Antiseks İt və pişik üçün cinsi dövrü tənzimləyici damcı, 5 ml

Antiseks İt və pişik üçün cinsi dövrü tənzimləyici damcı, 5 ml

8.00₼
Brend: O.L.KAR.
  • Ölkə: Ukrayna
Model: AntiSex
Məhsul kodu: 3067
Bonus xalı: 8.00
Mövcudluq: Anbarda
Baxılıb: 82 dəfə
birkart

Antiseks İt və pişik üçün cinsi dövrü tənzimləyici damcı. Yanlış hamiləlik və dişi itlərdə uşaqlıq yolunun hiperplaziyasında təyin edilir.

Hormonal preparatdır, tərkibinə aktiv maddə olaraq sintetik progestagen- meqestrol asetat (17-alfa-asetoksi-6-metil-preqna-4,6-diyen-3,20-dion) daxildir.


İstifadə etməzdən əvvəl dərmanı çöküntü yox olanadək çalxalayın və əsas yemləmədən 1-2 saat əvvəl pipet vasitəsi ilə heyvanın dilinin kökünə və ya az miqdar dadlı çərəzlə (və ya yem) verin.

Dişi pişiklərə: estrusu (kürsəyə gəlmə) dayandırmaq üçün: 7 gündən bir 3 damcı (1 damcıya 2,5 mq meqestrol asetat daxildir). Estrus arası (başlamazdan 7-15 gün əvvəl) preparatı 18 aydan çox olmayaraq davamlı istifadə etmək tövsiyə olunur. Təkrarlamaq yalnız normal fizioloji dövr yarandıqdan sonra mümkündür. Estrusu dayandırmaq üçün ilkin əlamətlər yarandıqda gündə 3 damcı, lakin əlamətlər yoxa çımazdan əvvəl ilk 3 gündən gec olmayaraq (5-7 gün) verilir. Bir il ərzində iki kursdan çox tətbiq olunmamalıdır.

Erkək pişiklərə cinsi həyəcanın ilkin əlamətlərində 7 gün ərzində 3 damcı olaraq, sonra isə 14 gün ərzində gündə 1 damcı tətbiq edilir.

İstifadə etməzdən əvvəl dərmanı çöküntü yox olanadək çalxalayın və əsas yemləmədən 1-2 saat əvvəl pipet vasitəsi ilə dilin kökünə və ya az miqdar dadlı çərəzlə (və ya yem) heyvana verin.

Dişi itlərə: estrusu (kürsəyə gəlmə) dayandırmaq üçün: estrus arası (başlamazdan 7-10 gün əvvəl) heyvanın hər 3,5 kq çəkisinə görə 1 damcı tətbiq olunur. Dərmanı estrusun təxirə salınması lazım olan istənilən sayda gün verilir, lakin ardıcıl 32 gündən çox olmamalıdır. Estrus dərman dayandırıldığı gündən bir neçə gün sonra başlayır. Uzun müddət istifadə olunduqda (32 gün) estrus 2-6 aydan sonra başlayır. Bir il ərzində iki kursdan çox tətbiq olunmamalıdır. Estrusu dayandırmaq üçün ilkin əlamətlər yarandıqda gündə 3 damcı, lakin əlamətlər yoxa çımazdan əvvəl ilk 3 gündən gec olmayaraq verilir. İlk 3 gün ərzində dərman hər gün gündəlik dozada, sonra isə 14 gün ərzində ½ gündəlik dozada tətbiq edilir. Yanlış hamiləlikdə: itin hər 5 kq çəkisinə görə gündə 1 damcı 8 gün ərzində. Uşaqlıq yolunun hiperplaziyasının qarşısını almaq üçün: proestrus başladıqda 7 gün ərzində itin hər 1 kq bədən çəkisinə görə 1 damcı.

Erkək itlərə cinsi həyəcanın ilkin əlamətlərində 7 gün ərzində 3 damcı olaraq, sonra isə 14 gün ərzində gündə 1 damcı tətbiq edilir.

Dərmanı sidik-cinsiyyət sisteminin xəstəlikləri, şiş, diabeti olan, yetkinləşməmiş, hamilə və əmizdirən heyvanlar üçün istifadə edilməməli. 


Şərh yaz

       
Doğrulama Kodu