Antiseks İt və pişik üçün cinsi dövrü tənzimləyici preparat, 10 tab

Antiseks İt və pişik üçün cinsi dövrü tənzimləyici preparat, 10 tab

10.00₼
Brend: O.L.KAR.
  • Ölkə: Ukrayna
Model: AntiSex
Məhsul kodu: 3068
Bonus xalı: 10.00
Mövcudluq: Anbarda
Baxılıb: 81 dəfə
birkart

Antiseks İt və pişik üçün cinsi dövrü tənzimləyici preparat. Yanlış hamiləlik və dişi itlərdə uşaqlıq yolunun hiperplaziysında təyin edilir.

Hormonal preparatıdır, tərkibinə aktiv maddə olaraq sintetik progestagen- meqestrol asetat (17-alfa-asetoksi-6-metil-preqna-4,6-diyen-3,20-dion) daxildir.

Tabletləri yemləmədən 1-2 saat əvvəl heyvanın dilinin kökünə və ya az miqdar dadlı çərəzlə (və ya yem) verin.

Dişi pişiklərə: estrusu (kürsəyə gəlmə) dayandırmaq üçün: 7 gündən bir 1 tablet. Estrus arası (başlamazdan 7-15 gün əvvəl) preparatı 18 aydan çox olmayaraq davamlı istifadə etmək tövsiyə olunur. Təkrarlamaq yalnız normal fizioloji dövr yarandıqdan sonra mümkündür. Estrusu dayandırmaq üçün ilkin əlamətlər yarandıqda gündə 1 tablet, lakin əlamətlər yoxa çımazdan əvvəl ilk 3 gündən gec olmayaraq (5-7 gün) verilir. İl ərzində iki kursdan çox tətbiq olunmamalıdır.

Erkək pişiklərə cinsi həyəcanın ilkin əlamətlərində 7 gün ərzində 1 tablet olaraq, sonra isə 14 gün ərzində gündə 1/2 tablet tətbiq edilir.

Tabletləri yemləmədən 1-2 saat əvvəl heyvanın dilinin kökünə və ya az miqdar dadlı çərəzlə (və ya yem) verin.

Dişi itlərə: estrusu (kürsəyə gəlmə) dayandırmaq üçün: estrus arası (başlamazdan 7-10 gün əvvəl) heyvanın hər 5 kq çəkisinə görə 1/2 tablet tətbiq olunur. Dərmanı estrusun təxirə salınması lazım olan istənilən sayda gün verilir, lakin ardıcıl 32 gündən çox olmamalıdır. Estrus dərman dayandırıldığı gündən bir neçə gün sonra başlayır. Uzun müddət istifadə olunduqda (32 gün) estrus 2-6 aydan sonra başlayır. İl ərzində iki kursdan çox tətbiq olunmamalıdır. Estrusu dayandırmaq üçün ilkin əlamətlər yarandıqda gündə 1/3 tablet, lakin əlamətlər yoxa çımazdan əvvəl ilk 3 gündən gec olmayaraq verilir. İlk 3 gün ərzində dərman hər gün gündəlik dozada, sonra isə 14 gün ərzində ½ gündəlik dozada tətbiq edilir. Yanlış hamiləlikdə: itin hər 7 kq çəkisinə görə gündə 1/2 tablet 8 gün ərzində. Uşaqlıq yolunun hiperplaziyasının qarşısını almaq üçün: proestrus başladıqda 7 gün ərzində itin hər 1 kq bədən çəkisinə görə 1/3 tablet.

Erkək itlərə cinsi həyəcanın ilkin əlamətlərində 7 gün ərzində 1 tablet olaraq, sonra isə 14 gün ərzində gündə 1/2 tablet tətbiq edilir.

Dərmanı sidik-cinsiyyət sisteminin xəstəlikləri, şiş, diabeti olan, yetkinləşməmiş, hamilə və əmizdirən heyvanlar üçün istifadə edilməməli. 


Şərh yaz

       
Doğrulama Kodu