli erkən yaşda qoyulur. İrsiyyətdən başqa qidalanma da ev heyvanınızın böyüməsində mühüm rol oynayır. Sağlam, gözəl və ağıllı bir kompanyon istəyirsinizsə, ilk növbədə yemləmə qaydalarına əməl edin. 

 

0-1 ay

 

Doğulduğu andan bala bütün qida maddələrini ana südündən almağa başlayır. Bu müddət 2 aya qədər davam edə bilər. Əgər hansısa səbəbdən ana südü yoxdursa və ya onun miqdarı azalıbsa, o zaman körpəyə Royal Canin Babydog Milk kimi xüsusi süd əvəzedicisi verilməlidir. Quru qarışığın tərkibi ana itin südünə maksimal dərəcədə yaxındır və bala itin bədənini böyümə üçün lazım olan süd yağları və zülallarla təmin edir. Mağaza südü bu işin öhdəsindən gəlməyəcəkdir! 

 

Bala iti qablaşdırmanın üzərində göstərilən yemləmə sayına görə cədvələ uyğun bəsləmək lazımdır. Saat üzrə yemləmə həzm sisteminin düzgün işləməsini təmin edir və mədə-bağırsaq traktını çox yükləmir. 

 

İnkişafın ilk iki həftəsi çox vacibdir. Bu zaman körpə kifayət qədər süd almalıdır. Onun çəkisinə diqqət yetirin: 9-13-cü günlər arasında bala itin çəkisi iki dəfə artmalıdır. Hər hansı bir pozulma gördükdə, baytar həkiminə müraciət edin. 

 

1-2 ay

 

Dörd həftədən etibarən ana südündən kəsilmə dövrü başlayır. 12 həftəyə qədər sürən bu müddət "immun boşluğu" adlanır. Bu zaman təbii müdafiə mexanizmlərini gücləndirmək üçün bala it antioksidantlar və prebiotiklərə ehtiyac duyur. Bala iti bərk qidaya öyrədərkən onu südlə bəsləməyə davam edə bilərsiniz. 

 

Xüsusi olaraq hazırlanmış Royal Canin Starter yemləri süddən kəsilmə yaxud ana südünün az olduğu zaman bala itin immun sistemini dəstəkləmək üçün ekslüziv qida maddələrinin kombinasiyasınıdan ibarət “Start Complex”ə malikdir. Bu rasionların arasındakı fərq təkcə qida maddələrinin balansında deyil, həm də hər bir cinsin çənə aparatına uyğunlaşdırılmış kroket forması və ölçüsündədir. 

 

Hər cins üçün düzgün yem miqdarına riayət edin. Bala iti gündə 5 dəfə eyni saat aralığında yemləmək lazımdır. Unutmayın ki, həddindən artıq yemləmə həzm problemlərinə səbəb ola bilər. Düzgün inkişaf etdikdə bala itin çəkisi 25-30-cu günlər arasında dörd dəfə artmalıdır. 

 

2 aydan

 

Bala itin ilkin böyümə mərhələsi süddən kəsilmə və ilk daimi dişlərin çıxdığı vaxt aralığında baş verir. 

 

Üç aydan beş aya qədər bala itlər, cinsdən asılı olmayaraq, sürətlə böyüməyə başlayırlar, buna görə də onlar yetkin itdən iki dəfə çox enerjiyə, habelə uyğunlaşdırılmış miqdarda fosfor və kalsiuma ehtiyac duyurlar. Dörd aya qədər bala iti gündə 4 dəfə bəsləyin. Dörd aydan sonra gündə 3 dəfəlik, altı aydan sonra isə gündə 2 dəfəlik yemləməyə keçə bilərsiniz.

 

Əgər siz artıq çölə çıxmağa başlamısınızsa, iti gəzintidən dərhal əvvəl və sonra bəsləməyin.

 

Ev heyvanınızı daimi təmiz içməli su ilə təmin etməyi unutmayın. Qabını gündə 1-2 dəfə suyu hər dəfə yenilədiyiniz zaman yuyun. 

 

Miniatür cins bala itlərin bəslənməsi

 

Miniatür itlər sürətli metabolizmə sahibdirlər. Onlar artıq 10 aydan yetkin hesab edilirlər, buna görə də xüsusi yüksək kalorili rasiona ehtiyac duyurlar. Lakin burada da fərqlər var. Yetkin yaşda çəkisi 4 kq-dan çox olmayan dekorativ bala itlər üçün Royal Canin X-Small Puppy xüsusi yemi hazırlanmışdır. Yetkinlik dövründə çəkisi 4-10 kq olan kiçik cins bala itlər üçün Royal Canin Mini Puppy tövsiyə olunur. 

Orta cins bala itlərin bəslənməsi

 

Orta cins bala itlər daha yavaş böyüyür və 12 ayda artıq yetkin sayılır. Bu itlər onların həssas həzmini, yüksək enerji tələbatını və çənə ölçüsünü nəzərə alan yemə ehtiyac duyurlar. Bütün bu şərtlər orta cins bala itlər üçün Royal Canin Medium Puppy yemində nəzərə alınıb. 


Böyük cins bala itlərin bəslənməsi

 

Böyük cins bala itlər 15 ayda yetkin yaşa çatırlar. Böyümə dövründə onlara bağırsaq mikroflorasının tarazlığını qorumaq üçün orta kalori və prebiotiklərə malik xüsusi qida lazımdır. Royal Canin Maxi Puppy yemi 2 aydan etibarən böyük cins bala itlər üçün xüsusi olaraq hazırlanmışdır. Rasion, C və E vitaminləri sayəsində itin immunitetini gücləndirir və Omeqa-3 tərkibinə görə beynin düzgün inkişafına dəstək olur.

Çox böyük cins bala itlərin bəslənməsi

 

Çox böyük cins bala itlərin böyümə mərhələləri çox daha aşkar şəkildə görülür. 2 aydan 8 aya qədər skelet və orqanlar intensiv şəkildə böyüyür. Bu dövrdə oynaqlar və həzm sağlamlığına diqqət yetirmək çox vacibdir. İri itlərin mədə-bağırsaq traktı bədənlərinə nisbətən kiçik olduğu üçün onlarda həssaslıq yaranır. Bu dövr üçün Royal Canin Giant Puppy yemi tövsiyə olunur.

İkinci böyümə mərhələsi 8 aydan 18/24 ayadək baş verir. Bu dövrdə böyümə bir qədər yavaşlayır, sümük formalaşması tamamlanır və əzələlər aktiv şəkildə böyüməyə başlayır. Enerji tələbatı da azalır, buna görə də həddindən artıq bəsləmə oynaqlara ağırlıq verə bilər. Çox böyük cins bala itlərin ikinci böyümə dövrü üçün nəzərdə tutulmuş Royal Canin Giant Junior rasionu uyğunlaşdırılmış kalori miqdarından əlavə habelə sümüklərin normal minerallaşması üçün optimal dərəcədə kalsium və fosfor ehtiva edir. 

 

Fayda göz qabağındadır

 

Keyfiyyətli yem ilə bəslənən bala it aşağıdakılarla fərqlənir:

       güclü immunitet,

       enerji,

       yaxşı iştaha

       sağlam həzm,

       düzgün bədən quruluşu,

       gözəl tük.

 

Ev heyvanınızın hər hansı bir sağlamlıq problemi varsa, yemləmə ilə bağlı ən dəqiq tövsiyələri yalnız baytar həkimi verə bilər.