Akvarium üçün 10 ən rahat balıq

07.10.2022
 BUNU PAYLAŞIN
Akvarium üçün 10 ən rahat balıq

Akvarium saxlamaq çox maraqlı bir hobbidir və bir anda həvəsdən düşməmək üçün müntəzəmliyə riayət etmək vacibdir. Ən sadə və tələbkar olmayan balıqlardan başlayaraq, tədricən təcrübə əldə edərək, akvariumunuzu əminliklə genişləndirəcək, uğursuzluqları isə minimuma endirəcəksiniz. 

Bu məqalədə yeni akvarium sahibləri üçün uyğun gələcək 10 ən sadə və baxımı rahat olan balıq növünü toplamışıq.  

 

quppi

Quppi

Ən məşhur və ucuz balıq hesab olunur. Həcmi 50 litrdən başlayan akvariumda 6-10 ədəd saxlamaq məsləhət görülür. Quppi dincdir və digər balıqlarla yaxşı yola gedir. Lakin şirbitlər quppilərin gözəl üzgəclərini zədələyə bildiklərinə görə onları bir akvariumda saxlamaq məsləhət görülmür. Quppi yemə qarşı kaprizli deyil. Onlar asanlıqla çoxalırlar. Akvariumda təxminən 3-5 il yaşayırlar. 


danio-rerio

Danio rerio

Bir akvariumda 6 ədəd olaraq saxlamaq daha yaxşıdır. Həcmi 30 litr olan uzunsov akvarium daha uyğundur. Olduqca sakit balıq növüdür. Onlar suyun səthinə qalxmağı xoşlayırlar, buna görə də lopa şəklində quru yem onlar üçün uyğun gələcək. Akvariumda təxminən 3-4 il yaşayırlar. 

 

qilincquyruq

Qılıncquyruq

Həcmi 50 litr olan akvarium bu balıqlar üçün mükəmməldir. Qılıncquyruq balıqlar yaxşı tullanır, buna görə də akvariumu qapaq ilə örtmək daha düzgündür. Bir erkək balıq üçün 2-3 dişi saxlamaq lazımdır. Əsasən mehriban balıq sayılır. Qidalanmada problem yaratmır, hər cür yem onlar üçün yararlıdır. Akvarium suyunu tez-tez dəyişməyə ehtiyac yoxdur, filtrasiya etmək kifayətdir. Akvarium şəraitində 3-5 il yaşayırlar.

 

mollineziya

Mollineziya

Həcmi 50 litrdən başlayan akvariumda saxlamaq lazımdır. Erkəklərin sayı daha çox olmalıdır. Digər balıq növləri ilə yaxşı yola gedirlər. Qidaya qarşı heç kaprizli deyillər: həm quru yem, həm də dondurulmuş yem qəbul edə bilərlər. Çox sayda bitkilər və işığı sevirlər. Akvarium suyu isti və orta sərtliyə malik olmalıdır. Akvariumda təxminən 3 il və ya daha çox yaşayırlar. 


ansistrus

Ansistrus

Təcrübəsizlər və peşəkarlar arasında ən populyar naxacıq balıqlarıdır. Su şəraitinə asanlıqla uyğunlaşırlar. Həcmi 50 litr olan uzunsov akvarium daha uyğun olacaq. Akvariuma təbii ağac yerləşdirmək lazımdır. Demək olar ki, bütün növ balıqlarla yola gedir, lakin ləng canlılar ilə bir akvariumda saxlamayın. Akvariumun divarlarını yosunlardan təmizləyir. Düzgün qayğı göstərildikdə 7 ildən çox yaşaya bilir. 

 

qaratetra

Qara tetra

Bir akvariumda ən azı 6 ədəd saxlamaq tövsiyə olunur. Həcmi minimum 40 litr olan akvarium seçin. Qara tetra çox sayda bitki sevir. Yemə qarşı kaprizli deyil. Akvariumda balıqlar adətən 3-4 il yaşayırlar.

 

bettasplendens

Betta splendens

Onları həmçinin döyüş balığı və ya xoruz balığı adlandırırlar. Bir ədəd üçün kiçik ölçüdə akvarium uyğun gələcək. Bir neçə balıq üçün 20 litr həcmli akvarium optimal olacaq. Baxmayaraq ki, betta splendensin xüsusi tənəffüs orqanı var, akvariumda havalandırmanı qoşmaq arzu olunandır. Suyun səthi üzərində havanın temperaturu çox aşağı düşməməlidir. Bir akvariumda yalnız bir erkək betta splendens yaşaya bilər. Digər balıqlarla olduqca mehribandır. Yemləməyə qarşı tələbsizdir. Düzgün qayğı göstərildikdə 2-4 il yaşayırlar.


koridoras

Xallı koridoras

Dəstə ilə yaşayan bu balıqları 4-6 ədəd olaraq saxlamaq yaxşıdır. İki balıq üçün akvariumun minimal həcmi 30 litr təşkil edir. Digər balıqlara qarşı çox mehribandırlar. Akvarium döşəməsini eşələmək bu balığın ən sevimli məşğuliyyətidir, buna görə də iti kənarlı döşəmə seçməyin. Yemləmədə heç bir problem yaratmırlar. Düzgün baxım göstərildikdə 8-10 ilə qədər yaşaya bilirlər.

 

sumatrabarbusu

Sumatra barbusu

Bu balığı 6 ədəddən ibarət dəstə ilə saxlamaq tövsiyə olunur. Uzunsov akvariuma üstünlük verin. Həcmi ən azı 50 litr olmalıdır. Sumatra barbusu yemləmədə heç bir problem yaratmır və hər cür yemi qəbul edir. Digər balıqlarla yaxşı yola gedirlər, lakin ağır tərpənən balıqlara və enli üzgəcli balıqlara ziyan vura bilərlər. Akvariumda adətən 6-7 ilə qədər yaşayırlar.

 

qurami

Mərməri qurami

Bu balıqlar üçün həcmi 80 litrdən başlayan akvarium uyğun olacaq. Havalandırmaya ehtiyac yoxdur, lakin yaxşı filtrasiya tələb olunur. Quramiləri, dişilərin çox olması şərti ilə, cüt və ya qrup şəklində saxlamaq məsləhət görülür. Onlar yalnız öz ölçü və temperamentinə uyğun balıqlarla bir yerdə yaşaya bilərlər. Qurami qidalanmada kaprizli deyil. Akvariumda təxminən 5 il yaşayırlar. 

 

Balığın tələbkar olmaması onun qayğısına laqeyd yanaşmağa əsas vermir. Evimizə bir canlı gətirdikdə onun əmin-amanlığını qorumaq bizim borcumuzdur.